یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Azerbaycan edebiyatında Detektiv Janr - Çingiz Abdullayev

5522
0
1395/9/12
تعداد آرا 1
نتیجه آرا 5

Bu monoqrafiyada detektiv janrının nümayəndələri, onların yaradıcılığı araşdırılır. Çingiz Abdullayevin bu janrın inkişafındakı rolu müqayisəli şəkildə tədqiq olunur.

Çingiz Abdullayevin əsərlərində əsas mövzular dünyada baş verən kriminal hadisələrdir. Cinayət aləmindən götürülən bu mövzular təkcə bir şəhər, ölkə daxilində deyil, dünyada baş verən hadisələrdən qaynaqlanır. Dünya oxucusuna təqdim olunan cinayətkarların dövləti, milli mənsubiyyəti yoxdur. Onlar qrup, təşkilat halında olduğu kimi, tək-tək də öz çirkin əməllərini, arzularını həyata keçirmək üçün hər cür cinayətlərə əl atırlar. Çünki onlar öz istəklərinə çatmaq üçün ölkəsini, üstündə gəzdiyi torpağı, çörəyi ilə böyüdüyü vətəni satmağa hazır qeyri-insani keyfiyyətlərə malik adamlardır. Onlara qarşı mübarizə aparanlar haqqədalət naminə sinəsini düşmən gülləsinə sipər edənlərdir. Cinayətkarlara qarşı mübarizədə birləşən dünya dövlətlərinin xüsusi təşkilatları vardır və onlar belə cinayətkar qruplara, mafiya təşkilatlarına qarşı mübarizədə mütəşəkkil fəaliyyət göstərirlər.

Yazıçı XX əsrin sonları, XXI əsrin əvvəllərindən bu gü-nümüzə qədər bu cinayət aləmindən özünə məlum olan hadisələri qələmə alır. Monoqrafiyada bu mövzuda yazılmış detektiv əsərlərlə Ç.Abdullayevin əsərləri müqayisəli şəkildə təhlilini tapır.

Dünya ədəbiyyatında yazıçı Çingiz Abdullayev siyasi detektiv əsərləri ilə tanınır. Bu janrın ilk motivləri klassik detektiv ədəbiyyatında var. Aqata Kristinin, Konan Doylun ... əsərlərində az da olsa siyasi detektiv bu və ya digər şəkildə öz əksini tapıb. Lakin Çingiz Abdullayev bu janrı siyasi mövzulu əsərlərində zirvəyə qaldırıb. Maraqlıdır ki, XX əsrin sonu, XXI əsrin əvvəllərində baş verən bir çox …

نویسندگان:
سال انتشار:
2012 (میلادی)
نوع فایل:
PDF Document
زبان نوشتاری یا گفتاری:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز