Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Həmid Nıtqı Seçilmiş Əsərləri - Sabir Nəbioğlu
Sirlər, müəmmalar, qəribəliklərlə dolu olan dünyamızda bir məna axtarmaq heç də ayaqları gerçək aləmdən üzülən bir xəyalpərvərlik ol-mazdı. Həmid Nitqi ömür yolu barədə söhbət açdığı müsahibələrin birində demişdir:
- Şeyx Məhəmməd Xiyabani gözlərini həyata yumduğu gün mən dünyaya göz açdım.
Bu inqilab bahadınnın - Xiyabaninin, kimliyi barədə bizim bu müqəddiməmizdə söz açmağa yəqin ki, ehtiyac yoxdur. Fəqət, onun özündən sonrakı nəslə, xüsusilə dünyadan köçdüyü gün həyata yaşa¬maq vəsiqəsi alanlara mötəbər bir vəsiyyət kimi səslənən fıkrini burada yada salmağa gərəkli zərurət duyuruq. o demişdir:
- Kişinin ayaqları altında azad Vətən torpağı olmalı, başının üstün¬də ölkəsinin istiqlaliyyət bayrağı dalğalanmalıdır.
Mir Həmid Nitqi 1 no-ci ildə Güney Azərbaycanda bir sıra mötəbər söz elçilərinin işıqlı aləmə göz açdıqları Təbrizin məşhur Surxab məhəllə sində dünyaya gəlmişdir. o, elm və bilik aləmində ilk addımlarını o zaman molla mədrəsəsi səviyyəsində bilik verən məhəllə məktəbində atmışdır.
Lakin o, səmimi ünsiyyət tapdığı bu bilik ocağı ilə çox tez vidalaşdı. Məktəbdə artıq "Balaca alim" adı qazanmış Həmid ailəsi ilə Astara şəhərinə köçdü.
Ailəsi yenidən Təbrizə qayıdarkən Həmidin özü ilə gətirdiyi ən qiymətli sərvət məhz Astara mühitində onun uşaqlıq aləminə həkk olunan unudulmaz xatirələri oldu.
Həmid təhsilini Təbrizdə məşhur Firdovsi adına məktəbdə davam etdirdi. Dövrünün tanınmış şairlərindən olan Həbib Sahirin həmin mək-təbdə müəllimlik etməsini şair həmişə taleyinin ona bəxş etdiyi qiymətli bir hədiyyə kimi qiymətləndirirdi. Həbib müəllim onu həm coğrafıya elminin rəngarəng aləminə səfərə çıxardır, həm də poeziyanın sirlər dünyasına aparan yollarına nur çiləyirdi.
Gənc Həmid 1936-cı ildə Tehrana getdikdən sonra "İqdam", "İttilaat", "Mərdane kar", "Dəmavənd", "Xavəri-no", "Qanun" və digər qəzet¬lərdə maraqlı yazılarla çıxış edir…
Hemid Nitqi Seçilmiş Eserleri Sabir Nebioğlu Urmu Turuz 2014 | |||
---|---|---|---|
خواندن
دانلود
برای ادامه حیات توروز، کمک کنید |
|||
حجم: 935.69 KB | نوع فایل : Pdf | دیده شده : 470 | گزارش خرابی |