Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Altay Qaya Resimleri-A.İ. Martinov-Çev-Bağlan Özer-2013-488s
Altay Qaya Resimleri-A.İ. Martinov-Çev-Bağlan Özer-2013-488s
Təsvirli qayaların tarix salnaməsi...
Qobustan unikal qayaüstü rəsmləri ulu əcdadlarımızın yaşadığı gerçəkliyə və mühitə baxışın, həyat şəraitini, ibtidai inanclarını əks etdirir. Bu möcüzəli qayalar ərazini yalnız qədim insan məskəni kimi deyil, həm də Azərbaycan xalqının ən qədim dövrlərə aid tarixini öyrənmək baxımından qiymətli mənbədir. Kəşf olunduğu gündən tədqiqatçıların diqqət mərkəzində olan bu heyrətamiz təsvirlər uzaq keçmişimizin çox maraqlı bir səhifəsidir...
Qobustan - qayaüstü təsvirlərinin rəngarəngliyi ilə dünyanın azsaylı bənzər abidələri sırasında xüsusi yer tutur. Sahəsi 4000 hektardan artıq olan bu qoruğun əsas eksponatları Böyükdaş, Kiçikdaş, Yazılıtəpə, Şanqardağ, Şıxqaya və Çınqırdağ adlanan ərazilərindədir. Tədqiqatçı alimlər qoruq ərazisində 6000-dən artıq qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar etmiş və öyrənmişlər. Bunlardan 4400-ə yaxını qayaüstü rəsmlər -petroqliflordir.
Bu qayalarda regionun 15 min illik həyat tarixi -yuxarı paleolit dövründən orta əsrlərə qədər böyük bir zaman kəsiyi əks olunmuşdur. Bu unikal tapıntı haqqında dünya ictimaiyyətinə Qobustanın ilk tədqiqatçısı, arxeoloq İshaq Cəfərzadə 1939-cu ildə məlumat vermişdir.
Azərbaycan hökuməti 1966-cı ildə qayaüstü rəsmləri əhatə edən ərazini Qobustan dövlət tarixi-bədii qoruğu elan edib.
Tur Heyerdal vikinqlərin izini burada tapdı...
Həm azərbaycanlı alimlər, həm də xarici tədqiqatçılar belə bir qənaətə gəlmişlər ki, Qobustan petroqliflərinin ən qədim hissəsi bəşəriyyətin inkişafının ilkin çağlarında yaranmışdır. Bu təsvirlər öz sadəliyinə və primitivliyinə baxmayaraq, ibtidai insanın özünü ifadə formasının ən təkmil nümayişi kimi olduqca qiymətlidir. Bu petroqliflor həm də informativ həyat mənzərəsidir.
Ömrünün yarıdan çoxunu dünyadakı bənzər təsvirlərin tədqiqinə həsr etmiş məşhur norveçli alim və səyyah Tur Heyerdal Qobustan qayaları qarşısında heyrətini gizlədə bilməmişdi. Həyatı boyunca dünya sivilizasiyasının başlanğıc nöqtəsini axtaran səyyah 1981-ci ildə burada bir sıra tədqiqat işləri aparmış, abidə haqqında maraqlı fikirlər söyləmişdi. O, qayalar üzərindəki Günəş təsvirli gəmiləri görərkən sonsuz heyranlıqla demişdi: "Qobustan kökləri çox qədimlərə gedib çıxan və hətta Mesopotamiyadan daha qədim, dəqiq tarixi indiyə qədər məlum olmayan mədəniyyət incisidir". O, "Odinin axtarışı ilə" adlı son kitabında vikinqlərin koklərinin Azərbaycanda axtarılmasına işarə edirdi. Tur Heyerdala görə, bir sıra çağdaş Avropa tayfalarının və xalqlarının, o cümlədən Skandinaviyada yaşayan xalqların ulu əcdadları vaxtilə Qobustan ərazisində yaşamış, lakin sonralar naməlum səbəblər üzündən köç edərək Avropaya getmiş ola bilərdi. Məşhur alim Qobustandakı qayaüstü rəsmlərin tam oxşarının Skandinaviyadakı daş mağaralarda da olduğunu söyləmişdir.
1981-1994-cü illərdə bu qayaüstü rəsmləri tədqiq etmək üçün Qobustana xüsusi səfərlər təşkil edən Tur Heyerdal Xəzər sahillərini böyük bir sivilizasiyanın beşiyi adlandırmışdır. Heyerdal öz ehtimallarını təkcə Qobustandakı qamış qayıq təsvirlərinin əsrlərlə sonra vikinqlər tərəfindən Norveç mağaralarının divarlarında həkk edilmiş apaloqları ilə üst-üstə düşməsilə deyil, həmçinin orta əsrlərdə yazılmış saqalarda (norman dastanlarında) xatırlanması ilə sübuta yetirə bilmişdir. Qobustan qayaüstü rəsmlərinə aid olan qayıq və üzərindəki Günəş təsvirləri qədim Azərbaycanın insan məskənlər ilə mədəni irsə aid olan oxşar təsvirlərlə əks olunan Mesopotamiyanın Şumer-Akkad sivilizasiyaları arasındakı əlaqələrin əyani sübutudur.
Qayalara köçmüş rəsmlər
Əcdadlarımız tərəfindən qayalar üzərinə həkk olunmuş rəsmlər gözlərimiz qarşısında böyük bir tablo açır. Burada heyvan və balıq ovu, məişət səhnələri, kollektiv rəqslər, müxtəlif rəmzlər, Günəşi əks edən simvollar, bürclər, digər fəza cismləri diqqəti cəlb edir. Qayaüstü rəsmlər arasında kişi və qadın təsvirləri də elmi cəhətdən maraq doğurur. Maraqlıdır ki, Qobustandakı bəzi qaya parçaları da öz fiziki tərkibi və geoloji xüsusiyyətlərinə görə dünyadakı daşlardan fərqlənir. Məlum olduğu kimi, buradakı böyük qaya parçalarından biri "Qaval daş" adlanır. Onun səthinə zərblə vurulduqda, qaval, dəf, nağara, təbil kimi səslənir. Məhz bu xüsusiyyətinə görə yerli əhali onu "Qavaldaş" adlandırıb.
Mərhum nağara ifaçımız Çingiz Mehdiyevin qavaldaş üzərində səsləndirdiyi əsrarəngiz Azərbaycan ritmlərini xatırlayırsınız hər halda.
Diqqət çəkən cəhətlərdən biri də Qobustandakı qayaüstü yazıların sırasında tarixin digər dövrlərinə qədim Roma qoşunlarının Azərbaycan ərazilərinə gəldiyini sübut edən dövrlərə aid məlumatlardır. Məsələn, Roma senturionları yürüş zamanı buradan ötərkən latın dilində yazılmış qayaüstü yazı miladi I əsrdə Roma legionerlərinin bu yerlərə gəldiyini təsdiq edir. Tarixin bu əbədi "daş yaddaşında" Roma imperatoru Domitsian Sezar Avqust Germanikin adı həkk olunmuşdur.
Qobustanın qayaüstü rəsmləri müasir astronomiya baxımından da diqqəti cəlb edir. Tədqiqatçıların müəyyən bir qrupu hesab edir ki, qaya daşları üzərindəki qayıq rəsmlərinin burun hissəsindəki Günəş təsvirləri qədim insanların gecə və gündüz, yəni Günəşin çıxması və batması kimi astronomik təbii hadisələrlə bağlı mifoloji təsəvvürlərindən yaranmışdır. Qədim insanlar təbiətin bu sirli və mühüm hadisəsini həqiqətən möcüzə sayırdılar.
Astronom A.Rüstəmov belə fərziyyə irəli sürür ki, qədim insanlar Qobustandakı bu qayadan Günəş rəsədxanası, yaxud "Günəş saatı" kimi istifadə etmişlər. Digər maraqlı fakt isə odur ki, 1 nömrəli qaya taxçası tavanının kölgəsi səhərlər Günəş qalxarkən bir anlığa səmavi qayığın rəsmi ilə üst-üstə düşür. Mülahizələrə görə, ilin uzunluğunu hesablamağı öyrənmiş, qədim insanlar saat, sutka, ay və mövsümi rüblərlə bağlı təsəvvürə də malik olmuşlar. Qədim qobustanlılar ili, hər biri 40 gündən ibarət olan 9 aya bölürmüşlər. Bunun parlaq nümunəsini qayaüstü rəsmlərdə açıq-aşkar görmək mümkündür. Bu üst Neolit dövrünün ən böyük kəşflərindən olub, bəşər cəmiyyətinin inkişafında xüsusi rol oynamışdır. Qəribədir ki, 40 gündən ibarət vaxt vahidindən ilin qış mövsümündə "çillo" adıyla istifadə olunması günümüzədək gəlib çıxmışdır.
A.Rüstəmovun fıkrinə görə, Qobustan qayalarında işıq kölgə prinsipi ilə işləyən "Qnomon təqvimi" dünyada bənzəri olmayan ən mükəmməl təqvimlərdən biridir.
Qobustanın dəqiq tarixi ilə bağlı müəmma hər zaman alimlərin qarşısında dayanan mürəkkəb məsələlərdən biri olub. Ancaq bu suala son illər aydınlıq gətirilib və tarixi məkanın qayaüstü rəsmlərinin üst paleolit dövrünün sonuna, 35 min il əvvələ aid olduğu sübuta yetirilib.
Təbiətin bizə hədiyyə olaraq bəxş etdiyi bu muzey həm də bir sıra pirləriylə zəngindir. Burada həm qədim insana sığınacaq olmuş mağara-qayalıqlar, həm də onun ulu babalarının yad edildiyi mərasimlərin, ayinlər və ibadətlərin həyata keçirildiyi ziyarətgahlar var. İndinin özündə də yerli ənənələrə uyğun olaraq, toy mərasimləri zamanı qoruğun Böyükdaş dağını ziyarət etmək adəti qalır. O cümlədən, yerli əhali bu günədək dilək tutub Kiçikdaşda yerləşən Qaraaltı pirindəki kol-kosa rəngarəng parçalar bağlayırlar.
Tarixin möcüzəsi olan Qobustan qayalarının hələ nə qədər açılmamış sirləri var. Bu anlamda onun araşdırılması, öyrənilməsi və tədqiqi hələ uzun illər davam edəcək. Onu ən qiymətli tarixi dəyərimiz kimi qorumaq və öyrənmək isə hər birimizin vətəndaşlıq borcudur.
Altay Qaya Resimleri-A.İ. Martinov-Çev-Bağlan Özer-2013-488s | |||
---|---|---|---|
خواندن
دانلود
برای ادامه حیات توروز، کمک کنید |
|||
حجم: 18.27 MB | نوع فایل : Pdf | دیده شده : 439 | گزارش خرابی |