یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Islam Seferli Seçılmiş Əsərləri

4350
0
2016/12/26
سس لرین سایی 2
سس وئرمه نین سونوجو 2

İslam Səfərli .. 1923-1974 ... Nəğməkar şair .. Dramaturq ... Gözəl insan ... Hər bir sənətkar öz yaradıcılığı ilə özünə abidə qoyur. Əlbəttə, qranitdən və mərmərdən daha çox, xatirələrdə, yaddaşlarda bu abidəni yaradır. Ürəklərimizdə yaranan belə abidələrdən biri də İslam Səfərli abidəsidir.

cəmi 52 il yaşadı. Fevralda dünyaya gəldi, noyabrda - soyuq payız günlərirıin birində dünyadan köçdü. Ancaq ömrün uzun və qısalığı əsas şərt deyil, elə 52 illik bir ömür də bir insanı yaddaşlarda yaşatmaq üçün kifayət edər.

İslam Səfərliyə yaşıd olanların çoxu dünyadan bir-bir köçür, həyatla, bu işıqlı dünya ilə vidalaşırlar. Amma bir nəsil öz köçünü sürsə də, gələn nəsillər həmin nəsli xatırlayır, onların gözəl ənənələrini davam etdirirlər.

İslam Səfərli 1974-cü ildə vəfat edib, amma onun vəfatından keçən bu illər ərzində həmişə xatırlanıb. Yurdun hər bir guşəsində "İslam Səfərli" adı gələndə təbəssümlə yada salırlar onu. Bu təbəssüm İslam Səfərlinin sənətkar ömrünün yaşantılarıdır ki, üzlərə, gözlərə çilənib.

Nə qədər ki, biz anaları dünyada ən müqəddəs varlıq sanırıq, qarşısında baş əyirik, dünyadan köçəndən sonra ana itkisi qəlbimizə yara vurur ... Nə qədər ki, Azərbaycanın ən şirin ləhcəli sənətkarı Rəşid Behbudovun ifasında " Ana" mahnısını dinləyirik, o zaman bu mahnının müəllifi İslam Səfərlirıi də yad edəcəyik. ..

یازیچی لار:
یایین لایان:
Lider
یایین ایلی:
2005 (میلادی)
صحیفه لر:
225
فورمات:
PDF Document
مؤحتوانین دیلی:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز