Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Düşerge-Himmet Şahbazi
Düşerge-Himmet Şahbazi
AHU KĠMĠ GÖZLƏRĠN Hər yay gününün axĢamını sərinlədə-sərinlədə evimizə gətirən hündür qovaqlarımızın ardından qanad çala-çala Bakı da bizə gələrdi. Bakı, mutluluqlar, mahnılar dünyasıydı mənim üçün. Bakı, anamın mənimlə, mənim anamla danıĢdığım dildə danıĢırdı. Anam bir ovuc bayatı idiysə, Bakı bayatılar dünyasıydı. Anam bir ağaclıq mahnı idiysə, Bakı mahnılar ormanıydı. Hər yay axĢamı qonĢumuzun radiosundan qanadlanaraq bizə gələn Bakı`da nə qədər gözəllik, nə qədər sehir vardı! Oranın günəĢi də, ulduzları da, pıçıldaĢan suları da və üzlərdəki gülüĢləri də baĢqaydı. Bütün bunların hamısı da anamın mənimlə, mənim anamla danıĢdığım dildəydi. Orada uĢaqlar nə qədər mutluydu. Onlar mənim kimi bilmədikləri bir dildə yox, o günəĢin, o ulduzların, o suların və o mahnıların dilində, yəni mənim dilimdə öyrənir və yazırdılar. Bakı, qurumaz mahnılar bulağıydı. Ruhumu doldura-doldura, oxĢaya-oxĢaya zaman içində axırdı. Bakı ilə böyüyürdüm, Bakı ilə röyalara dalırdım. Bakı ilə körpə ömrümün ilk mahnılarını pıçıldamağa baĢlamıĢdım. Dodaqlarıma qonan ilk mahnılar Bakı´nın dodaqlarından qanadlanıb gəlmiĢdi.
Düşerge-Himmet Şahbazi | |||
---|---|---|---|
خواندن
دانلود
برای ادامه حیات توروز، کمک کنید |
|||
حجم: 13.3 MB | نوع فایل : Pdf | دیده شده : 312 | گزارش خرابی |