Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl
USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Azerbaycan Onomastikasi – M.Adilov - A.Pashayev - Baki-1987 - 87s
Azerbaycan Onomastikasi
M.Adilov - A.Pashayev
Baki-1987
87s
--------------
Azərbaycan toponimləri
Azərbaycan dilinin lüğət tərkibində diqqəti cəlb edən laylardan birini toponimlər təşkil edir.Bu qrup dil vahidləri müxtəlif əlamətlərə malikdir.Burada son zamanlar yaranmış müasir adlarla bərabər qədimdə meydana çıxmış adlar da mövcuddur.Qədim toponimlər müasir toponimlərdən fərqli olaraq sadə və lakonik deyildir.Onların əksəriyyəti bütöv cümlələrdən ibarət olmuşdur.İlkin toponimlərin əlamətini özündə saxlayan At-ölən,Canışbatan,Qayadinməz və s. toponimlər bu qəbildəndir.Toponimlərə ölkə(İngiltərə...),respublika(Gürcüstan...),rayon (Ağsu...), şəhər (Gəncə...),qəsəbə(Qonaqkənd...),prospekt(İnşaatçılar prospekti...),küçə(Vaqif küçəsi..),kənd(Quşçu...),məhəlləsi (Bocallar məhəlləsi...),dağ(Savalan,Qoşqar),tdüzənlikərə(Göy təpə...),dərə(Sulu dərə...),düzənlik (Mil düzü...),körpü(Ağ körpü...),çala(Pambıq çalası...),qışlaq(Bədirxan qışlağı...),yaylaq(Cantəpə yaylağı...) və s.adları daxildir.
Toponimlərin dil faktı kimi özünəməxsus diqqəti cəlb edən cəhətləri mövcuddur.Bunların yaranması,inkişsf xüsusiyyətlərinin açılması ,aydınlaşdırılması dilçiliyin vacib məsələlərindəndir.
Toponimlərin qrupları
Azərbaycan toponimləri dilimizin leksikasında mövcud olan müxtəlif söz qrupları əsasında yaranmışdır.Həmin toponimlərin genetik və etnolinqvistik təhlili göstərir ki,müxtəlif dövrlərdə coğrafi obyektlərin adlandırılmasında meyllər olmuşdur.Belə ki,yaşayış məskənləri və başqa yer adları müəyyən dövrdə ancaq hər hansı bir şəxsin adını daşımışdır.Başqa bir dövrdə bu adlandırma tayfa və qəbilələrin adı əsasında formalaşmışdır.Beləliklə, yer adları şəxs,tayfa,qəbilə,heyvan ,bitki ,səma cisimləri,su obyektlərinin və s. adını daşımaqla meydana çıxmışdır.Bu cəhətə görə Azərbaycan toponimlərinin bu qrupları vardır.
1.Antrotoponimlər
Azərbaycan toponimləri sisteminin müəyyən sahəsini şəxs adı,soyad,ləqəb,titul əsasında meydana çıxmış yer adları təşkil edir.Belə adlar dilçilikdə antrotoponim adlanır.Buna misal olaraq Əhmədabad sözünü göstərə bilərik.Əhmədabad sözü kənd adıdır.Bu ad Sabirabad rayonunda yerləşir.Həmin toponim şəxs adı olan “Əhməd ” və “abad ” termininin birləşməsindən əmələ gəlmışdir.Azərbaycan antrotoponimləri tərkibcə üç yerə bölünür:
Yalnız şəxs adlarından ibarət antroponimlər
Şəxs adlarından və sözdüzəldici şəkilçilərdən ibarət adlar
Şəxs adlarından və yaşayış məntəqəsinin tipini bildirən sözlərdən(abad,qala,dizə,kənd,qışlaq və s.), yerin coğrafi mövqeyini bildirən sözlərdən (dağ,dərə, yal,təpə və s.),yaxud su obyekti bildirən sözlərdən (su, çay,göl və s.) ibarət adlar təşkil edir.
2.Etnotoponimlər
Tayfa,qəbilə adları əsasında yaranmış toponimlər onomastik sistemdə etnotoponim adlanır.Azərbaycan toponimik sisteminin ən mürəkkəb və qaranlıq sahəsi etnotoponimlərdir.Xalqımızın qədim tarixi ilə bağlı olan bu toponimlərin mənşəyi barədə hələlik çox az söz deyilmişdir.İndiyədək Azərbaycan etnotoponimlərinin tam mənzərəsini əks etdirən nə xüsusi elmi əsər,monoqrafiya,nə də lüğət hazırlanmışdır.Muğan,Muğanlı,Sıxlı,Corat,Alpout, Quşçu,Boyat,Təklə və s. Etnotoponimlər bu qəbildəndir. B.Ə.Budaqov və Ə.İ.Əliyev müasir Bayandurlu,Saler (Şəmkir),Dondarlım(Qubadlı,Tovuz),Qaraçıq (Naxçıvan), Qaragünə (Əli Bayramlı),Kəpənək (Zaqatala),Kəpənəkçi (Bolnisi,Marneuli) kənd adlarının “Kitabi-Dədə Qorqud” dastanındakı Salur Qazan,Dəli Dondar, Qaraçuqun, Qaragünə adlarını əks etdirdiyini ehtimal edirlər.
3.Hidrotoponimlər
Hidroterminlər əsasında yaranan toponimlər hidrotoponim adlanır.Məsələn, Bolsulu (Beyləqan), Qaşqaçay (Qax), Qoşabulaq (Gədəbəy),Qusarçay (Qusar),İlisu (Qax),Çaylı (Qazax,Şamaxı,Xanlar,Şəmkir), Sulutəpə (Bakı,Cəlilabad) və s. Kənd adlarının leksik tərkibini araşdırdıqda məlum olur ki,ancaq “su” mənasını bildirən leksik vahidlər əsasında yaranmışdır.
4.Zootoponimlər
Heyvan,quş,balıq,həşərat və s.canlıların əsasında düzələn toponimlər zootopimlər adlanır.Tarixən xalqımızın iqtisadi həyatının bir hissəsini heyvandarlıq təşkil etmişdir.Bununla əlaqədar olaraq bir sıra yaşayış məskənləri,yer adları əmələ gəlmişdir.Məsələn, Qazbölük (Balakən), Atbulaq (Salyan),İnəkboğan (Gədəbəy),Qoçdərə (Tovuz),Soxulcan (Yardımlı),Ördəkli (Zəngilan) və s.
Zootoponimlər Azərbaycan toponimik sistemində azlıq təşkil edir.
5.Fitotoponimlər
Bitki adları əsasında düzələn yer adları fitotoponimlər adlanır.Azərbaycan dilinə məxsus toponimlərin bir qrupunu fitotoponimlər təşkil edir.Məsələn,Almalıq (Kəlbəcər), Almalıtala (Tovuz),Çovdar (Daşkəsən,Kəlbəcər),Biçənək (Şahbuz),Pambıqkənd (Salyan ),Laləzər (Şamaxı),Meşəli (Xaçmaz) və s. Fitotoponimlər bitki faunası əsasında yaranır.Başqa sözlə desək,coğrafi yer ən çox malik olduğu bitki növünün adı ilə adlanır.Fitotoponimlərdə mövcud olan -lı(-li,-lu,-lü) şəkilçisi bir növ çoxluq təşkil edir.Məsələn, Çinarlı,Badamlı,Almalı,Armudlu və s.
Azerbaycan Onomastikasi – M.Adilov - A.Pashayev - Baki-1987 - 87s | |||
---|---|---|---|
Read
دانلود
Turuz hayatta kalmak için, Yardım Edin |
|||
حجم: 23.88 MB | File Type : Pdf | دیده شده : 643 | Damage report |