Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl
USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
I ŞAH İSMAYILIN HAKİMİYYƏTİ
Dövlətçilik ənənəsinə sahib olmaq hər xalqın taleyinə ya-zılmış qismət deyildir. Biz Azərbaycan türkləri olaraq dünya mədəniyyətinə verdiyimiz əvəzsiz töhfələrlə yanaşı, həm də tarixin dərin qatlarına gedib çıxan zəngin dövlətçilik irsinin va-risləriyik. Bu irsi yaşatmaq və öyrənmək çağdaş Azərbaycan tarixçilərinin vətən və millət qarşısında müqəddəs borcudur.
Dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biri də, heç şüb-həsiz ki, Səfəvilər xanədanının hakimiyyəti dövrü ilə başlamış-dır.
1501-ci ildə görkəmli dövlət xadimi, sərkərdə və şair Şah İsmayıl Xətainin başçılığı altında yaradılan Azərbaycan Səfə-vilər dövləti milli tariximizdə müsbət mənada silinməz bir iz qoydu. I Şah İsmayıl məmləkəti bürümüş feodal pərakəndəli-yini, dərəbəyliyi, özbaşınalığı aradan qaldırdı, mərkəzləşdiril-miş dövlət sistemini bərqərar etdi, vergiləri yumşaltdı və xalqı zülmdən, sitəmdən qurtardı. Səfəvilərin rəhbərliyi ilə Azərbay-canın cənub və şimal torpaqlarının vahid dövlətin tərkibində birləşdirilməsi ölkəmizin sosial-iqtisadi və mədəni tərəqqisi üçün yeni üfüqlər açdı. Səfəvilər sülaləsinin himayəsi ilə ana-dilli Azərbaycan ədəbiyyatının sürətli inkişaf mərhələsi başla-dı. Azərbaycan türkcəsindən rəsmi yazışmalar və diplomatiya dili kimi istifadə edilməsi təcrübəsinin əsası qoyuldu.
I Şah İsmayılın müasiri olmuş klassik şairlərimiz – Füzuli, Kişvəri, Tüfeyli və digərləri öz şeirlərində onu hörmətlə yad et-miş, fəaliyyətini yüksək qiymətləndirmişlər. “Xalqın gözü tərə-zidir” deyiblər müdriklərimiz. Şah İsmayıl Xətai xalqımızın yad-daşı sayılan folklorumuzda da istisnasız olaraq müsbət bir qəhrəman kimi qalmışdır. Xalq ozanlarımızdan Qurbaninin, Miskin Abdalın, Quşçuoğlunun yaradıcılığında, Anadoludakı Ələvi dədələrinin, Güney Azərbaycandakı Əhl-i Həqq aşıqları-nın nəğmələrində, “Şah İsmayıl və Taclı xanım”, “Qurbani və Pəri”, “Qurbani və Sənəm” və s. kimi xalq dastanlarımızda, hekayələrimizdə ədalətli və xeyirxah mürşid-i kamil, vətənpər- 4
vər və şücaətli bir hökmdar kimi yaşayan Şah İsmayıl Xətai obrazı bu xüsusda tutarlı bir dəlildir.
Azərbaycan Səfəvilər dövlətinin idarəçilik sistemi, hərbi təşkilatı, ictimai-iqtisadi şəraiti də müəllifin diqqətindən yayın-mamışdır. O, Şah İsmayılın dünyəvi və mənəvi hakimiyyəti özündə cəmləşdirən bir lider olaraq xarizmatik şəxsiyyətini, onun kadr siyasətini və sosial tədbirlərini tədqiq etmiş, XVI əs-rin birinci rübündə Qarabağın tarixi ilə bağlı bəzi maraqlı nüanslara yer vermişdir.
Əsərin “Əlavələr” hissəsində təqdim olunmuş qızılbaş əmirlərinin siyahısı, Şah İsmayıl miniatürləri və s. də əyani və-sait kimi xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, N.S.Musa-lının “I Şah İsmayılın hakimiyyəti (“Tarix-i aləmara-yi Şah İs-mayıl” əsəri əsasında)” adlanan monoqrafiyası tədqiqatçının uzun illər sürən gərgin əməyinin və yorulmaz axtarışlarının bəhrəsidir. O, qarşısına çətin bir vəzifə qoymasına baxmaya-raq, işinin öhdəsindən layiqincə gəlmişdir. Monoqrafiya yeni faktlarla zəngindir. Biz bu əsəri Azərbaycan səfəvişünaslığının son nailiyyətlərindən biri hesab edirik və onun müəllifinə yeni-yeni uğurlar arzulayırıq. İki il bundan öncə N.Musalı ilə birlikdə ilk dəfə olaraq Səfəvilər dövrünün görkəmli Azərbaycan tarix-çisi İsgəndər bəy Münşinin “Tarix-i aləmara-yi Abbasi” əsəri-nin birinci cildinin tərcüməsini başa vuraraq, bu kitabı nəşr et-dirdik. Ümid edirik ki, gənc alim gələcəkdə “Tarix-i aləmara-yi Şah İsmayıl”ın farsca mətnini də tam şəkildə doğma dilimizə tərcümə edəcəkdir.
I ŞAH İSMAYILIN HAKİMİYYƏTİ | |||
---|---|---|---|
Read
دانلود
Turuz hayatta kalmak için, Yardım Edin |
|||
حجم: 7.91 MB | File Type : Pdf | دیده شده : 538 | Damage report |