یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Ахsiqа Türk Folkloru - Asif Hacılı

4267
0
1393/11/13
تعداد آرا 1
نتیجه آرا 5

İnsanlar kimi, xalqların da öz taleyi, öz qisməti var. Sonsuz türk dünyasının ulu boylarından olan Axısqa türklərinin taleyi türk tarixinin ən faciəli və həm də şanlı səhifələrindən biridir ...

Dünyanın cənnət guşələrindən sayılan Axısqa-Çıldır torpaqları ən əski çağlardan zəhmətkeş əməkçilərin və ustad sənətkarların yurdu olmuşdur.

Türk ellərinin qovşağında, köç yollarının üstündə yerləşən bu obada müxtəlif türk bölgələrinin bir çox zənginlikləri cəmləşmişdir. Axısqa mahalında qədimlərdən Anadolu və Qafqaz, Rumeli və Turan mədəniyyətləri çulğaşaraq orijinal etnoqrafik fenomen yaradıb. Bu obada həm uzaq İstanbul civarlarının, həm ulu Gəncə yörəsinin nəfəsi duyulur, həm Anadolu halayları, həm Borçalı gözəlləmələri səslənir ... Müşahidələrimiz bizi bu qənaətə gətirib ki, Axısqa türkləri Türkiyə və Azərbaycan türkləri arasında keçid mövqeyində duran özünəməxsus etnoqrafik qrupdur.

Şərti olaraq desək, əgər Borçalının qarapapaq elatı tarix mey-danına osmanlılığa meylli azəri türkləri kimi çıxmışlarsa, Axısqa eli - azərbaycanlılığa meylli osmanlı türkləri hesab oluna bilər.

Qədim çağlardan qoca Qafqazın cənub-qərb torpaqlarında məskunlaşmış Axısqa türkləri 1944-cü ilin noyabrında amansız imperiya siyasətinin qurbanı olmuş, doğma vətənindən uzaqlara sürülmüş və bütün insani hüquqlardan məhrum edilmişdi

نویسندگان:
اتشارات:
Nurlan
سال انتشار:
2008 (میلادی)
صفحات:
280
نوع فایل:
PDF Document
زبان نوشتاری یا گفتاری:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز