Adlım Bayatılar - Mehemmed Mehrab - Tebriz -ebced

7893
0
1395/1/26
تعداد آرا 1
نتیجه آرا 5


ADLIM BAYATILAR
Mehemmed Mehrab

 Tebriz

ebced 
---------------

Eləmi, gəlin gedib,
Qız gedib, gəlin gedib.
Bu evdən oğul, uşaq,
Ocaqdan gəlin gedib.

Hələ bəd zamanım var,
Hələ ağlar anım var.
Sizə qurban deməyə,
Bircə quru canım var.

Əziziyəm, tək gəlib,
Bazar ötüb tək gəlib.
Gəlin öz ocağına,
Allah, qonaq tək gəlib.

Dərd çəkən canım oldu,
Çürüyən yanım oldu.
Taleyim ayaq xanım,
Adım Başxanım oldu.

Ömrümün zamanında,
Ox gördüm kamanında.
Qazdırın məzarımı,
Qardaş qəbri yanında.1

Şura gəl, ay Şura gəl,
Bəyi qıra-qıra gəl.
Zalımlar azğınlaşıb,
Əvvəl-əvvəl bura gəl.

Dərələr çiçəkləndi,
Mal-qara yedəkləndi.
Allah, sənə mən qurban,
Zalımlar kötəkləndi.

Allah, eylə sən kərəm,
Ağlayıram yüz kərəm,
Oğul-oğul deməkdən-
Gözdən oldu Məhərrəm2.

Göylər bulutdu haray,
Eli qəm tutdu haray.
Yuxulu körpələri,
Güllə oyatdı, haray!

El-oba cəfadadı,
Top-tüfəng havadadı.
Analar alqış deyin,
Oğullar davadadı.

Dağ batıb gül ətrinə,
Tellər düşüb çətrinə.
Qızlar hünər göstərin,
El-vətənin xətrinə.

Doğ günəşim, doğ ayım,
Pozulubdu halayım.
Sənin şəfəqlərinlə,
Bəlkə, gedə ax-vayım.

 

نوع فایل:
PDF Document
زبان نوشتاری یا گفتاری:
تورکجه

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی (h.beyhadi@gmail.com)
تبریز