Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Jorji Amadunun Seçilmiş Eserleri-Çev-Ilqar Elfioğlu-2009-625s
Jorji Amadunun Seçilmiş Eserleri-Çev-Ilqar Elfioğlu-2009-625s
Jorji Amadu (port. Jorge Leal Amado de Fariа; 10 avqust 1912-ci il, İtabuna, Baiya, Braziliya — 6 avqust 2001-ci il, Salvador, Baiya, Braziliya) — Brazilyanın görkəmli yazıçısı, ictima-siyasi xadimi, modernist məktəbin nümayəndəsi.
Həyatı[redaktə | əsas redaktə]
Jorji Amadu 1912-ci il avqustun 10-da Brazilyanın Baiya ştatının İtabuna qəsəbəsində, xırda kakao plantatorunun ailəsində dünyaya gəlmişdir. Brazilya Kommunist partiyasının aparıcı simalarından biri kimi tanınmış, 1956-cı ildə Braziliya Milli Konqresinə deputat seçilsə də, iki il sonra ölkədə Kommunist partiyasının fəaliyyəti qadağan edildiyindən sürgün edilir. 1948-52-ci illər arası o Fransa və Çexoslavakiyada yaşamağa məcbur olur. Həmin illərdə Amadu Şərqi və Qərbi Avropa, eləcə də Asiya və Afrika ölkələrini səyahət edir. P.Pikasso, P.Elyuar, P.Neruda kimi görkəmli mədəniyyət xadimləri ilə görüşür. 1952-ci ildən sonra vətənə qayıdan Amadu ömrünü yaradıcılığa həsr edir. Dünya Sülh Şurasının üzvü olan Jorji Amadu 1951-ci ildə "Beynəlxalq Stalin Sülh mükafatına", 1984-cü ildə isə Fransanın Fəxri Legion ordeninə layiq görülür.
Amadu yaradıcılığa 14 yaşından başlamış, 1931-ci ildən isə mətbuatda öz imzası ilə tanınmağa başlamışdır. Onun ilk romanlarında ictima mövzular üstünlük təşkil edirdi. Bu əsərlər sırasında "Karnavallar ölkəsi" (1932), "Kakao" (1933), "Jubiaba" (1935), "Ölü dəniz" (1936), "Qum dəryasının kapitanları" (1937) xatırlamaq olar. İkinci dünya müharibəsindən sonra isə "Qırmızı pöhrələr" (1946), "Gizli azadlıq" (1952) adlı ideolji romanlarını nəşr etdirir.
1950-ci illərin axırlarından öz əsərlərinə mistik fantastika elementlərini daxil edərək, sürrealizm ədəbi cərəyanının ən parlaq nümayəndələrindən birinə çevrilir. O, həm də "Nəhayətsiz torpaqlar" (1942), "Gecə keşişləri" (1964), "Dona Flor və onun iki əri" (1966), "Möcüzələr dükanı" (1969), "Müharibə etməkdən yorulmuş Tereza Batista" (1972), "Pusqu" (1984) kimi əsərlərində müəllifidir. Yazıçının indiyə kimi əsərləri 49 dildə, 55 ölkədə çap olunmuşdur.
1987-ci ildə Salvador şəhərində Jorji Amadu Fondu yaradılıb.
Jorji Amadunun Seçilmiş Eserleri-Çev-Ilqar Elfioğlu-2009-625s | |||
---|---|---|---|
خواندن
دانلود
برای ادامه حیات توروز، کمک کنید |
|||
حجم: 2.55 MB | نوع فایل : Pdf | دیده شده : 313 | گزارش خرابی |