یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Həsən Bey Zərdabi Xatirələrdə - Tahir Aydınoğlu

4471
0
1395/1/14
تعداد آرا 1
نتیجه آرا 5

xıx əsrdə Azərbaycan mədəni tərəqqisini öyrənmək üçün, şübhəsiz ki, Həsən bəy Məlikov Zərdabi və Mirzə Fətəli Axun-dovun gördükləri işlərdən başlamaq lazım gəlir.

Mədəniyyət tariximizin səhifələrində bu iki nəfər - Həsən bəy və Mirzə Fətəli böyük bir mövqe tuturlar. Bunlar ictimai vəziyyətləri etibarı ilə xəlqdən pək uzaq - birinin bəy, digərinin molla oğlu olduqlarına baxmayaraq, xas sinifdən ayrılıb xəlqə qoşularaq onların imtiyazlı siniflərə qarşı apardıqları mübari-zələrinə yardım etmələri şayani-diqqətdir. Azərbaycanda bu dövrdə ilk dəfə bu iki sima imtiyazlı siniflərə qarşı üsyan qaldı-rırlar. Zaman və vəziyyət etibarı ilə bunların gördükləri işlər nə qədər küçük olursa da olsun, fəqət atdıqları addımlarının əhə-miyyəti etibarı ilə fövqəladə deniləcək qadar böyük və qiymət-lidirlər. Zira bu vəqtlərdə istibdad hökumətinin yürütdüyü siyasət əskiliyi müdafiə etmək, mövcud «ənənati» bütün «mü¬qəddəsliyi» ilə saxlamaq və bununla da Azərbaycan türklərinin tərəqqiyə doğru olan hər dürlü təşəbbüslərini nəticəsiz burax¬maq idi. Bu səbəbdən dolayı idi ki, hökumət gənclərin ata-baba çürük etiqadlarına qarşı olan etirazlarına, onların məhkum sinif leyhinə fəaliyyət göstərmələrinə tamamilə zidd bulunurdu.

Əsrlərdən bəri cahil mühit içərisində hər tərəfə rişə ataraq qüvvətli bir zəmində bulunan çürük adətlərə qarşı ilk üsyanı qaldırmaq və cəhalət moizələrinə hücuma başlamaq böyük cürət tələb edirdi.

Ata-babalara olan hörmət, onların nüfuzuna tabeiyyət möv¬cud ikən bu üsyanı yalnız quru bir cürət ilə yapmaq qabil deyil..

نویسندگان:
اتشارات:
Aspoliqraf
سال انتشار:
2013 (میلادی)
صفحات:
225
نوع فایل:
PDF Document
زبان نوشتاری یا گفتاری:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز