یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Qədim Türklər Və Ermənistan - Qiyasəddin Qeybullayev

5281
0
2014/12/26
سس لرین سایی 1
سس وئرمه نین سونوجو 5

Erməni tarixşünaslığındakı hakim konsepsiyaya görə, ermənilər Ermənistan ərazisinin avtoxton, yəni köklü əhalisi, oradakı azərbaycanlılar isə XIXIII əsrlərdən Orta Asiyadan gəlmə köçəri türk və tatar-monqolların sonrakı nəsilləridir. Azərbaycanlıların Ermənistandan qovulması siyasəti də bu konsepsiyaya əsaslanır. Erməni tədqiqatçıları tarixi faktlara məhəl qoymadan nəinki hələ Albaniya dövləti vaxtlarında (eramızdan əvvəl IV əsrdən eramızın VIII əsrinə qədər) ana torpağımızın tarix boyu tərkib hissələri olmuş, yalnız əsrimizin 20-ci illərində Ermənistana verilmiş Zəngəzur zonasını (qədim Sisakanı), Dağlıq Qarabağı (qədim Arsakı) və Qaxaz-Ağstafa zonasını (qədim Girdimanı) da binadan erməni torpağı sayır, bütünlükdə Kür-Araz ovalığının guya eramızdan əvvəl II əsrdən eranın IV əsrinədək Böyük Ermənistanın ərazisi, sonrakı əsrlərdə isə “Şərqi Ermənistan” adlandığını yazırlar. Erməni müəllifləri hətta xarici ölkələrdə çap etdirdiyi kitablarda da Naxçıvanın və bütövlükdə Qarabağın erməni torpağı olmasını yazır və tarixi cəhətdən əsaslandırmağa cəhd edirlər. 6 Məhz bu konsepsiya əsasında Ermənistanda yaşayan azərbaycanlılara qarşı əsrimizin əvvəllərindən başlayaraq genişlənmiş qatı millətçilik münasibəti sonra qarşıdurmaya çevrilmiş və nəhayət son illərdə erməni millətçilərinin nəzərdə tutduqları sonluqla nəticələnmişdir: azərbaycanlılar Ermənistandakı doğma yurdlarından tamamilə qovulmuşdur. Dağlıq Qarabağın Azərbaycandan qoparılması iddiasında tarixi baxımdan əsassızlığı barədə başqa yerdə danışmışıq.7 Bu haqda son illərdə kütləvi mətbuatda da çox yazılmışdır. Oxuculara təqdim olunan bu kitabça isə Ermənistanda yaşamış azərbaycanlıların mənşəyinin araşdırılması, onların sonradan gəlmə türk-tatar köçərilərinin nəsilləri hesab edən erməni konsepsiyasının saxtalığının sübut edilməsi məqsədinə xidmət edir. Doğrudanmı Ermənistan azərbaycanlıları indiki8 Ermənistan ərazisinə orta əsrlərdə gəlmiş və erməni tarixçilərinin dedikləri kimi “avtoxton” ermənilərin torpağını zəbt etmiş türklərdir? Əgər bu belədirsə, onda Ermənistandakı azərbaycanlıları tarixi baxımdan yadelli hesab etmələrinə görə erməniləri qınamaq...

یازیچی لار:
یایین لایان:
Azərnəşr
یایین ایلی:
1992 (میلادی)
صحیفه لر:
108
فورمات:
PDF Document
مؤحتوانین دیلی:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز