یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Üzeyir Hacıbəyov Ensiklopediyasi

7959
0
2014/12/13
سس لرین سایی 2
سس وئرمه نین سونوجو 3

Üzeyir Hacıbəyov ensiklopediyası üzərində işə əməli olaraq 1985 ildə - bəstəkarın anadan olmasının 100 illik yubileyindsn sonra başlansa da, bu ideya məndə hələ 1975 ildə, 0 dövrdə respublikamıza rəhbərlik edən Heydər Əliyevin təşəbbüsü və fəal iştirakı ilə Bakıda Üzeyir Hacıbəyovun xatirə ev-muzeyinin açıldığı vaxtlarda yaranmışdı. Bu məqsədlə təşkil olunmuş işgüzar qrup fasilələrlə də olsa, ensiklopediyanın yaradılması üzrə iş aparırdı.

Üzeyir bəyin 90, 100 və 110 illik yubileylsrinin keçirilməsinin bilavasitə təşkilatçısı möhtərəm Prezidentimiz Heydər Əliyev dahi bəstəkarın 110 illik yubileyindski parlaq çıxışında onun yaradıcılığını, xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək demişdir: "Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fsdakarlığı, mükəmməl təh¬sili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeyi ərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur".

1993 ildən başlayaraq yaradıcı qrup Azərbaycan mədəniyyəti üçün müstəsna əhəmiy-yətli bu işi inam və qətiyyətlə davam etdirdi. Bu gün şərəfli olduğu qədər də çətin və gərgin əməyin bəhrəsi olan ensiklopediya ÜHacıbəyov dühasının, musiqi və teatr sənətimizin, ədəbiyyatımızın - bir sözlə milli mədəniyyətimizin ÇOXSlI)llı perestişkarlarınuı mühakiməsinə təqdim edilir. Üzeyir Hacıbəyov ensiklopediyası Azerbaycanda ilk şəxsiyyət ensiklopediya¬sıdır. Məlumdur ki, xarici ölkələrdə şəxsiyyət ensiklopediyalartnın nəşri geniş yayılmışdır. A.Danteyə, V.Şekspirə, 1. VıGeteye, 1.F.Şillerə, L. Van Bethoven», ç.Dikkensə, T.Şevçenkoya və b. həsr edilmiş ensiklopediyalar buraxılmışdir. Şəxsiyyət ensiklopediyalarınin nəşri çox mürəkkəb və çətin bir işdir. Təkcə onu xatırlatmaq kifayətdir ki, həyat və yaradıcılığının öyrənilməsinə çoxsaylı monoqrafiyalar həsr olunmuş, qısa ömrünün az qala hər anı, əsərləri bütün incəliklərinə, təfərrüatına qədər açılmış M YLennontov haqqında ensiklo¬pediyanın nəşrə hazırlanmasına 20 ilə yaxın vaxt sərf edilmişdir. Bizdə də ensiklopediyanın nəşrinə hazırlıq birdən-birə, həm də təkcə yuxarıda bəhs etdiyimiz illərdə başlanmamışdır. Uzun illər boyu sənətşünas-musiqişünas alimlər, ədəbiyyatşünaslar, fəlsəfəşünaslar bu dahi bəstəkar, musiqişünas, publisist, dramaturq, mütəfəkkir və ictimai-siyasi xadimin həyat və yaradıcılığını hərtərəfli tədqiq edib öyrənmişlər. Bu işdə müxtəlif nəsillərə mənsub alimlsrin - Qubad Qasımov, Qulam Məmmədli, Mirzə İbrahimov, v.s. Vinoqradov, Xurşud Ağayeva, Firudin Kôçerli, Mirabbas Aslanov, Cahid Quliyev, V.Koryev, Elmira Abasova, Zemfira Səfərova və b.ılarının böyük xidmətləri olmuşdur.

Yarım əsrə yaxın bundan əvvəl aramızdan getmiş Üzeyir Hacıbəyov müasirlərindən uzaqlaşdıqca, adı Azərbaycan xalqının mədəni inkişafının qızıl əsri olan xx' əsrin tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, publisistikası, maarifi ilə qırılmaz tel!ərlə bağlı olan bu dahi şəxsiyyət haqqında çoxşaxəli bilgiləri umumileşdirib, təsnif etmək, ensiklopedik sistemə salaraq kül! halında - soraq kitabı şəklində gələcək nəsillərə çatdırmaq tarixi bir zərurət kimi qarşıya çıxmışdır. Azərbaycan mədəniyyətinin misilsiz vüsət, dünya şöhrəti qazanmasında çox mühüm rol oynamış bu dahi şəxsiyyətin İnsan və Sənətkar taleyinin bilavasitə bağlı olduğu uğurlu-uğursuz, keşmskeşli, ictimai-siyasi sarsıntılar və şəxsi faciələrlə dolu tariximizin mənzərəsini təcəssüm etdirən Üzeyir Hacıbəyov ensiklopediya-sında bəstəkarın həyat və yaradıcılığının bütün dövrləri və mərhələləri əhatə olunmuşdur. Oxucular burada ÜHacıbəyovun ailəsi, qohumları, uşaqlıq illəri, dostları, həmkarları, silahdaşları, musiqi, teatr və ədəbi mühiti, tələbələri, sələfləri, onunla yaradıcılıq ...

یایین لایان:
Şərq-Qərb
یایین ایلی:
2007 (میلادی)
صحیفه لر:
262
فورمات:
PDF Document
مؤحتوانین دیلی:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز