Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Azerbaycan Dilinin Orfoepiya Sözlüğü - Şireliyev-Memmedov - Baki-1983 –Kiril - 144s
Azerbaycan Dilinin Orfoepiya Sözlüğü
Şireliyev-Memmedov
Baki-1983
Kiril
144s
------------------
ORFOEPİYA
ORFOEPIYA dilçilik elminin ədəbi dilinin tələffüz normalarından və qayda-qanunlarından bəhs edən bir bölməsidir. Orfoepi-ya- yunanca “düzgün”, “dürüst” mə'nasında olan orthos sözü ilə “danışıq”, “nitq” mə'nasında olan eros sözünün birləşməsindən əmələ gələn bir termindir.
Dilimizin lüğət tərkibinə daxil olan sözlərin müəyyən qrupu yazıldığı kimi tələffüz edilmədiyi kimi, əksinə, deyildiyi kimi də yazılmır. Məs: kitab (kitap), bağlayır (bağlıyır), iqtidar (iktidar), hikkə (hikgə), səcdə (səjdə), şəhərli (şəhərri), məxfi (məxvi) və s.
“Fonetika” bölməsində bə'zi saitlərin uzun tələffüzü, (k) səsinin yazıda ifadəsi, qoşa saitli və qoşa samitli sözlərin yazılışı və tələffüzü, sözlərin sonunda cingiltili samitlərin yazılışı və tələffüzü, sonu “q” və “k” ilə bitən çoxhecalı sözlərin yazılışı və tələffüzü barədə müfəssəl mə'lumat verildiyindən, biz düzgün tələffüz üçün vacib olan bir sıra xüsusiyyətləri göstərməklə kifayətlənəcəyik.
1. “Y” samiti özündən əvvəl gələn açıq saitləri qapalı saitlərə çevirə bildiyindən şəkilçilərdə “y” samitindən əvvəl gələn (a) və (ə) səsləri tələffüz zamanı (y) səsinin tə'siri ilə qapalı (ı) və (i) səs-lərinə çevrilir. Məs: arabaya (arabıya), almayacaq (almıyacax), dəvəyə (dəviyə), dinləyər (dinliyər) və s.
2. “Q” samiti sözün ortasında kar samitdən əvvəl yanaşı gə-ləndə, təkhecalı sözlərin sonunda, çoxhecalı alınma sözlərin so-nunda kar qarşılığı olan (k) kimi tələffüz olunur. Məs: rəqs (rəks), məşq (məşk), məqsəd (məksəd), irq (irk), aşiq (aşik), natiq (natik), filoloq (filolok) və s.
Çoxhecalı əsil Azərbaycan sözlərinin, eləcə də dilimizin fonetik sisteminə uyğunlaşmış bir sıra alınma sözlərin sonunda (q) səsi (x) çalarında tələffüz olunur. Məs: uzaq (uzax), torpaq (torpax), çanaq (çanax) və s.
3. Söz ortasında kar samitdən əvvəl gələn (ğ) səsi karlaşmış hal-da, (x) çalarında tələffüz olunur. Məs: bağça (baxça), sağsa-ğan (saxsağan) vəs.
4. “K” samiti söz ortasında kar samitlə bitən hecadan son-ra gələn heca başında cingiltili qarşılığı olan “g” kimi tələffüz olu-nur. Məs: təşkil (təşgil), küskün (küsgün), ötkün (ötgün), bitki (bitgi) və s.
Söz ortasında “f”, “h” samitləri ilə bitən hecadan sonrakı he-canın başındakı (k) səsi yazıldığı kimi tələffüz olunur. Məs: möh-kəm (möhkəm), məhkum (məhkum), əfkar (əfkar) və s.
Söz ortasındakı örtülü hecadan əvvəlki, qapalı hecalı sonundakı (k) səsi “y”-nın kar qarşılığı olan (x) kimi tələffüz olunur. Məs: kəklik (kəxlik), Əkbər (Əxbər), təklif (təxlif) və s.
5. “G” samiti söz ortasında iki sait arasında (saitlərdən biri və ya hər ikisi incə olmalıdır) “y” məxrəcində tələffüz olunur. Məs: igid (iyid), əgər (əyər), məgər (məyər) və s.
Söz sonunda “n” samiti ilə birlikdə gələn “g” samiti bir qədər kar, “k” çalarında tələffüz olunur. Məs: zəng (zənk), tüfəng (tüfənk), qəşəng (qəşənk), külüng (külünk) və s.
6. “T” samiti əsil Azərbaycan sözlərinin, eləcədə dilimizin fo-netik xüsusiyyətlərinə uyğunlaşmış alınma sözlərin daxilində kar samitdən sonra yanaşı gələndə (d) kimi tələffüz olunur. Məs: axtar (axdar), usta (usda), dəftər (dəfdər), müxtəsər (müxdəsər) və s.
Rus və Avropa dillərindən dilimizə keçən sözlərdə isə “t” sa-miti yazıldığı kimi, öz məxrəcində tələffüz olunur. Məs: aktiv (aktif), traktor (traktor) və s.
Geri assimilyasiya (uyuşma) nəticəsində söz kökünün axırında gələn “t” samiti bə'zən “ç” samiti kimi tələffüz olunur. Məs: cütçü (cüççü), növbətçi (növbəççi) və s.
Azerbaycan Dilinin Orfoepiya Sözlüğü - Şireliyev-Memmedov - Baki-1983 –Kiril - 144s | |||
---|---|---|---|
خواندن
دانلود
برای ادامه حیات توروز، کمک کنید |
|||
حجم: 34.49 MB | نوع فایل : Pdf | دیده شده : 3475 | گزارش خرابی |