یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Azerbaycan Onomastikasi – M.Adilov - A.Pashayev - Baki-1987 - 87s

6999
0
2016/4/17
سس لرین سایی 1
سس وئرمه نین سونوجو 5

Azerbaycan Onomastikasi

M.Adilov - A.Pashayev

Baki-1987

87s

--------------

 

                     Azərbaycan toponimləri

Azərbaycan dilinin lüğət tərkibində diqqəti cəlb edən laylardan birini toponimlər təşkil edir.Bu qrup dil vahidləri müxtəlif əlamətlərə malikdir.Burada son zamanlar yaranmış müasir adlarla bərabər qədimdə meydana çıxmış adlar da mövcuddur.Qədim toponimlər müasir toponimlərdən fərqli olaraq sadə və lakonik deyildir.Onların əksəriyyəti bütöv cümlələrdən ibarət olmuşdur.İlkin toponimlərin əlamətini özündə saxlayan  At-ölən,Canışbatan,Qayadinməz və s. toponimlər bu qəbildəndir.Toponimlərə  ölkə(İngiltərə...),respublika(Gürcüstan...),rayon (Ağsu...), şəhər  (Gəncə...),qəsəbə(Qonaqkənd...),prospekt(İnşaatçılar  prospekti...),küçə(Vaqif küçəsi..),kənd(Quşçu...),məhəlləsi   (Bocallar  məhəlləsi...),dağ(Savalan,Qoşqar),tdüzənlikərə(Göy təpə...),dərə(Sulu dərə...),düzənlik (Mil düzü...),körpü(Ağ körpü...),çala(Pambıq çalası...),qışlaq(Bədirxan qışlağı...),yaylaq(Cantəpə yaylağı...) və s.adları daxildir.

    Toponimlərin dil faktı kimi özünəməxsus diqqəti cəlb edən cəhətləri mövcuddur.Bunların yaranması,inkişsf xüsusiyyətlərinin açılması ,aydınlaşdırılması dilçiliyin vacib məsələlərindəndir.

Toponimlərin  qrupları

     Azərbaycan toponimləri dilimizin leksikasında mövcud olan müxtəlif söz qrupları əsasında yaranmışdır.Həmin toponimlərin genetik və etnolinqvistik təhlili göstərir ki,müxtəlif dövrlərdə  coğrafi obyektlərin adlandırılmasında meyllər olmuşdur.Belə ki,yaşayış məskənləri və başqa yer adları müəyyən dövrdə ancaq hər hansı bir şəxsin adını daşımışdır.Başqa bir dövrdə bu adlandırma tayfa və qəbilələrin adı əsasında formalaşmışdır.Beləliklə, yer adları şəxs,tayfa,qəbilə,heyvan ,bitki ,səma cisimləri,su obyektlərinin və s. adını daşımaqla meydana çıxmışdır.Bu cəhətə görə Azərbaycan toponimlərinin bu qrupları vardır.

 1.Antrotoponimlər

    Azərbaycan toponimləri sisteminin müəyyən sahəsini şəxs adı,soyad,ləqəb,titul əsasında meydana çıxmış yer adları təşkil edir.Belə adlar dilçilikdə antrotoponim adlanır.Buna misal olaraq Əhmədabad  sözünü göstərə bilərik.Əhmədabad sözü kənd adıdır.Bu ad Sabirabad rayonunda yerləşir.Həmin toponim şəxs adı olan “Əhməd ” və “abad ” termininin birləşməsindən əmələ gəlmışdir.Azərbaycan antrotoponimləri tərkibcə üç yerə bölünür:

Yalnız şəxs adlarından ibarət antroponimlər

Şəxs adlarından və sözdüzəldici şəkilçilərdən ibarət adlar

Şəxs adlarından və yaşayış  məntəqəsinin tipini bildirən sözlərdən(abad,qala,dizə,kənd,qışlaq və s.), yerin coğrafi mövqeyini bildirən sözlərdən (dağ,dərə, yal,təpə və s.),yaxud su obyekti bildirən sözlərdən (su, çay,göl və s.) ibarət adlar təşkil edir.

   2.Etnotoponimlər

Tayfa,qəbilə adları əsasında yaranmış toponimlər onomastik sistemdə  etnotoponim adlanır.Azərbaycan toponimik sisteminin ən mürəkkəb və qaranlıq sahəsi etnotoponimlərdir.Xalqımızın qədim tarixi ilə bağlı olan bu toponimlərin mənşəyi barədə hələlik çox az söz deyilmişdir.İndiyədək Azərbaycan etnotoponimlərinin tam mənzərəsini əks etdirən nə xüsusi elmi əsər,monoqrafiya,nə də lüğət hazırlanmışdır.Muğan,Muğanlı,Sıxlı,Corat,Alpout, Quşçu,Boyat,Təklə və s. Etnotoponimlər bu qəbildəndir. B.Ə.Budaqov və Ə.İ.Əliyev müasir Bayandurlu,Saler (Şəmkir),Dondarlım(Qubadlı,Tovuz),Qaraçıq (Naxçıvan), Qaragünə (Əli Bayramlı),Kəpənək (Zaqatala),Kəpənəkçi (Bolnisi,Marneuli) kənd adlarının “Kitabi-Dədə Qorqud” dastanındakı Salur Qazan,Dəli Dondar, Qaraçuqun, Qaragünə  adlarını əks etdirdiyini ehtimal edirlər.

3.Hidrotoponimlər

      Hidroterminlər əsasında yaranan toponimlər hidrotoponim adlanır.Məsələn, Bolsulu (Beyləqan),  Qaşqaçay (Qax), Qoşabulaq (Gədəbəy),Qusarçay (Qusar),İlisu (Qax),Çaylı (Qazax,Şamaxı,Xanlar,Şəmkir), Sulutəpə (Bakı,Cəlilabad) və s. Kənd adlarının leksik tərkibini araşdırdıqda məlum olur ki,ancaq “su” mənasını bildirən  leksik vahidlər əsasında yaranmışdır.

  4.Zootoponimlər

    Heyvan,quş,balıq,həşərat və s.canlıların əsasında düzələn toponimlər zootopimlər adlanır.Tarixən xalqımızın iqtisadi həyatının bir hissəsini heyvandarlıq  təşkil etmişdir.Bununla əlaqədar olaraq bir sıra yaşayış məskənləri,yer adları əmələ gəlmişdir.Məsələn, Qazbölük (Balakən), Atbulaq (Salyan),İnəkboğan (Gədəbəy),Qoçdərə (Tovuz),Soxulcan (Yardımlı),Ördəkli (Zəngilan) və s.

     Zootoponimlər Azərbaycan toponimik sistemində azlıq təşkil edir.

                     5.Fitotoponimlər

    Bitki adları əsasında düzələn yer adları  fitotoponimlər adlanır.Azərbaycan dilinə məxsus toponimlərin bir qrupunu fitotoponimlər təşkil edir.Məsələn,Almalıq (Kəlbəcər), Almalıtala (Tovuz),Çovdar (Daşkəsən,Kəlbəcər),Biçənək (Şahbuz),Pambıqkənd (Salyan ),Laləzər (Şamaxı),Meşəli  (Xaçmaz) və s. Fitotoponimlər bitki faunası əsasında yaranır.Başqa sözlə desək,coğrafi yer ən çox malik olduğu bitki növünün adı ilə adlanır.Fitotoponimlərdə mövcud olan -lı(-li,-lu,-lü) şəkilçisi bir növ çoxluq təşkil edir.Məsələn, Çinarlı,Badamlı,Almalı,Armudlu və s.

یازیچی لار:
یایین ایلی:
1987 (میلادی)
صحیفه لر:
87
فورمات:
PDF Document

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز