Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
BTC: bc1q0lqs9dhsd6glk4hdslt83fwcrz9uvujk6lrcfl
USD(TRC20):TWrFZBWcvyDfQSA51cvXq52Es8VSHeFwQR
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Şəhriyarın Seçilmiş əsərləri- Şehriyarın Seçilmiş eserleri
ŞEHRIYARIN SEÇILMIŞ ESERLERI
شهریارین سئچیلمیش اثرلری
Ustad şəhriyarın türk şerlərindən seçillmiş bir kitabdi ki latin
əlifbasında yazılıb.
Kitabın adi:Şəhriyarın Seçilmiş əsərləri
Yazar: Məhəmməd Hüsen Şəhriyar
Tarix:2005
Biçim: PDF
Dil: Türkcə
Bir də yatam, qucağında yuxluyam,
Ömrü qovam, bəlkə burda haxlıyam,
Uşaqlığa deyəm: bizə gəlsən bir,
Aydın günlər, ağlar yüzə gülsən bir!
Heydərbaba, çəkdin məni gətirdin,
Yurdumuza, yuvamıza yetirdin,
Yusifivi uşaq ikən itirdin,
Qoca Yəqub, itmişsəm də tapıbsan,
Qavalıyıb qurd ağzından qapıbsan.
Mən gördüyüm karvan çatıb köçübdü,
Ayrılığm şərbətini içibdi,
Ömrümüzün köçü burdan keçibdi,
Keçib gedib gedər-gəlməz yollara,
Tozu qonub bu daşlara, kollara.
Burda şirin xatirələr yatıblar,
Daşlarıylan başı başa çatıblar,
Aşnalığın daşın bizdən atıblar,
Mən baxanda qavzanıllar, baxıllar,
Bir də yatıb yandırıllar, yaxıllar.
Gedənlərin yeri burda görünür,
Xanım nənəm ağ kəfənin bürünür,
Dalımcadır, hara gedim sürünür:
- Bala, gəldin? Niyə belə gec gəldin?
Səbrim sənnən güləşdi, sən güc gəldin.
Qəbiləmiz burda qurub ocağı,
İndi olmuş qurd-quşların yatağı,
Gün batanda sönər bütün çırağı,
"Və bəldətin leysə ləha ənisu
İlləl yəafirə və iltəl-isu".
Zaman keçir, üfüqlərdə toz qalır,
Karvan kimi uzaqlarda toz salır,
Duman gəlir, yürəkləri çulğalır,
Ürək deyir: Zaman, keçmə, amandur,
Şəhriyarın Seçilmiş əsərləri-çap bakı | |||
---|---|---|---|
Read
دانلود
Turuz hayatta kalmak için, Yardım Edin |
|||
حجم: 62.14 MB | File Type : Pdf | دیده شده : 1516 | Damage report |