یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Qarabağ Mətbəxi - Tahir Əmiraslanov - Aynure Əmiraslanova

8313
0
2014/12/26
سس لرین سایی 4
سس وئرمه نین سونوجو 7

Bu kitabda verilən xörəklərin hamısını bu gün artıq 20 ildən çox qaçqınlıq ömrünü yaşayan Qarabağ əhalisindən, ayrı-ayrı şəxslərdən topladıq. Çalışdıq bizə verilən məlumatlara, reseptlərə çox müdaxilə etməyək. Buna görə də əlinizdəki kitab tam işlənmiş texnoloji kitab yox, daha çox olduğu kimi xalq mətbəxidir. Şifahi mənbələrdən toplandığı üçün respondentlər (məlumat verən şəxslər) hansısa bir ərzağı, sözü unuda, yaxud əlavə edə bilərdilər. Amma çox böyük texnoloji səhvləri istisna etməklə biz məlumatları olduğu kimi saxladıq. Bu tipli tədqiqat Azərbaycanda ilk dəfədir ki, aparılıb. Qarabağ mətbəxinin toplanması yönümündə ölkəmizdə heç bir tədqiqat işi aparılmamışdı. Bir çox xörəklər isə ümumiyyətlə ilk dəfə bu kitabda göstərilir. Əlimizdə olan mənbələrlə, Gəncə, Tovuz, Qazax, Şəki, Qəbələ, Quba, Lənkəran, Borçalı və s. rayonlarımızdan, İrəvan xanlığından etap–etap didər gin salınmış, qaçqın düşmüş İrəvan, Göyçə, Zəngəzur və s. əhalimizdən, Naxçıvan Muxtar Respublikası və s. ərazisindən topladığımız materiallar la İran Azərbaycanı mətbəxilə qarşılıqlı tutuşdurma və təhlil Qarabağ bölgəsi

mətbəxinin Ümümazərbaycan mətbəxinin bir parçası, milli mətbəx fəlsəfəmizin, texnologiyalarımızın, mədəniyyətimizin ümumi ahəngi içərisində olduğunu göstərdi. Digər rayonlararası fərqlənmələr kimi, Qarabağ mətbəxindəki fərqlənmələr də bir ailədə böyümüş bacıların bişirdikləri yeməklərin dadındakı fərqlər kimidir. Türk xalqlarının xüsusilə də Türkiyə Cümhuriyyəti bölgələrinin (ələlxüsus da azərbaycanlılar yaşayan Qars bölgəsinin, Anadolunun) və Türkmənistanın, daha sonra özbəklərin və s. mətbəxlərilə qarşılıqlı təhlildə Qarabağ mətbəxinin məhz ümumtürk mətbəxinin bir parçası olduğu göstərilir. Əlbəttə bütün rayonlarımızla bərabər Qarabağın hər rayonunun mətbəxi də tərəfimizdən ayrıca kitablaşdırılacaq. Biz bilirik ki, kulinariya kitablarına olan ehtiyacları ödəmək xatirinə əvvəlki kitabları köçürüb birləşdirməklə bir sıra kompilyativ kitablar buraxı…

یایین لایان:
Nurlar
یایین ایلی:
2012 (میلادی)
صحیفه لر:
224
فورمات:
PDF Document
مؤحتوانین دیلی:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز