یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Azərbaycan Qadın Şairləri Antolojyası - Əzizə Cəfərzadə

5782
0
1396/1/10
تعداد آرا 1
نتیجه آرا 7

Tariximizin qəhrəmanlıq səhifələrində Azərbaycan qadınının öz şöhrəti, öz şərəfli yeri var. "Kitabi-Dədə Qorqud" qəhrəmanı igid Bu¬ğaca süd verən anası, Koroğlunun sadiq Nigarı, Qaçaq Nəbinin silahdaşı qoçaq Həcər - xalqımızın iftixarıdır. Məğrur, əyilməz bir qızın şərəfinə Bakıda möhtəşəm qala uca1tmış şair xalqımız vətən torpa¬ğının ən füsunkar guşələrinə şairanə adlar verib - Qızbənövşə yaylağı, Qırxqız bulağı, Gəlin qayası...

Xalqımızın keçmişdə müdrik höknıdarı Nüşabə də olub, cəsur üsyan başçısı Rüstəm də, tədbirli dövlət xadimləri Sara xatun da, Tuti Bikə də ...

Ancaq xalqımızın keçmişində qadınlarımızın göz yaşlarından do¬ğan dəryalar, ah-nalələrindən buludlanan səmalar, ağılardan parçalanan ürəklər də olub.

Ölüıər dünyasının üfunəti içində yaşıl və köməksiz pöhrə kimi əsim-əsim əsən, tapdanan, əzilən, incidilən balaca, zərif bir varlıq on iki yaşlı Nazlı, Cəlil Məmmədquluzadənin yanıqlı qələmindən doğulmuş kövrək qızcığaz, mömin və küt Hacı Həsənin qızı, bədbəxt İsgəndərin bacısı, şəhvət hərisi fırıldaqçı Şeyx Nəsrullahın "şikarı" ...

Kim bilir, bəlkə Nazlının şair təbi vardı? Kim bilir, bəlkə 0, başına gələn müsibətləri şeir misralarıyla ifadə etmək istəyirmiş, bacarmır¬mış? Bəlkə şeir yazmağı bacarsaydı, onu Şeyx Nəsrullahın murdar ağuşuna atmaq istəyən atasına, gözü, ağlı, qulağı mövhumat dumanından tutulmuş atasına bu sözlərlə müraciət edərdi..

سال انتشار:
2005 (میلادی)
صفحات:
257
نوع فایل:
PDF Document
زبان نوشتاری یا گفتاری:
Azərbaycan Türkcəsi

برچسبها:

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز