یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Axısqa Türk Folkloru - Asif Hacılı - Baki - 2008 - 280s

7484
0
1395/1/26
تعداد آرا 1
نتیجه آرا 5

Axısqa Türk Folkloru آخیسقا تورک فولکلورو

Asif Hacılı

Baki - 2008

280s

------------

AXISQA 

AXISQA TÜRK FOLKLORU

Axısqa türkləri (gürcücə მაჰმადიანი მესხები Mahmadiani meskhebi və ya თურქი მესხები T’urk’i meskhebi, türkcə:Mesheti Türkleri, Ahıska Türkleri, ingiliscə: Meskhetian Turks) — Qazaxıstan da, Özbəkistanda, Azərbaycan Respublikasında, Qırğızıstanda, Rusiya Federasiyasında, Türkiyədə bəzən kompakt halda, digər yerlərdə dağınıq şəkildə yaşayan türk xalqlarından biri. Çox zaman onları Mesxeti türkləri də adlandırırlar. Dilləri Azərbaycan dilinə, Türk dilindən (Türkiyə türkcəsindən) daha yaxındır.

Haqqında

Müəzzəm Türk dünyasının ulu boylarından, ulu olduqları qədər də ən ağır məşəqqətlərə düçar olan boylarından biri də Axısqa türkləridir. Ən qədim dövrlərdən Kiçik Qafqaz sıra dağlarının başlanğıcında yaşayan bu soydaşlarımızın danışdığı şivə, adət və ənənələri, folkloru, mədəniyyəti qədim Türk məskəni Borçalı mahalındakı Azərbaycan türkləri və Ərzurum-Qars ərazilərindəki Türklərlə çox yaxındır.

Bəllidir ki, Rus-Türk müharibələri nəticəsində zaman-zaman Türk torpaqlarının böyük bir hissəsi Rusiya imperiyasının tərkibinə daxil olub. Bu ərazilərdə yaşayan yerli Türklər də Rus əsarətinə məruz qalıblar. Ruslar tərəfindən zəbt edilən bölgələrdən biri də Adıgön-Axısqa ərazisidir. 1829-cu ildə "Ədirnə müqaviləsi" ilə Osmanlı dövlətindən qoparılıb Rusiya İmperatorluğuna ilhaq edilən Axısqa və Axalkələk bölgəsi nəhayət Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi ilə bir növ nəzarətsiz zonaya çevrildi. Əhalisi əsas etibarilə müsəlman Acarlar və Türklərdən ibarət olan bu bölgə xalqı Sovetlərin 1917-ci ildə elan etdiyi "Rusiyadakı millətlərin haqlarına aid bəyannamə" (Oto – determinasyon) hüququndan istifadə edərək 26 aprel 1918-ci ildə ümumi bir qərarla Türkiyəyə birləşmək istədiklərini bildirmişdilər. Ona görə də Batum, Axısqa, Acar və Axalkələk bölgələri xalqının Osmanlı hökumətinə göndərdiyi bu imzalı möhürlü müraciəti Osmanlı hökuməti tərəfindən qəbul edilmiş, deməli, bu ilhaq üçün hüquqi zəmin yaranmışdı. Digər tərəfdən də Azərbaycan, Gürcüstan və Ermənistanın təmsil olunduqları Zaqafqaziya Seymi Rusiyanın bolşevik hökumətini tanımasa da onun məlum "Bəyannamə"sinə rəsmi münasibət bildirməmiş, deməli, onun ləğvinə dair hər hansı bir rəsmi qərar qəbul etməmişdi. Bütün bunları nəzərə alan Türkiyə hökuməti nümayəndə heyəti 11 may 1918-ci il Batum Konfransında Batum, Axısqa və Axalkələk nahiyyələrinin Türkiyəyə ilhaqını tələb etdi. Türkiyə hökuməti nümayəndə heyətinin başçısı Xəlil bəy bu iki bölgənin Osmanlı dövlətinə bağlandığını Zaqafqaziya Cümhuriyyəti nümayəndə heyətinə də rəsmən bildirmişdi. Lakin ilk əvvəl Gürcü nümayəndələr bunu qəbul etməmişsə də, Türkiyə nümayəndə heyətinin başçısı Xəlil Bəyin təkidli tələbi ilə bunu qəbul etmək zorunda qalmışdılar. Sovet hökumətinin "Batum müqaviləsi"ni tanımamaq haqqında nota verməsinə baxmayaraq nə Türkiyə hökuməti və nə də Zaqafqaziya Seymi buna əhəmiyyət verməmişdir. Lakin müqavilənin adı keçən məsələlərə dair müddəaları Seym tərəfindən təsdiq edilməmiş, Zaqafqaziya Seymi gürcülərin özlərini 26 may 1918-ci ildə müstəqil elan etmələri və ardınca da ermənilərin və azərbaycanlıların öz istiqlallarını elan etmələri ilə dağıldı. Bu və ya bir sıra başqa səbəblər üzündən Türkiyə bu müstəqil dövlətlərlə 4 aprel 1918-ci ildə ayrı-ayrı sülh müqavilələri bağladı. Gürcüstanla bağlanan sülh müqaviləsinə əsasən Batum şəhəri və sancağından başqa Axısqa və Axalkələk nahiyyələri də Türkiyəyə qaytarıldı. Lakin Birinci dünya müharibəsində tamamilə məğlub duruma düşən və ərazilərinin çox böyük bir qismini itirən Osmanlı dövlətinə qarşı Avropa və bolşevik Rusiyası ağır şərtlər irəli sürdülər. Bu şərtlərdən biri də Batum, Axısqa və Axalkələk bölgələrinin Sovet Rusiyasına qaytarılması idi. Belə bir vəziyyətdə "Vilson prinsipləri"nə dayanaraq Qars, Gümrü, Axısqa və Axalkələk bölgələrinin əhalisi içərisindən seçilən "Milli İstişarə Məclisi"nin on iki nəfərdən ibarət nümayəndəsi bir hökumət təşkil edərək bu bölgənin Gürcü və Ermənilərin idarəsi altına düşməsinə qarşı silahlı mübarizəyə başladılar. Lakin İngilislərin Batuma və Bakıya daxil olmaları, Türk silahlı qüvvələrinin təzyiq vasitəsilə Qafqazdan çıxarılmaları, Qafqazdakı siyasi və hərbi vəziyyəti kökündən dəyişdi. Erməni və Gürcülər İngilislərin onları himayəyə götürməsindən istifadə edərək ərazilərini genişləndirməyə başladılar. Fəqət qarşılarında Qarsda təşkil edilən "Milli İstişarə Məclisi" hökumətinin yaratdığı hərbi dəstələri görüncə çaşdılar. Çünki müsəlman Türk əhalidən təşkil edilən bu dəstələr yaxşı silahlanmış və bu dəstələrə Sərvər bəy, Hafiz bəy və adlarını bilmədiyimiz komandanlar rəhbərlik edirdilər. Bu dəstələr Qars, Gümrü çevrəsi və Arpa çayı boyunca ermənilərə, Axısqa və Axalkələk bölgələrində isə gürcülərə qarşı müqavimət göstərirdilər. Hətta Sərvər bəy və Hafiz bəyin komandanlığındakı dəstələr gürcüləri 1828-ci il sərhədlərinə qədər çəkilməyə məcbur etmişdilər. Gürcü və Ermənilərə qarşı mücadilədə bu dəstələri Qars, Kağızman, Oltu və aşağı Çorux əhalisi hərarətlə dəstəkləyirdilər. Hər tərəfdə könüllülərdən ibarət birliklər yaranırdı. Qısa bir dövrdə Qarsdakı hökumətin əmrində səkkiz minlik bir hərbi qüvvə toplanmışdı. "Milli İstişarə Məclisi"nin qanuni bir status almaq məqsədilə ingilis hərbçiləri və İrəvandakı erməni hökuməti ilə təmasa keçmək və özlərini təsdiq etdirmək təşəbbüsləri heç bir nəticə vermədiyindən Qarsda II Milli Qurultay toplandı və 17 yanvar 1919-cu ildə "Milli İstişarə Məclisi" "Cənub-Qərb Qafqaz Keçici hökuməti" kimi yenidən təşkilatlanaraq Batum ilə Naxçıvan arasında müsəlmanların yaşadıqları ərazilərdə bir "İslam Türk Dövləti" meydana gətirdilər. Hökumətin başçısı Fəxrəddin Piroğlu seçildi. Bu hökumətin "Vilson prinsiləri"nə dayanan "xalqların öz müqəddəratlarını özlərinin təyin etməsi" və özlərinin arzu etdikləri idarəçilik formasını yaratmaqdan başqa heç bir iddiası yox idi. Həmişə müsəlmanlara və xüsusilə türklərə ikili standartlarla yanaşan xristian Qərb bu dəfə də özlərinin yaratdıqları "Vilson prinsipləri"ni özləri bildiyi kimi tətbiq etməyə, müsəlman türkləri deyil, xristian Erməni və Gürcüləri hərtərəfli müdafiə etməyə başladılar. Belə ki İngilislər təkcə erməni və gürcülərə hərbi yardım göstərməklə kifayətlənməyib, 19 aprel 1919-cu ildə Qarsa hücum edərək "Cənub-Qərb Qafqaz hökuməti" Məclisinin binasını mühasirəyə aldılar və hökumət üzvlərini həbs edərək Maltaya göndərdilər. Hökumətin başçısı Fəxrəddin Piroğlu ilə Kağızmanlı Əli Bəy qurtularaq Ərzuruma sığınmağa müvəffəq oldular. Gürcülər də İngilislərin hərbi dəstəyi ilə hərəkətə başlayaraq Axısqa və Axalkələk nahiyyələrini zəbt edib Gurcustana ilhaq etdilər. Beləliklə cəmi üç ay fəaliyyət göstərən "Cənub-Qərb Qafqaz hökuməti"nin (El arasında bu hökumətə Araz Respublikası da deyilib – A.M.) varlığına İngilislər son qoydu. Axısqa və Axalkələk bölgələri sovet dönəmində Gürcüstan Sovet Sosialist Respublikasının, indi isə Gürcüstan Respublikasının tərkibindədir. Gürcüstana verilən bu ərazi Mexseti adlandırılmış və burada yaşayan Axısqa türklərinə də "Mesxeti türkləri" deyilmişdir.

1920-30-cu illərdə Axısqa türkləri ana dilində məktəblər açmış, teatr yaratmış, mədəni yüksəlişə başlamışlardı. Fəqət bu yüksəliş və dinc həyat uzun sürməmiş, 1944-cü ildə ermənilərin və ... fitvası, Sovet diktatoru, Türk xalqlarının düşməni Stalinin əmri ilə Krım türkləri, Balkarlar, Qaraçaylar kimi Axısqa türkləri də öz vətənlərindən didərgin salınaraq sürgün edilmişlər. Ana vətənlərindən amansızcasına qoparılaraq yalquzaq səhralara göndərilən bu xalqın başına gələn müsibətləri yalnız onların özləri təsvir edə bilər. Əzablı yollarda xəstəlikdən, dərddən, əzabdan, sürgün ağrılarından minlərlə Axısqa türkü həlak oldu, bütün siyasi hüquqlardan məhrum edildi. Sənədlərində onların milliyyətinin Türk yazılması yasaq edildi, adları başqa-başqa xalqların adı ilə adlandırıldı. Gürcülər onlara müsəlman gürcü adını yapışdırmağa çalışdı. Bütün bunlar azmış kimi Axısqa türklərinin həyatında ikinci bir faciə törədildi. Bu faciə düşmən mafiyanın əli ilə 1989-cu ildə Özbəkistanın Fərqana şəhərində baş verdi. Özbəklər, Axısqa türklərini qətlə yetirdi. Bu hadisə bütün Türk dünyasını sarsıtdı. Axısqa türklərinin ikinci deportasiyası başlandı. Axısqa türkləri yenidən dünyanın müxtəlif yerlərinə səpələndi. Ən böyük axın Quzey Azərbaycana oldu. Quzey Azərbaycan hələ qəddar Stalinin ölümündən azacıq sonra, 1950-ci illərin sonlarında öz qucağını doğma soydaşlarına açmış, onları bərəkətli torpağı olan Saatlıda, Sabirabadda, Beyləqanda, Xaçmazda, Qubada, Qazaxda, Şamaxıda və digər bölgələrdə yerləşdirmişdi. Bu əməksevər, mərd, doğru-dürüst, səmimi xalq tarixdə analoqu olmayan ağır sınaqlardan, əzablardan qəhrəmancasına çıxmış, əzilməmiş, bütün təhqirlərə sinə gərmiş, qırılmamış, sınmamış, yox olmamış, sadəcə cismani, fiziki varlıqlarını deyil, bütün mənəvi dünyalarını, ruhlarını, Türklüklərini qoruyub saxlaya bilmiş, yaşadaqları bölgələri gülüstana çevirmişlər. Müdrik dədələri, ağbirçək, nurlu nənələri xalqın mənəvi varlığını, müdriklik xəzinəsini yaratmış, yeni nəsillərə ötürmüş, mənəvi çırağı sönməyə qoymamışlar.

Bu xalq Ömər Faiq Hemanzadə, Əli Səbri, Mövlud Bayraqdarov, Bədi Muradov, Səadət Güləhmədova, Cavad Qoçuyev və b. kimi şəxsiyyətlər yetirmişdir. Bu gün Axısqa türkləri Azərbaycanda, Qırğızıstanda, Qazaxıstanda, Kabardin-Balkarda, Türkiyədə və başqa yerlərdə yaşamaqdadırlar. Ana vətənlərində isə Sovetlərin əli ilə ermənilər, gürcülər yerləşdirilmişdir. 1926-cı il siyahıya alınmada 138 min göstərinlən Axısqa türkləri bu gün rəsmi olmayan mənbələrdə 500 min kimi qeyd edilir. Axısqa türklərinin ən böyük arzusu ata-baba yurdlarına dönməkdir. Bu yöndə onlar uzun müddətdir ki, mücadilə aparır və nəhayət onların ana vətənlərinə dönməsi üçün müxtəlif beynəlxalq təşkilatlar belə qərarlar çıxarmışlar. Gürcüstan hökuməti də bu işə razılıq verib. Fəqət təəssüflər olsun, Axısqa türkü öz doğma yurduna qaytarılmayıb.

Bu gün Axısqa türkləri təşkilatlanaraq "Vətən Cəmiyyəti" yaratmış, öz ata yurdlarına dönmək üçün bu "Cəmiyyət"in ayrı-ayrı ölkələrdəki şöbələri bütün səy və bacarıqlarını sərf edirlər."Cəmiyyət" Gürcüstan hökuməti tərəfindən irəli sürülən məsələləri müzakirə edir, konkret mövqe bildirir. Onların ən başlıca tələbi ana vətənlərində kompakt şəkildə yaşamaqdır. Çünki dağınıq şəkildə yaşamaq onları bütün siyasi, iqtisadi və mədəni hüquqlardan məhrum etmək deməkdir. Onlar öz ana dillərində təhsil, radio-televiziya verilişləri, qəzetləri və s. olmasını istəyirlər. Bir sözlə, sivil dünyanın bütün hüquqlarından yararlanmağa cəhd göstərirlər. Yarım əsrlik vətən həsrəti bu xalqın dilində bir Vətən bitirib. Bu Vətən onlar üçün Adıgön, Axısqa, Azğur, Axalkələk, Abastuban, Varxan, Zediban, Xero və Azərbaycan türklərinin yaşadığı Borçalı, Ağbulaq, Sarvan, Başkeçid, Qarayazı, Karaçöpdür. Zəngin folklora, aşıq sənətinə malik olan Axısqa türklərinin şah mövzusu yenə də Vətəndir. Vətən onlar üçün həsrətdən daha çox Türk ruhunun əzəməti, basılmazlığı, Birlik, Bütövlük rəmzi, sönməz İnamıdır, İmanıdır.

Tanrı bu əyilməz xalqın böyük oğlu Ömər Faiq Hemanzadənin dahiyanə dediklərini Onlara nəsib etsin. Ömər Faiq Əfəndi buyurmuşdur: "Xeyir, əzizim, xeyir! İşıq dairəmiz sönməyə meyilli olsa da arxayın olunuz, sönməyəcəkdir. Əksinə, getdikcə böyüyəcək. O qədər böyüyəcək ki, ta babalarımızın keçməmələri üçün çəkilən Çin səddini də keçəcəkdir!".

Yazını Axısqa türklərinin bir müdrik kəlamı ilə bitirirəm. "Vətənimə qovuşdum, cəsədimə can gəldi".

Tarixi

Tarix boyu etnik yaşayış yerləri Gürcüstanın Məhsəti bölgəsi olmuşdur. 1944-ci ildə Axısqa türkləri Stalin repressiyasının qurbanı olmuş, axısqalılar kütləvi şəkildə öz doğma yerlərindən deportasiya olunmuşdur.

31 iyul 1944-cü ildə SSRİ Dövlət Müdafiə Komitəsinin "№ 6279" qərarı ilə (14 noyabr 1944-cü ildə icra edildi) 90 538 Axısqa türkü məcburi şəkildə Gürcüstandan Qazaxıstan (40 min nəfər), Özbəkistan (30 min nəfər) və Qırğızıstanın (20 min nəfərdən çox) çöllərinə köçürülmüşdür. 

 

سال انتشار:
2008 (میلادی)
صفحات:
280
نوع فایل:
PDF Document

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز