The Book Of Dede Qorqud - Dede Qurqud - Jeoffrey Lewis - Ingilizce - 1974 - 110

7187
0
1395/1/15
تعداد آرا 1
نتیجه آرا 5

THE BOOK OF DEDE KORKUT
Faruq Sumer-Əhməd Uysal-Warren S.Walker
İngilizce

 

Bu gün Bakı şəhəri Səbail rayonu 160 saylı Klassik Gimnaziyada “Kitabi Dədə Qorqud” dastanı və bu dastanın günümüzlə səsləşməsi mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri Klassik Gimnaziyanın direktoru, əməkdar müəllim Faina Ələkbərova açaraq qonaqları salamlayıb.

Məktəbin müəlliməsi Tamilla Babayeva çıxış edərək “Kitabi Dədə Qorqud” dastanı haqqında məlumat verib. Bildirib ki, “Kitabi Dədə Qorqud” Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsidir: “Ənənəyə görə, "Kitabi Dədə Qorqud"da dastanların müəllifliyi Dədə Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifəti ilə onun yanına göndərildiyini yazıblar. Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığı qeyd edilir.

Dastanların əsas süjeti aşağıdakı on iki boyda əks olunub: "Dirsə xan oğlu Buğacın boyu", "Salur Qazanın evinin yağmalandığı boy", "Bayburanın oğlu Bamsı Beyrək boyu", "Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy", "Duxa Qoca oğlu Dəli Domrulun boyu", "Qanlı Qoca oğlu Qanturalı boyu", "Qazılıq Qoca oğlu Yeynəyin boyu", "Basat Təpəgözü öldürdüyü boy", "Bəkil oğlu Əmranın boyu", "Uşun Qoca oğlu Səgrəyin boyu", "Salur Qazan dustaq olub oğlu Uruz çıxardığı boy", "İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy". Dədə Qorqud dastanlarının bir sıra boylarında mifoloji dünyagörüşünün izlərinə rast gəlmək mümkündür. Məsələn, "Dəli Domrul" boyunda ölüm kultunun əski qalıqları və bunun dastanın yazıya alındığı dövrün dini görüşlərinə görə mənalandırılması özünə yer tapıb. Buradakı Əzrayıl obrazı, dastanın bir çox başqa boylarında olduğu kimi, əsərə islamın qəbulundan sonra artırılmış və eposun ümumi ruhuna uyğunlaşdırılıb. Bu cəhətinə görə həmin boy ölüb-dirilən tanrılar haqqında qədim şumer, babil, misir əfsanə və mifləri ilə səsləşir”.

160 saylı Klassik Gimnaziyanın şagirdləri “Kitabi Dədə Qorqud” dastanı haqda məlumat verib, tamaşalar təqdim ediblər.

Qeyd edək ki, sonda “Kitabi Dədə Qorqud” dastanı barədə video çarx nümayiş edilib.

نوع فایل:
PDF Document
زبان نوشتاری یا گفتاری:
English

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی (h.beyhadi@gmail.com)
تبریز