Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
I ŞAH İSMAYILIN HAKİMİYYƏTİ
Dövlətçilik ənənəsinə sahib olmaq hər xalqın  taleyinə ya-zılmış  qismət  deyildir.  Biz  Azərbaycan  türkləri  olaraq  dünya mədəniyyətinə  verdiyimiz  əvəzsiz  töhfələrlə  yanaşı,  həm  də tarixin dərin qatlarına gedib çıxan zəngin dövlətçilik irsinin va-risləriyik. Bu  irsi  yaşatmaq  və öyrənmək  çağdaş Azərbaycan tarixçilərinin  vətən  və millət  qarşısında müqəddəs  borcudur. 
Dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biri də, heç şüb-həsiz ki, Səfəvilər xanədanının hakimiyyəti dövrü ilə başlamış-dır. 
1501-ci  ildə görkəmli dövlət xadimi, sərkərdə və şair Şah İsmayıl Xətainin başçılığı altında yaradılan Azərbaycan Səfə-vilər  dövləti  milli  tariximizdə  müsbət  mənada  silinməz  bir  iz qoydu.  I Şah  İsmayıl məmləkəti bürümüş  feodal pərakəndəli-yini,  dərəbəyliyi,  özbaşınalığı  aradan  qaldırdı, mərkəzləşdiril-miş dövlət sistemini bərqərar etdi, vergiləri yumşaltdı və xalqı zülmdən, sitəmdən qurtardı. Səfəvilərin rəhbərliyi ilə Azərbay-canın  cənub  və  şimal  torpaqlarının  vahid  dövlətin  tərkibində birləşdirilməsi  ölkəmizin  sosial-iqtisadi  və  mədəni  tərəqqisi üçün yeni üfüqlər açdı. Səfəvilər sülaləsinin himayəsi  ilə ana-dilli Azərbaycan ədəbiyyatının sürətli  inkişaf mərhələsi başla-dı. Azərbaycan  türkcəsindən rəsmi yazışmalar və diplomatiya dili kimi istifadə edilməsi təcrübəsinin əsası qoyuldu.  
I Şah  İsmayılın müasiri olmuş klassik şairlərimiz – Füzuli, Kişvəri, Tüfeyli və digərləri öz şeirlərində onu hörmətlə yad et-miş,  fəaliyyətini yüksək qiymətləndirmişlər. “Xalqın gözü  tərə-zidir” deyiblər müdriklərimiz. Şah İsmayıl Xətai xalqımızın yad-daşı  sayılan  folklorumuzda  da  istisnasız  olaraq  müsbət  bir qəhrəman  kimi  qalmışdır.  Xalq  ozanlarımızdan  Qurbaninin, Miskin  Abdalın,  Quşçuoğlunun  yaradıcılığında,  Anadoludakı Ələvi dədələrinin, Güney Azərbaycandakı Əhl-i Həqq aşıqları-nın nəğmələrində,  “Şah  İsmayıl və Taclı xanım”,  “Qurbani və Pəri”,  “Qurbani  və  Sənəm”  və  s.  kimi  xalq  dastanlarımızda, hekayələrimizdə ədalətli və xeyirxah mürşid-i kamil, vətənpər- 4 
vər  və  şücaətli  bir  hökmdar  kimi  yaşayan  Şah  İsmayıl  Xətai obrazı bu xüsusda tutarlı bir dəlildir.
Azərbaycan  Səfəvilər  dövlətinin  idarəçilik  sistemi,  hərbi təşkilatı,  ictimai-iqtisadi şəraiti də müəllifin diqqətindən yayın-mamışdır.  O,  Şah  İsmayılın  dünyəvi  və  mənəvi  hakimiyyəti özündə  cəmləşdirən  bir  lider  olaraq  xarizmatik  şəxsiyyətini, onun kadr siyasətini və sosial tədbirlərini tədqiq etmiş, XVI əs-rin  birinci  rübündə  Qarabağın  tarixi  ilə  bağlı  bəzi  maraqlı nüanslara yer vermişdir.   
Əsərin  “Əlavələr”  hissəsində  təqdim  olunmuş  qızılbaş əmirlərinin siyahısı, Şah İsmayıl miniatürləri və s. də əyani və-sait kimi xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, N.S.Musa-lının  “I Şah  İsmayılın hakimiyyəti  (“Tarix-i aləmara-yi Şah  İs-mayıl”  əsəri  əsasında)”  adlanan monoqrafiyası  tədqiqatçının uzun  illər  sürən  gərgin  əməyinin  və  yorulmaz  axtarışlarının bəhrəsidir. O, qarşısına çətin bir vəzifə qoymasına baxmaya-raq,  işinin  öhdəsindən  layiqincə  gəlmişdir. Monoqrafiya  yeni faktlarla zəngindir. Biz bu əsəri Azərbaycan səfəvişünaslığının son nailiyyətlərindən biri hesab edirik və onun müəllifinə yeni-yeni uğurlar arzulayırıq. İki il bundan öncə N.Musalı ilə birlikdə ilk dəfə olaraq Səfəvilər dövrünün görkəmli Azərbaycan  tarix-çisi  İsgəndər bəy Münşinin  “Tarix-i aləmara-yi Abbasi”  əsəri-nin birinci cildinin tərcüməsini başa vuraraq, bu kitabı nəşr et-dirdik. Ümid edirik ki, gənc alim gələcəkdə “Tarix-i aləmara-yi Şah  İsmayıl”ın  farsca mətnini də  tam şəkildə doğma dilimizə tərcümə edəcəkdir. 
| I ŞAH İSMAYILIN HAKİMİYYƏTİ | |||
|---|---|---|---|
| خواندن                    
                                       
                    
					دانلود برای ادامه حیات توروز، کمک کنید | |||
| حجم: 7.91 MB | نوع فایل : Pdf | دیده شده : 728 | گزارش خرابی | 
 
     
    .jpg) 
              
                 
     
     
     
    