Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Türk Təzkirəçiliyi - Vüsalə Musalı
Şair təzkirələri ədəbiyyat tarixinin çox dəyərli və əvəzsiz qaynaqlarındandır. Sözün həqiqi mənasında, əgər təzkirələr qələmə alınmasaydı, bu gün bir çox şairin adı ədəbiyyat tarixindən silinəcəkdi. Məsələn, Sam mirzənin "Töhfeyi-Sami" və Sadiq bəy Əfşarın "Məcməül-xəvas" təzkirələri Səfəvi dövrü Azərbaycan ədəbiyyatı tarixinin önəmli mənbələrindəndir. Əhdi Bağdadinin "Gülşəni-şüəra"sı isə Bağdadda yaşayıb-yaratmış azərbaycanlıların, eləcə də Osmanlı ölkəsinə mühacirət etmiş şairlərimizin həyat və yaradıcılığını öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir. Yalnız azərbaycanlı təzkirəçilərin deyil, həm də Orta Asiya və Osmanlı müəlliflərinin qələmə aldığı təzkirələr Azərbaycan ədəbiyyatı tarixinin mühüm mənbələrindən hesab oluna bilər. Osmanlı təzkirələri üzərində apardığımız araşdırmalar bunu bir daha təsdiq edir. Belə ki, tədqiqatlar nəticəsində məlum olmuşdur ki, XVI-XX əsrlərdə qələmə alınmış Osmanlı təzkirələrində təxminən 60 nəfərə yaxın Azərbaycan şairinin həyatı, yaradıcılığı və əsərlərindən nümunələr öz əksini tapmışdır. Bu şairlərin yarıya qədəri məhz Osmanlı təzkirələrində xatırlanmış, fəqət Azərbaycanda tədqiq olunmamışdır...
Türk Tezkireçiliyi Vüsale Musalı Urmu Turuz 2014 | |||
---|---|---|---|
اوخو
ائندیر
توروز حیاتدا قالماق اوچون، یاردیم ائدین |
|||
حجم: 2.33 MB | فورمات : Pdf | گؤرونتولندی : 1078 | خطانی بیلدیرمک |