Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Söz Serrafi Şehriyar - Esmira Fuad
Məhəmmədhüseyn Şəhriyar müasir Azərbaycan poeziyasının ən qüdrətli sənətkarlarından biri kimi Yaxın Şərq ölkələrində tanınmışdır. Hələ sağlığında onun əsərləri İran, Azərbaycan, Türkiyə, İraq və digər ölkələrdə geniş yayılmış, ədəbi prosesdə dərin iz buraxmışdır. Şəhriyarın lirik şeirlərinə, "Heydərbabaya salam" poemasına saysızhesabsız nəzirələr yazılması, yalnız onun unikal ədəbi hadisə olmasında deyil həm də xalqların tarixi taleyinə ustad şairin dərindən bələdliyində, onların acılı-şirinli həyatını, arzu-istəklərini əks etdirməsində idi.
Məlum olduğu kimi, klassik ədəbi irsin ənənələrindən bəhrələnən şair şeirə-sənətə öz sözü ilə gəlmiş, ölməz sənət nümunələri yaratmışdır. Ona görə də, Şəhriyar poeziyası sərhəd tanımamış, zaman-zaman bütün ölkələrə yayılmış, milyon-milyon ürəklərdə özünə yer tapmışdır.
Şəhriyar yaradıcılığı İranda olduğu kimi, bir çox Şərq ölkələrində, həmçinin Azərbaycanda ədəbi ictimaiyyətin diqqətini çəkmiş, dövri mətbuatda məqalələr, rəylər çap edilmiş, elmi-tədqiqat əsərləri yazılmış, şeirləri kütləvi tirajla nəşr olunmuşdur. Bütün bunlara baxmayaraq, Şəhriyarın həyatı, mühiti və yaradıcılığı tam öyrənilməmişdir.
Şəhriyarın uşaqlıq illəri Təbrizdə məşrutə hərəkatı dövrünə təsadüf etsə də, sonralar Pəhləvi rejimi şəraitində həmvətənləri kimi əzab və sıxıntı içərisində yaşamışdır. ..
Söz Serrafi Şehriyar Esmira Fuad Urmu Turuz 2014 | |||
---|---|---|---|
اوخو
ائندیر
توروز حیاتدا قالماق اوچون، یاردیم ائدین |
|||
حجم: 876.75 KB | فورمات : Pdf | گؤرونتولندی : 1066 | خطانی بیلدیرمک |