یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Türk Xalqları edebiyatı - Elman Quliyev

8802
0
2016/12/2
سس لرین سایی 4
سس وئرمه نین سونوجو 6

Dünya xalqlarının mədəniyyəti tarixən bir-birindən təcriddə deyil, əksinə qarşılıqlı təsir dairəsində inkişaf etmiş, yüksək mənəvi dəyərlər qazanmışdır. Şərti də olsa dünya mədəniyyətinin iki qütbü kimi səciyyələndirilən Şərq və Qərb mədəniyyətləri bir-birinə bağlılıq və təsir nəticəsində müasir sivil mər¬hələyə yetişə bilmişdir. Hər bir xalqın mədəniyyəti həmin xalqın yaşadığı ərazi, region, mühit və s. amillərlə bağlı olsa da, onun dünya mədəniyyətinin inkişaf xətti ilə əlaqə və yaxınlığı şəksizdir. Türk xalqlarının mədəniyyəti və ədəbiyyatı bu mənada dünya mədəniyyəti və ədəbiyyatının ayrıca qolu və mərhələsi ol¬maqla yanaşı, həm də əsas tərkib hissəsidir.

Türklər dünyanın qədim və qüdrətli xalqlarındandır. :xx əsr türk ədəbiy-ya¬tının məşhur nümayəndəsi Ə.Nesinin təbirincə desək, "hər bir millətin böyük¬lüyü onun əhalisinin çoxluğuna və ərazisinin genişliyinə görə müəyyənləşdirilmir. Hər bir xalqın böyüklüyü onun tarix və mədəniyyətinin qədim və zənginliyinə görə müəyyənləşdirilir." Bu mənada türklər öz tarix və mədəniyyətlərinin qə¬dimliyi, zənginliyi baxı- mından dünya xalqları arasında böyüklüyünü, aparıcılı¬ğını tam şəkildə təsdiqləyə bilmişlər. Türklərin təxminən dörd min il bundan əvvəl Altay-Sayan dağları boyunca yaşamaları tarixi fakt kimi təsdiqlənmişdir. Lakin türklərin tarixinin daha əvvəllərə aid olduğu şəksizdir. Türklərin 2800 il siyasi təşkilatlanma, 2700 il ədəbiyyat, 2500 il yazı tarixinə malik olmaları bu fi¬krin həqiqiliyinə tam əminlik yaradır.

Tarixdə "türk" kəlməsi ilk dəfə Göytürklər tərəfindən işlədilmiş, mənsubiyyət ifadə edən ad kimi qəbul olunmuşdur. Lakin "türk" sözünün digər məna çalarlarına da malik olması (güc-qüvvət, törəmək-artınaq, yüyünnək, gözəl və s.), türk xalqının özünəməxsus fərdi keyfiyyət və xüsusiyyətlərini hərtərəfli müəyyənləşdirmək ba¬xımından xarakterikdir.

Hazırki dövrdə türk mədəniyyət və ədəbiyyatının təkcə hər hansı milli zə¬mində yox, ümumtürk anlayışları səviyyəsindən və bu səviyyənin nəzəri-estetik prinsiplərinin dərki baxımından öyrənilməsi vacibdir.

Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, xalqlar öz zəngin mənəvi aləmin¬dən uzun müddət nəinki uzaq düşmüş, həm də müəyyən siyasi tələblər daxi..

یازیچی لار:
یایین لایان:
Qismet
یایین ایلی:
2009 (میلادی)
صحیفه لر:
398
فورمات:
PDF Document
مؤحتوانین دیلی:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز