Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl
USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
MÜSEVVER TÜRKISTAN TARIX VE SEYAHATNAMESI - Ebced - 1294-Hicri
MÜSEVVER TÜRKISTAN TARIX VE SEYAHATNAMESI - Ebced - 1294-Hicri
مصور تورکستان تاریخی و سیاحتنامه سی
148-Musevver Turkistan Tarix Ve Seyahatnamesi (Ebced-1294-Hicri)
--------------------
Şərqi Türküstan (uyğur. Sherqiy Türkistan شەرقىي تۈركىستان) — Böyük Türküstanın bir qismiÇin Xalq Respublikası, digər hissəsi isə Orta Asiyanın uzaq şərq bölgələrinə aid olan şərq hissəsi.
Böyük və vahid Türküstan elləri Sovet İmperiyası və Çin Xalq Respublikası arasında qərb hissəsində keçmiş türk-sovet respublikaları, şərq hissəsində isə Uyğur Muxtar Vilayəti olmaqla iki hissəyə bölünmüşdür. Tyan Şan (Tanrı Dağ(?), uyğur-ing. Tengri Tagh) və Pamir dağ silsilələri iki türk məmləkəti arasında sərhəd təşkil edir. Şərqi Türküstanda Türk dünyasının bir çox tarixi əhəmiyyətli şəhərləri yerləşir. Bunlardan Qaşğar, Hotan, Turfan, Yarkənd, İli (Gülcə),Kumul, Aksu, Kuçar (Köçər) və Altayı misal göstərmək olar.
Coğrafiya
Şərqi Türküstan ərazisi 1,6 milyon (bəzi rəqəmlərə görə, 1,8) kvadrat kilometr olan, şimaldan Altay, cənubdan Pamir dağları ilə əhatələnmiş, tam mərkəzində isə Tanrı dağlarının ucaldığı, türk tarixinin müqəddəs izlərini özündə daşıyan bir bölgədir. Paytaxtı Urumçi, rəsmi dilləri uyğur və standart çin dilləridir.
Tanrı dağı Şərqi Türküstanı iki hissəyə bölür – şimalda Cunqarya, cənubda isə Tarım hövzəsi yerləşir. Tarım hövzəsi 900 min kvadrat kilometrlik sahəsi ilə bölgənin yarısından çoxunu tutur. Hövzənin geniş hissəsi Təklaməkan səhrasına düşür. Tanrı dağları ilə Altay dağları arasında qalan Cunqarya hövzəsi isə daha əlverişli bölgə sayılır. Şərqi Türküstanın paytaxtı Urumçi də məhz bu hövzədə yerləşir.
Tarix
Şərqi Türküstan tarixi türk tarixi ilə başlayır. Tarixi sənədlərə görə, Şərqi Türküstandakı məhəlli hökmdarlar ilk dəfə Böyük Hun İmperiyası nun tərkibində birləşiblər. İmperatorluğun zəifləməsi ilə çinlilərin Şərqi Türküstan torpaqlarına hücumları başlayıb. Çinlə Hun dövləti arasında toqquşmalar uzun müddət davam edib və bu zaman Şərqi Türküstan üzərindəki hakimiyyət də gah Çində, gah Hun dövlətində olub. Nəhayət, 103-cü ildə Çin məğlub olaraq geri çəkilib və Göytürk dönəminə qədər Şərqi Türküstan müxtəlif xanədanların idarəçiliyində qalıb.
552-ci ildə Göytürklər Ötükəni paytaxt elan edərək dövlətlərini qurublar. Müstəqil Göytürk dövləti 630-cu ilədək yaşayıb. O vaxtdan türk tarixində ağrılı dönəm başlayıb. Çin Şərqi Türküstanda çinliləşdirmə siyasəti həyata keçirməyə çalışıb. 660-cı ildə bölgəni işğal edib. 10 il sonra onların yerini tibetlilər alıb. 682-ci ildə İkinci Göytürk Xaqanlığı qurulub və bölgə göktürklərin nəzarətinə keçib. Ancaq onlar da uyğur bölgəsi üzərindəki nəzarəti saxlaya bilməyiblər və hakimiyyət başqa türk boyu olan türgislərə keçib. Onları isə qarluqlar əvəz edib. Məşhur Talas meydan müharibəsində qarluqlar Çin ordusunu məğlub ediblər və bundan sonra çinlilər 18-ci əsrə qədər Şərqi Türküstan torpaqlarından uzaq qalıblar.
Qarluqlar Şərqi Türküstanın qərbdəki bölgələrini də Ötükəndəki Uyğur Xaqanlığına bağlayıblar. Uyğur xaqanlığı yıxıldıqdan sonra qarluqlar digər türk boyları ilə birlikdə Qaraxanlı dövləti nin təməlini qoyublar. Qaraxanlı hökmdarı Saltuk Buğra xan ın dövründə islam rəsmi din elan edilib. Qaraxanlı dövlətinin ikiyə ayrılması ilə Şərqi Türküstan Şərqi Qaraxanlının tərkibində qalıb.
1090-cı ildə Şərqi Qaraxanlı səlcuqlarla birləşib. 15 il sonra isə yenidən müstəqillik qazanıb. Amma bu dəfə qarahıtaylar və naymanların hücumlarına məruz qalıb. Monqol tayfaları olan qarahıtay və naymanların iqtidarı 1218-ci ilə - Çingiz xan ordularının istilasına qədər davam edib. Çingiz xan Şərqi və Qərbi Türküstanı da işğal edib. Onun ölümündən sonra isə ölkə dörd oğlu arasında bölünüb və Türküstan Çağatayın payına düşüb.
Teymurun Qərbi Türküstanı ələ almasından sonra Çağatayların əlində yalnız Şərqi Türküstan qalıb. Teymur buranı ələ keçirməyi bacarmayıb və sülh imzalamağa məcbur olub.1357-ci ildə Çağatay xanədanı tabeçiliyindəki bütün monqol bəyləri müsəlmanlığı qəbul edib və türkləşiblər. 17-ci əsrin sonlarında Hidayətulla Xocanın üsyanı Çağatay dövlətini sarsıdıb və bundan yararlanan monqol kalmıklar Şərqi Türküstanın şimalını işğal edərək dövlət qurublar.
1760-cı ildə daxili qarışıqlığa son qoya bilməyən kalmık bəyi Çindən yardım istəyincə taxtda olan mancurlar bu fürsəti əldən qaçırmayıblar. Kalmık bəyi çinlilərlə savaşdan qorxub Rusiyaya qaçıb, torpaqları qorumaq isə Bürhanəddin Xoca ilə qardaşı Xoca Vihanın üzərinə düşüb. Uzun mübarizədən sonar məğlub olan bu iki qardaş qonşuluqdakı Bedahşaha pənah aparıblar, lakin əmir onları edam etdirərək başlarını Çin generalına göndərib. Çin generalı Xoca Cihanın xanımı Dilşad Sultanı da istəyib, əmir ölkəsini işğaldan qurtarmaq üçün bu əmri də yerinə yetirməli olub. Lakin zorla Pekinə göndərilən Dilşad Sultan Çin imperatorunun evlənmə təklifini rədd edib və imperatorun anası onu boğdurub. Bu səbəbdən də Dilşad sultan Türküstanda namus simvolu sayılır.
Mancurlar 1763-cü ildə Şərqi Türküstanda valilik quraraq Urumçi və Barkol bölgələrini Çinə aid olan Qansu bölgəsinə birləşdiriblər. Mancur istilasından qurtulmaq üçün Şərqi Türküstanda ayrı-ayrı zamanlarda qurtuluş hərəkatları olub. 1763-cü ildə Həmdullah bəy hərəkatı, 1819-1826-cı illərdə Cahangir Xan hərəkatı, 1830-da Yusif Xan Xoca hərəkatı, 1846-cı ildə Məhəmməd Əmin Xoca hərəkatı, 1855-ci ildə Vəli Xan Törə hərəkatı bunların ən məşhurlarıdır.
1863-cü ildə Şərqi Türküstanda azadlıq hərəkatı uğurla nəticələnib və işğalçı Çin birlikləri ölkədən qovulub. Hərəkata başçılıq edən Yaqub bəy Osmanlı hökmdarı Sultan Əbdüləziz dən himayədarlıq istəyib. Sultan Əbdüləziz Türküstana hərbi heyət və silah göndərib. Türkiyədən gələn əsgərlərin yardımı ilə Yaqub bəy 80 minlik ordu qurub. İngiltərə və Rusiya Şərqi Türküstan dövlətini rəsmən tanıyıb. Lakin Osmanlının zəifləməsindən və yardımları kəsməyə məcbur olmasından sonra İngiltərə və Rusiya çinlilərin Türküstanı işğal etməsinə göz yumub.
1875-ci ildə Yaqub bəyin ölməsi Şərqi Türküstan üçün zərbə olub. Bundan yararlanan Çin 1876-cı ildə Şərqi Türküstanı bir daha işğal edib. On minlərlə türk, o cümlədən Yaqub bəyin bütün ailəsi qılıncdan keçirilib. 1884-cü ildə bütün Şərqi Türküstan Çinə qatılıb. Çinin bir vilayətinə çevrilən bu türk yurduna Şin Çianq (Yeni torpaq) adı verilib. Uyğurlara yönəlik soyqırım başlayıb, türk memarlıq üslubunda tikilən bütün binalar sökülüb, yerində Çin üslubunda binalar tikilib, Şərqi Türküstan şəhərlərinin adları dəyişdirilib, türkləri çincə oxumağa və çinlilərlə evlənməyə məcbur edilib.
İkinci Mancur istilası 1911-ci ilə qədər davam edib. Həmin ildə Çində Mancur imperatorluğu devrilib və yerində respublika qurulub. 22 il yerli idarəçilər Şərqi Türküstanı talayıb, uyğurlara zülm ediblər.
1931-ci ildə Şərqi Türküstanın şərqində yerləşən Kumul vilayətində Xoca Niyaz Hacı və Saleh Dorganın liderliyində qiyam başlayıb və sürətlə yayılıb. Bütün Şərqi Türküstana yayılan üsyan iki il davam edib və genişlənib. 1933-cü il noyabrın 12-də Şərqi Türküstanda – Kaşqarda istiqlal elan edilib. Xoca Niyaz Hacı ölkənin prezidenti seçilib.
Bundan sonrakı dövrdə uyğurlar çinlilərlə yanaşı ruslarla mübarizə aparmaq məcburiyyətində qalıblar. Ruslar Şərqi Türküstanın prezidentini zorla devirib yerinə bir çinlini gətiriblər. Şərqi Türküstanda Xoca Niyaz Xan da daxil olmaqla 300 min nəfər həbs olunub, minlərlə insan öldürülüb. Rus işğalı 1944-cü ilə qədər davam edib.
İkinci Dünya müharibəsi dövründə Şərqi Türküstana başçılıq edən çinli Şen rusları qovub. Bundan sonra isə milliyyətçi Çin birlikləri Şərqi Türküstanı işğal ediblər. Onların ilk işi bölgəni çinliləşdirmək olub. Bölgəyə Çindən çox sayda insan gətirilib, çin dili məcburi hala gətirilib, türklər çinlilərlə evlənməyə məcbur edilib, ziyalı türklər həbsə atılıb. Kommunist Çin birlikləri 1949-ci ilə qədər uyğur türklərinə zülm ediblər.
1949-cu ildə Çin Xalq Cümhuriyyəti qurulub. 6 il sonra Sincan Muxtar Vilayəti yaradılıb. Lakin bu dönəmdə də uyğurların haqları tapdanıb və milli azlıq olaraq hüquqları təmin edilməyib. Ya Şərqi Türküstan dövlətinin yenidən qurulması, ya da daha yüksək statuslu muxtariyyət tələb edən uyğurlar isə həbsxanalara salınıb, sürgün edilib, işgəncələrə məruz qalıb.
1993-cü ilin rəsmi məlumatına görə, Şərqi Türküstan əhalisinin sayı 16 milyondur. Bunun 47 faizini yerli xalq olan müsəlman uyğurlar təşkil edir. Ikinci böyük çoxluq isə 37 faizlə xan millətindən olan çinlilərdir. Ölkənin üçüncü böyük xalqı sayı bir milyondan çox olan qazax türkləridir. Şərqi Türküstanda Çin müsəlmanları, qırğız türkləri, monqollar, taciklər, mancurlar, özbəklər, ruslar, dağurlar və tatar türkləri də yaşamaqdadırlar.
Xan millətinin bu bölgədə yaşaması və artması çinliləşdirmə siyasətinin tərkib hissəsidir və sayları şişirdilir. Uyğruların sayı isə, Şərqi Türküstandan olanların iddiasına görə, azaldılır. Belə ki, Şərqi Türküstandan olanlar bu bölgədə ən azı 40 milyon insan yaşadığını və onların 30 milyonunun müsəlman türklərdən ibarət olduğunu deyirlər. Çin iqtidarı müsəlman türklərin bir-biriləriylə yaxınlıqlarını aradan qaldırmaq üçün bəlgələri etnik quruluşlarına görə muxtar qəsəbə, muxtar bölgə kimi parçalara ayırıb. Müsəlman türklərə uşaq sayını məhdudlaşdırma, məcburi abort kimi metodlar tətbiq olunur. Ən məhsuldar torpaqlar çinlilərə verilir, bütün fabriklər Şərqi Türküstana yerləşdirilən çinlilərin yaşadıqları ərazilərdə qurulub.
Uyğurlar 1949-cu ildən sonra da müstəqillik və haqları uğrunda mübarizələrini davam etidirblər. Lakin Şərqi Türküstanın azadlıq istəyən ziyalıları ya həbsə, ya da sürgünə göndəriliblər. Son 50 ildə Şərqi Türküstanın problemlərini dünyaya çatdırmağa çalışan ən məşhur isimlərdən biri İsa Yusif Alptəkin olub. Şərqi Türküstanın simvolu halına gələn İsa Yusif Alptəkin 1901-ci ildə Kaşqarda anadan olub. 1936-cı ildə Çin Respublika Məclisinə seçilib.1947-cü ildə Şərqi Türküstan hökumətinin baş katibi olub. 1949-cu ildə Çin Xalq Qurtuluş Ordusunun Şərqi Türküstana yerləşdirilməsindən sonra Hindistana – Kəşmirə sığınıb. 1954-cü ildə Türkiyəyə köçub və orada Şərqi Türküstan Mühacirlər Cəmiyyətini qurub və Şərqi Türküstanın səsini dünyaya duyurmağa çalışıb. 1995-ci ildə dünyasını dəyişib. Oğlu Erkin Alptəkin də Şərqi Türküstan azadlıq hərəkatının iştirakçılarındandır, hazırda Almaniyada yaşayır.
MÜSEVVER TÜRKISTAN TARIX VE SEYAHATNAMESI - Ebced - 1294-Hicri | |||
---|---|---|---|
Read
دانلود
Turuz hayatta kalmak için, Yardım Edin |
|||
حجم: 19.84 MB | File Type : Pdf | دیده شده : 694 | Damage report |