Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Türk Kitabi Unudulan Tarix Deyişilen Adlar - Minexanım Nuriyeva
TÜRKÜN AYAQ İzİ POZULMAZ ...
Ürəyimi sizə açıram, əziz oxucum ...
Çin səddindən Balkanlara, Sibirdən Bəsrə körfəzinə qədər yayılan türk xalqları, ulusları, uruqları sanki göy üzündə sıralanmış, geniş səmada səf çəkib düzülmüş milyon illərin ulduzları tək gözqamaşdıran, cazibədar parıltılarıyla çox yaxın görünsələr də, uzaq, qədim, qatı açılmayacaq, sirri sorulmayacaq qədər mübhəm bir tarix daşımaqdadırlar.
Tarixən çox geniş coğrafiyaya malik olan türk xalqları təəssüf ki, tarixin çox ağır yollarından, çətin burulğanlarından keçib gələ-gələ son yüzilliklərdə, xüsusən sonuncu XX əsrdə bir-birindən din, dil, mədəniyyət və bununla bir çox psixoloji-mənəvi cəhətləriylə də çox aralı düşmüşlər.
Türk xalqlarının bir-birindən kəskin surətdə ayrı düşməsi rus imperializminin bir neçə yüzilliklər boyunca türk torpaqlarına qarşı istilaçı yürüşləri və bu yürüşlərin doğurduğu ədalətsiz müharibələrdə həyata keçirilirdi.
Rus çarı III İoann Vasilyeviç zamanından əsası qoyulan, 1 Pyotr və II Yekaterina dövründə güclənən, daha somakı imperatorlar tərəfindən xüsusi şiddətlə aparılan müstəmləkəçilik siyasəti planlarıyla bir vaxtda həyata keçirilən məkrli tədbirlər sırasında tarixin də təhrifi, mənbələrin saxtalaşdırılması, bu məsələyə yönəlmiş baxışların da kökündən dəyişdirilməsi işi gedirdi.
İmperatriça II Yekaterina çox mürəkkəb və özündə risq təhlükəsi daşıyan siyasət yürüdürdü. Şimalda İsveçlə, imperiyanın cənubunda isə türklərlə vuruşaraq 0, öz dediyi kimi Türkiyəni Avropadan sıxışdırıb çıxarmaq, onun paytaxtı qədim İstanbulu "Konstantinopol"u zəbt etməklə Rusiyaya sadiq din qardaşları olan Balkanlarda, habelə Qara dəniz ətrafı ölkələrdə Yeni Yunanıstan dövləti qurmağı nəzərdə tuturdu. Orada hökmdarlıq edəcək çar isə Rus imperatoru ailəsindən çıxmalı idi. Bu uzaqgörənliklə hazırlanmış, çox incə düşünülmüş plan idi. Hətta özünün iki nəvəsinə ad qoyarkən də bu ideyanı unutmamışdı, onların daşıdığı ad da Yekaterinanın siyasi məqsədindən xəbər verirdi. Böyüyünü tarixən isveçlilər üzərində qələbə çalan Aleksandr Nevskinin şərəfinə Aleksandr adlandırmışdı; ortancılı Konstantinin boynuna "şanlı" Çarqradda - Konstantinopolda yunan çarlığını qurmağın şərəfi və şöhrəti düşürdü.
İstila olunmuş yerlərin ruslaşdırılması çox qısa, diqqətlə düşünülmüş, spesifik üsullarla həyata keçirilirdi. İndi həmin dəyişilmə kompaniyasından kənarda qalan yer adlarından başqa heç nə bu yerlərin əski türk torpaqları olduğunu xatırlatmır. Dərsliklərdən uzaqlarda, kitabxanalar küncündə toz basmış tarix kitablarındakı bir-iki xəsis səhifələri də oxumaq, ədalətli nəticələr hasil etmək isə...
Türk Kitabi Unudulan Tarix Deyişilen Adlar Minexanım Nuriyeva Urmu Turuz 2014 | |||
---|---|---|---|
اوخو
ائندیر
توروز حیاتدا قالماق اوچون، یاردیم ائدین |
|||
حجم: 1.49 MB | فورمات : Pdf | گؤرونتولندی : 742 | خطانی بیلدیرمک |