یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

1.Orucluq -Fəzilətlər-Işlər-Dualar-Namazlar-Vaqiələr -Məcid Dastani Zərnəqiye Mirza - 2.Çaroymaqda Orucluq -Mahmıd Sınmaz - Fəqih –3.Orucluğhun Gun Yoğuşlari – Dualari – Çev- Əli

15449
0
2016/4/13
سس لرین سایی 1
سس وئرمه نین سونوجو 5

1.Orucluq  -Fəzilətlər-Işlər-Dualar-Namazlar-Vaqiələr Və…. -Məcid Dastani Zərnəqiye Mirza –Ebced – Qum -1387 – 24s

 

2.Çaroymaqda Orucluq -Mahmıd Sınmaz - Fəqih –Türkce – Farsca - Ebced -Turuz-Tebriz -

20s

 

3.Orucluğhun Gun Yoğuşlari – Dualari – Çev- Əli Fərhad – Tebriz - 1387- Ebced- 34s

Orucluq_Torenleri

 

-------------

 

İslama görə Ramazan ayı

İslamda Ramazan ayı digər aylardan üstün hesab olunur. Qurani-Kərim də məhz bu ayda - Qədr gecəsində nazil olmuşdur. İslama görə Ramazan ayının orucu bütün həddi-buluğa çatmış, xəstə və müsafir olmayan müsəlmanlaravacibdir.

Ramazan ayının gündəlik duaları

1-ci günün duası

·       İlahi, bu gün mənim orucumu oruc tutanların orucundan və durub Sənə ibadət etməyimi ibadət edənlərin ibadətindən et. Və bu günkü gündə məni qəflətdə yatanların yuxusundan oyat. Günahlarımı bağışla, ey aləmlərin Allahı və ey günahkarları əfv edən!

1-ci günün duasının ərəbcə oxunuşu[göstər]

2-ci günün duası

·       İlahi, məni bu gün razı olduğun əməllərə yaxın et və bu gün məni Öz qəzəbindən uzaqlaşdır. Belə bir gündə məni kitabın sayılan Quranın ayələrini oxumağa nail et. Ey rəhm edənlərin rəhimlisi!

2-ci günün duasının ərəbcə oxunuşu[göstər]

3-cü günün duası

·       İlahi, bu gün yaxşı düşünmək və ayıq fikir ver. Məni ağılsız və səfeh işlərdən uzaq et. Bu gün Öz səxavətinlə nazil etdiyin hər bir xeyirdən mənə pay ayır. Ey səxavətlilərin səxavətlisi!

3-cü günün duasının ərəbcə oxunuşu[göstər]

4-cü günün duası

·       İlahi, Sənin əmrini bərpa etmək üçün mənə qüvvət ver. Səni zikr və yad etməyin şirinliyini mənə dadızdır. Öz kərəminlə məni şükr etməyə hazır et. Məni Öz hifzinlə və pis işlərdən qoruyan örtüyünlə qoru. Ey görənlərin bəsirətlisi!

4-cü günün duasının ərəbcə oxunuşu[göstər]

5-ci günün duası

·       İlahi, məni bu gün tövbə və istiğraf edənlərdən qərar ver. Məni dostların sayılan saleh bəndələrindən qərar ver. İlahi, Öz məhəbbət və mərhəmətinlə məni bu gündə Sənə yaxın olan bəndələrindən qərar ver. Ey mərhəmət edənlərin mərhəmətlisi!)

5-ci günün duasının ərəbcə oxunuşu[göstər]

6-cı günün duası

·       İlahi, məni bu gün Sənin sözündən çıxıb, günah etməklə xar və zəlil etmə. Qəzəb şallaqları ilə məni vurma. Məni bu gün Öz minnət və qüdrətin ilə qəzəbinə səbəb olan günahlardan uzaqlaşdır. Ey arzu edənlərin son arzusu!

6-cı günün duasının ərəbcə oxunuşu[göstər]

7-ci günün duası

·       İlahi, mənə bu günün orucunu tutmaqda və yaxşı əməllər etməkdə kömək ol. Belə bir gündə məni bu günün əyri yollarından və günahlarından uzaqlaşdır. Məni Öz köməyinlə Səni daim yad etməkdə müvəffəq et. Ey yolunu azmışlara yol göstərən!

7-ci günün duasının ərəbcə oxunuşu[göstər]

8-ci günün duası

·       İlahi, bu gün məni yetimlərə fəhm edən və Sənin yolunda yoxsullara yemək bəxşiş edənlərdən və salam verənənlərdən qərar ver. Məni Öz nemətinlə kəramətli və yaxşı insanlarla yoldaş et. Ey arzu edənlərin sığınacaq və pənahı!

8-ci günün duasının ərəbcə oxunuşu[göstər]

9-cu günün duası

·       Allahumməc'əl fihi nəsibən min rəhmətikəl-vasiəti, vəhdini fihi libərahinikəs-satiəti və xuz binasiyəti ila mərzatikəl-cami'əti biməhəbbətikə ya əmələl-muştaqin. (İlahi, mənə bu gün Öz geniş və vüs'ətli rəhmətini qismət et və məni aydın, qüdrətli dəlillərinlə hidayət et. Məni Öz məhəbbətinlə istədiyin əməllərin hamısına müvəffəq et. Ey istəklilərin yüksək arzusu!)

10-cu günün duası

·       Allahumməc'əl fihi minəl-mutəvəkkilinə ələykə, vəc'əlni fihi minəl-hizinə lədəykə vəc'əlni fihi minəl muqərrəbinə iləykə bi ihsanikə ya ğayətət-talibin. (İlahi, bu gün məni Sənə təvəkkül edənlərdən qərar ver. Belə bir gündə Sənin hüzurunda yaxşı işlərdə müvəffəq olanlardan hesab et. Məni Öz ehsanınla yaxın bəndələrindən qərar ver. Ey istəyənlərin son istəyi!)

11-ci günün duası

·       Allahummə həbbib iləyyə fihil-ihsanə və kərrih iləyyə fihil-fusuqə vəl-isyanə və hərrim ələyyə fihis-səxətə vən-niranə, biəvnikə ya ğiyasəl-mustəğisin. (İlahi, bu gun məni yaxşı əməllər etməyə həvəsləndir. Belə bir gündə, məndə günah və əxlaqsızlığa qarşı nifrət oyat. Mənə qəzəb və cəhənnəm atəşini haram et. Ey pənahsızların ən ulu pənahı!)

12-ci günün duası

·       Allahummə zəyyinni fihi bis-sitri vəl-əfəfi vəsturni fihi bilibasil-qunu'l vəl-kəfafi. Vəhmilni fihi ələl-ədli vəl-insafi və aminni fihi min kulli ma əxafu bi ismətikə ya ismətəl-xaifin. (İlahi, məni bu gün günahdan qorunub, iffətli olmaqla zinətləndir. Mənə kifayət edən halal mal ver və qənaət libasını mənə geyindir. Məni belə bir gündə insafla yaşamaqda müvəffəq et. Məni qorxduğum işlərdən amanda saxla. Ey qorxanların ismət və qoruyanı!)

13-cü günün duası

·       İlahi, məni bu gün çirkin əməl və pis işlərdən oak et. Belə bir gündə qarşımıza çıxan hər bir asan və ya çətin işə qarşı səbr vədözüm ver. məni təqvalı və yaxşı insanlarla yoldaşlıq etməyə müvəffəq et. Ey yoxsulların gözünün işığı!

14-cü günün duası

·       Allahummə la tuaxizni fihi bil-əsərati və əqlini fihi minəl xətaya vəl həfəvati. Və la təc'əlni fihi ğərəzən ili-bəlaya vəl-afati biizzətikə ya izzəl- muslimin. (İlahi, bu gün məni düzğün əməllərdə çaşıb, səhv etdiyim işlərdə məzəmmət etmə. Belə bir gündə Səndən üzr diləyib, etdiyim xəta və günahlarda məni bağışla. Ey müsəlmanların əzəmət və izzəti!)

15-ci günün duası

·       Allahummərzuqni fihi taətəl-xaşi'inə vəşrəh fihi sədri bi inabətil-muxbitinə biəmanikə ya əmanəl-xaifin. (İlahi, bu gün məni Sənə həqiqi tə'zim edib ulu sayılanlar kimi itaət etməyə müvəffəq et. Sənə yaxşı bəndələr kimi tövbə etməklə qəlbimi işıqlandır. Ey qorxanlara aman verən!)

16-cı günün duası

·       Allahummə vəffiqni fihi limuvafəqətil əbrari. və cənnibni fihi murafəqətəl-əşrari. Və avini fihi birəhmətikə ila daril-qərari bi ilahiyyətikə ya ilahəl-aləmin. (İlahi, bu gün məni yaxşı adamlarla dostluq etməyə müvəffəq et. Belə bir gündə məni pis insanlardan uzaqlaşdır. Səni Allahlığına and verirəm, Öz rəhmətinlə məni əbədi məkan olan behiştində məskunlaşdır. Ey aləmləri yaradan!)

17-ci günün duası

·       Allahumməhdini fihi lisalihil-ə'mali. Vəqzi li fihil-həvaicə vəl-amalə yamən la yəhtacu ilət-təfsiri vəs-suali ya alimən bina fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin. (İlahi, bu gün məni yaxşı əməllərə yönəlt. Belə bir gündə mənim bütün arzu və ehtiyaclarımı ödə. Ey izahlara ehtiyacı olmayan Allah! Ey hamının qəlbində olanları bilən, salamın olsun Muhəmməd və onun pak Əhli-beytinə!)

18-ci günün duası

·       Allahummə nəbbihni fihi libərəkati əsharihi və nəvvir fihi qəlbi biziya'i ənvarihi və xuz bikulli ə'zai ilət-tiba'i asarihi binurikə ya munəvvirə qulubil-arifin. (İlahi, bu orucluq ayının səhərlərinin bərəkətini mənə düşündür. Belə bir gündə Ramazan ayının işıq və nuru ilə qəlbimi işıqlandır. Mənim bütün bədən üzvlərimi bu ayda olan gözəl əməlləri yerinə yetirməyə müvəffəq et, ey qəlbləri nurlandıran Allah!)

19-cu günün duası

·       Allahummə vəffir fihi həzzi min bərəkatihi və səbili ila xəyratihi və la təhrimni qəbulə həsənatihi ya hadiyən iləl-həqqil-mubin. (İlahi, Ramazan ayında olan bərəkətlərdən mənim qismətimi artıq et. Bu ayda xeyr əməllərin yolunu mənim üçün asanlaşdır. Bu ayda olan yaxşı əməllərin qəbul olmasından məni məhrum etmə, ey açıq-aşkar haqqın tərəfinə yol göstərən!)

20-ci günün duası

·       Allahumməftəh li fihi əbvadəl cinani və əğliq ənni fihi əbvabən-nirani və vəffiqni fihi litilavətil-qur'ani ya munziləs-səkinəti fi qulubil-mu'minin. (İlahi, bu gün mənim üçün behişt qapılarını aç və cəhənnəm qapılarını bağla. Belə bir gündə məni Qur'an oxumağa müvəffəq et. Ey mö'minlərin qəlblərini sakitləşdirib, aram edən!)

21-ci günün duası

·       Allahummə'əl li fihi ila mərzatikə dəlilən və la təc'əl lişşəvtani fihi ələyyə sabilən vəc'əlil-cənnətə li mənzilən və məqilən ya qziyə həvaicit-talibin. (İlahi, bu gün Öz istəkli əməllərin yolunu mənə göstər. Belə bir gümdə şeytanın istədiyi yolları mənim üzümə bağla və onu mənə qalib etmə. Məni cənnətdə məskunlaşdır və onu mənim üçün bir məskən qərar ver. Ey ehtiyaclı olan bəndələrin ehtiyacını ödəyən!)

22-ci günün duası

·       Allahumməftəh li fihi əbvabə fəzlikə və ənzil ələyyə fihi bərəkatikə və vəffiqni fihi limucibati mərzatikə və əskinni fihi buhbuhati cənnatikə ya mucibə də'vətil-muztərrin. (İlahi, bu gün Öz ehsan və kərəm qapılarını mənim üzümə aç və Öz bərəkətini mənə nazil et. Məni belə bir gündə Sənin razılığın olan əməlləri rtməyə müvəffəq et. Məni Öz cənnətinin ən gözəl yerində məskunlaşdır, ey çarəsizlərin duasını qəbul edən!)

23-cü günün duası

·       Allahumməğsilni fihi minəz- zunubi və təhhirni fihi minəl uyubi. Vəmtəhin qəlbi fihi bitəqvəl-qulubi ya muqilə əsəratil-muznibin. (İlahi, bu gün mənim günahlarımı təmizləyib, çirkin və eyibli işlərdən pak et. Mənim qəlbimi belə bir gündə qəlblərə aid olan təqva ilə imtahan et. ey günahkarların tövbəsini qəbul edən!)

24-cü günün duası

·       Allahummə inni əs'əlukə fihi ma yurzikə və ə'uzu bikə mimma yu'zikə və əs'əlukət-təvfiqə fihi li ən uti'əkə və la ə'siyəkə ya cəvadəs-sa'ilin. (İlahi, bu gün Səndən Səni razı salan əməlləri istəyirəm və Səni qəzəbə gətirən əməllərdən Sənə pənah aparıram. Səndən istəyirəm ki, belə bir gündə məni Sənə itaət etməyə və günah etməməyə müvəffəq edəsən, ey hacəti olanlara səxavət və kərəm göstərən Allah!)

25-ci günün duası

·       Allaumməc'əlni fihi muhibbən li əvliyaikə və muadiyən liə'daikə mustənnən bisunnəti xatəmi ənbiyaikə ya saimə qulubin-nəbiyyin. (İlahi, məni bu gün dostlarını istəyən və düşmənlərini düşmən sayanlardan qərar ver. Məni sonuncu peyğənbərin din və şəriətini üstün tutub, ona yaxşı əməl edənlərdən qərar ver, ey peyğəmbərlərin qəlblərini hər bir sıxıntı və sapıntıdan qoruyan Allah!)

26-cı günün duası

·       Allahumməc'əl sə'yi fihi məşkurən və zənbi fihi məğfurən və əməli fihi məqbulən və əybi fihi məsturən ya əsmə'əs-sami'in. (İlahi, bu gün mənim sə'yimi bəyənilmiş, günahımı bağışlanmış, əməlimi qəbul olunmuş və eybimi örtülmüş qərar ver. Ey eşidənlərin ən gözəl eşidəni!)

27-ci günün duası

·       İlahi, bu gün Qədr gecəsinin fəzilətini mənə nəsib et. Belə bir gündə mənim bütün çətinliklərimi asanlaşdır və mənim üzrlərimi qəbul et. Mənim günahlarımı təmizlə və çirkin əməllərin ağırlığından mənə nicat ver. ey saleh bəndələrə mehriban olan Allah!

28-ci günün duası

·       Allahummə vəffir həzzi fihi minən-nəvafil və əkrimni fihi bi ihzaril-məsaili və qərrib fihi vəsiləti iləykə min bəynil vəsaili. Ya mən la yəşğəluhu ilhahul-mulihhin. (İlahi, bu gün məni öz vəzifəmdən artıq müstəhəb əməlləri yerinə yetirməyə müvəffəq et və bütün vəzifə və məs'uliyyətlərimi hazırlayıb əməl etməyi kəramət et. Bu gün Sənə yaxın edən vasitələrin daha yaxın olanını mənə yaxınlaşdır, ey istəyi olanların israrı və çox təmənna etmələrinin qafil etmədiyi Allah!)

29-cu günün duası

·       Allahummə ğəşşini fihi birrəhməti vərzuqni fihit-təvfiqə vəl-ismətə və təhhir qəlbi min ğəyahibit-tuhməti. Ya rəhimən bi ibadihil-mu'minin. (İlahi, bu gün məni Öz rəhmətinlə əhatə et. Belə bir gündə işlərimi uyğun olmadığı və hər bir azğınlıqdan qorunmağı mənə nəsib et. Mənim qəlbimi şübhəli işlərdən, qaranlıq yollardan və töhmət gətirən əməllərdən pak et, ey mö'min bəndələrinə rəhm edən Allah!)

30-cu günün duası

·       Allahumməc'əl siyami fihi biş-şukri vəl-qəbuli əla ma tərzahu və yərzahur-rəsulu muhkəmətən furu'uhu bil usuli bihəqqi səyyidina Muhəmmədin və alihit-tahirinə vəl-həmdu lillahi rəbbil-aləmin. (İlahi, Səni and verirəm ağamız olan Həzrət Mühəmmədə(s) və onun pak Əhli-beytinə. Bu ayda mənim orucumu Özün və Sənin peyğəmbərin razı olduğu kimi mükafatlandırıb qəbul et. Bu ayda Sənin istədiyin və müstəhəb əməllərimi, orucun vasitəsilə qiymətləndir!)

فورمات:
PDF Document

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز