Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Koroğlu Dastanında Xalq İnciləri - Sevil Ağabeyli
Xalqın yaradaraq yaşatdıqları tarixə dönür, nəsildən-nəslə ər-mağan verilir. Xalq bununla öz adını, inanc dünyasını, adət- ənə-nəsini, mənəviyyatını, dünənini, bu gününü, sabahını yad gözlərdən, yad sözlərdən, qanlı-qadalı olaylardan qoruyur. Xalqın «qan yaddışı»nda qorunan hər hansı kəlmə və yaxud, qırx gün-qırx gecə yığnaqlarda sazla-sözlə söylənilən nağıl və dastanlar, bir-birilə ci-lalanan bayatılar, oxşamalar, əzizləmələr, deyişmələr, hər kəlmə¬sində el ağsaqqalının, el ağbirçəyinin öyüdü, nəsihəti səslənən, qulaqlarda sırğa olan atalar sözü və məsəllər və s. bu kimi incilər hə¬min xalqın varlığının, qədimliyinin, müdrikliyinin, ucalığının, qəhrəmanlığının aynasıdır.
Xalq, öz alimləri yetişənə kimi, gündəlik və mövsümi qay-ğılarına və müşahidələrinə, bir sözlə, yaşantılarına əsasən, fəlsəfə, tarix, tibb, məntiq, təbiət «elmlorini», ədəbiyyatını, danışdığı dilin qanunauyğunluqlarını yaradır. Bütün bunlar sadə xalq dilində dastan və nağıllarda, atalar sözü və məsəllərdə, tapmaca və inanc1arda, xalq təbabətində və s. öz əksini tapır.
Bu baxımdan, «Koroğlu» qəhrəmanlıq dastanı olsa da, bu eposun hər bir qolu həyat haqqında bitkin bir «elm»dir. Burada xalq deyimlərinin sıx vəhdətində həyat fəlsəfəsinin müxtəlif çalarları oxucu qarşısında sonu görünməyən bir dünya açır.
Özünüdərketmə prosesi, əsasən insanın uşaqlıq illərində di-namik inkişaf edir. Bu prosesdə sözlü-söhbətli babalar-nənələr, valideynlər, müəllimlər iştirak edir və təbii ki, şair və yazıçıların əsərləri də istisna deyiL. Buna görə də, məhz bu dastanın oxucuları bəşəriyyətin gözəlliyini qiymətləndirə bilir, yəni onun ancaq xoş, gözəl əməl və amallarla yaşadığını, mövcud olduğunu anlayırlar.
«Koroğlu» dastanının Azərbaycan variantının müxtəlif nəşr-lərindən seçilərək qruplaşdınlmış şifahi xalq deyimləri xalqımızın mədəni yaddaşının süzgəcindən keçmiş, durulmuş, əsrlərin, qərinə-lərin sınağından çıxmış dürr dənələridir. Bu dürr dənələrinin həm
Koroğlu Dastanında Xalq İncileri Sevil Ağabeyli Urmu Turuz 2014 | |||
---|---|---|---|
اوخو
ائندیر
توروز حیاتدا قالماق اوچون، یاردیم ائدین |
|||
حجم: 467.72 KB | فورمات : Pdf | گؤرونتولندی : 701 | خطانی بیلدیرمک |