یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Əlağa Vahid Seçilmiş Əsərləri

15531
0
1393/11/1
تعداد آرا 4
نتیجه آرا 5

İyirminci yüzilliyin əvvəlində Bakıda ictimai-iqtisadi, mədəni həyat ildən-ilə daha dolğun məzmun alır, hər sahədə böyük bir canlanma, irəliləyiş müşahidə olunurdu. Şəhərdə yeni-yeni binalar, müəssisələr, məktəblər tikilir, maarif işləri genişlənir, getdikcə çeşidi artan qəzet və jurnallar daha çox evlərə yol tapırdı. "Molla Nəsrəddin" əhvalatları danışılmayan, "Hophop"un (M.Ə.Sabirin) şeirləri deyilməyən ailə tapmaq mümkün deyildi .

... Əlağanın on-on iki yaşı olardı (o, l894-cü ildə Bakı şəhərində dünyaya gəlmişdi). Yarıkönül getdiyi mollaxanada 0, iki il oxuduqdan sonra yoxsulluq üzündən təhsilini yarımçıq qoyub işləməyə başlamışdı. Əvvəl tütün fabrikində çilingər şagirdi, sonra dülgər işləmişdi. Atası çox erkən vəfat etdiyi üçün əmisinin himayəsində böyüyürdü. Yeni üsullu məktəblərdə isə təhsil almaq istəyinin əlçatmaz olduğunu başa düşürdü.

o dövrdə Bakıda və ətraf kəndlərdə yaşayanlar arasında "meyxana" deyilən xalq şeri növü geniş yayılmışdı. Müəyyən bir səbəbdən top¬laşmış şənlik məclislərində, daha geniş miqyasla toylarda "söz qoş¬maq" qabiliyyəti olan bir neçə adam (gənc də, yaşlı da ola bilərdi) or¬taya çıxırdılar. Onlar məclisdəkilərdən birinin təklif etdiyi qafiyəli misranın məna və ahənginə uyğun bədahətən (fikirləşmədən) bəndlər deməyə başlayırdılar. Məzmun şux, yumorlu; ahəng oynaq ritmli olur, meyxananın sözləri məclisdəkilərin çırtıq çalmasıyla yaxud nağara, dəf ilə müşayiət edilirdi. Meyxana deyənlər arasında bir növ sənətkarlıq yarışı gedirdi. Məclisdəkilər daha mənalı, hazırcavab və sözü məha¬rətlə yerində işlə də bilənləri öz alqışları ilə fərqləndirir və qiymətlən¬dirirdilər. Çox güman ki, yeniyetmə Əlağanın söz sənətinə marağı, şeir qoşmaq istedadının münbit zəmini elə bu meyxana məclisləri olmuşdu. Çünki artıq gənc yaşlarında onun meyxana ustadı kimi ad çıxarması barədə müasirlərinin xatirələrində maraqlı məlumatlar mövcuddur.

Əlağanın cəmiyyət həyatına fəhlə kimi gəlməyinə baxmayaraq, şerə olan marağı, həvəsi onu mütaliəyə sövq edirdi. Erkən yaşlarından dahi qəzəl ustadı Məhəmməd Füzulinin bir çox qəzəllərini əzbər bilir, Mirzə Ələkbər Sabirin satiralarının ahəngdar bəhrlərdə sadə deyim tərzindən təsirlənir, Seyid Əzimin mənzum hekayə lərini, qəzəllərini..

 

نویسندگان:
اتشارات:
Lider
سال انتشار:
2005 (میلادی)
صفحات:
473
نوع فایل:
PDF Document
زبان نوشتاری یا گفتاری:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز