یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Menim Rencber Atam-Ali Ildırımoğlu-Latin-2014-417s

4100
0
1396/2/11
تعداد آرا 1
نتیجه آرا 5

Menim Rencber Atam-Ali Ildırımoğlu-Latin-2014-417s

+

Menim Rencber Atam Ali Ildırım Oğlu Ali Açak Ebced 

 

 

 

 

“Mənim rəncbər atam”ın həqiqətləri

“MƏNİM RƏNCBƏR ATAM” VƏ YAXUD BÜTÖVLÜK TACI – KİŞİLİK...

Yazıçı-publisist Əli İldırımoğlunun sonuncu romanı atası İldırım kişiyə həsr edilib. Bəşər övladı insanın insanlıq nümunəsi kimi təqdim olunan İldırım – öz soyuna, kökünə sağlam pöhrələrlə bağlanan kişidir. Tanrının yaratdığı ana təbiətin təbiiliyi duyulan İldırım doğma evindən-ocağından başlayan Əliquluuşağı da daxil olmaqla Qubadlı və onun ətraf bölgələrində bütövlük rəmzi kimi təqdim olunub.

Kitabın üz qabığında foto-təsviri həkk olunan el ağsaqqalı İldırım kişinin gözləri sanki oxucusuna nəsə diqtə edir. Büllur bulaqların gözündən qaynayıb çıxan saf, şəffaf sudan içmək istəyən xəstə kimi “Mənim rəncbər atam”ı nесə əlimə aldımsa, elə ilk sətirlərdən kitaba vuruldum. Könlümdən keçən əsərin qəhrəmanı İldırım kişinin kimliyini öyrənmək arzumu qısa müddətdə real-laşdırmağa cəhd göstərdim. Lakin bu, mümkün olmadı...

İçimdə kitabı yenidən oxumaq arzusu doğdu. Bu istək о qədər güclü idi ki, hətta Əli müəllimin bu kitabda “atam”, “mənim гənсbər atam” sözlərinin neçə dəfə işlətməsini saymaq fikrini reallaşdırmaq fikri oyandı.

Kitabın məna biçimində Azərbaycan bütövlüyü ən yüksək zirvədə dayanır. Yarıya bölünmüş Culfa şəhərinin özünəməxsus özəlliklərini nişanlayan Rayon Partiya Komitəsinin birinci katibi Məmməd Məmmədovun dili ilə Əli İldırımoğlu ağrılarını duymamaq olmur. Naxçıvana ezamiyyətə göndərilən, baş redaktorun “sağ əli” hesab olunan Qurban Qədirli əvvəl Şərur rayonuna gedir. İbrahim Hüseynov Qurban Qədirlinin məqsədini başa düşərək əvvəl özü haqqında məlumat verir. “...Xök kəndindənəm. Ona görə də bu rayonun təəssübünü hamıdan çox mən çəkməliyəm. Heç kimin də burada xoşagəlməz hərəkət etməsinə yol vermərəm. Təvazökarlıqdan kənar olsa da, birinci katibəm, Ali Sovetin deputatıyam, Mərkəzi Komitənin üzvüyəm. Bir sözlə, mənə böyük səlahiyyətlər verilib. Hər yerdə də sözüm keçir. Müxbirin hər hansı qəbahətə yol verdiyini hiss etsəm, mən özüm onun barəsində məsələ qaldıraram. Kiminsə Bakıdan vurub bura gəlməsinə ehtiyac yoxdur. Hesab edirəm ki, bu cür lazımsız-lüzumsuz məsələdən ötrü özünüzü nahaq уеrə əziyyətə salmısınız. Bir də ki, müxbir barədə yazının müəllifi о qədər də ağlı başında olan adam deyil. Sirablıdı, nədi, vilayətdə naqis adam kimi tanınır”

– deyən birinci katib Qurban Qədirli ilə təşrif buyuran Suren Mıkırtıçyanın züy tutduğunu başa düşdüyü üçün “...Mənasız yoxlamalar aparıb, adamların vaxtını almağa lüzum görmürəm” – deyərək sözünü qətiləşdirir.

Culfanın birinci katibi Məmməd Məmmədov “dosye toplamağa gəlmiş” Qurban Qədirlini ikiyə bölünmüş Culfa şəhərinə apararaq “...Biz bu cür böyük dərdi dərindən dərk etmirik. Vaxtımızı mənasız, gərəksiz məsələlərə sərf edirik. İçi biz qarışıq, hamımız gur bir səslə – “Mənim xalqım! Mənim xalqım!” – deyib, əslində bir-birimizi didirik, bir-birimizə quyu qazırıq, du-zaq qururuq. Xalq kimdən ibarətdir?! Minlərlə, yüzlərlə, milyonlarla fərddən. Məsələn, bu gün taleyi ilə məşğul olduğumuz müxbirlə bağlı bayaqdan bəri etdiyimiz söhbətdən başa düşdüm ki, о kiminsə xoşuna gəlmir. Kimsə ondan qisas almaq istəyir. Siz özünüz də, xatirinizə dəyməsin, qılıncınızı itiləyib bu işə həvəslə girişmisiniz. Onun məhv olması üçün dəridən-qabıqdan çıxırsınız. Məni də bu çirkin məsələyə qoşulmağa vadar etmək niyyətindəsiniz. Çox təəssüf. Lakin əməkdaşı olduğunuz qəzetdə bu söz çox tez-tez yazılır: insan insanın dostu olmalıdır! Əməldə isə... Bax bu gün şahidi olduğumuz kimi, sözümüzlə əməlimiz arasında dərin bir uçurum var. Nə qədər ki, о uçurum getdikcə dərinləşir, bu iki Culfa qovuşmayacaq” – deyir.

Romanın müəllifi gecə-gündüz candan sevdiyi Azərbaycan üçün çarpış-dığı halda, onun həmkarları güclərini onun məhvinə yönəldirlər. Naxçıvanda işləyən bölgə müxbirinin vaxtilə yazdığı bir tənqidi məqaləyə görə ləkələ-məyə cəhd göstərirlər. Raykom katibinin dilə gətirdiyi ağrılar bu gün də aktualdır: “...Nə qədər ki, bu kamalın, dərrakənin, əqidənin sahibiyik, bizə göz dağı olan о körpü insan izinə həsrət qalacaq və bir gün çürüyüb Arazın coşqun sularına qərq olacaq”.

Culfa rayon partiya komitəsinin birinci katibi Məmməd Məmmədov söhbətinin sonunda şikayətçinin mərdimazar tip olduğunu izah edərək əlavə edir: “...Mərdi namərdin ayağına verməyi nə siz Qəribliyə, nə də ki, təzə redaktorunuza rəva görmürəm...” – deyir. Bununla da çoxlarının qərib hesab etdikləri Naxçıvan və naxçıvanlılar gənc və həm də iti qələm sahibi kimi tanınmış Əli İldırımoğlunu bağrına basaraq qoruyur.

Ömrünün on ildən artıq dövrünü postsovet məkanında Naxçıvanda yaşayıb-yaradan Əli İldırımoğlu “...Deyirlər su murdar götürmür” – deyərək Naxçıvanı tərənnüm edir.

Əli İldırımoğlu atasının xəstələndiyi xəbərini eşidib dərhal Qubadlıya yollanır. Kitabın bu məqamını oxuyanda oxucu olaraq qəhrəmanımı gözləyən “cəhənnəmin qıl körpüsünü” nесə keçəcəyini düşünüb vəcdə gəlirdim. Axı özünü xalqla birgə duyan şəxs öz həmkarının qəsdinə belə durmaz. Allah böyükdür!..

Müəllif Tanrı sınağından kişi kimi çıxır. Oğul olaraq qibləgahı atasının sağalmasına səbəb olur. Son məqamda naxçıvanlıların müdafiə etdiyi Əli İldırımoğlunun bütün işləri çözülür. Düyünlər açılır. Məlum olur ki, vaxtilə “bir yetim oğlanı ləkələyib həbs edən prokuror” barəsində tənqidi məqalə yazıbmış. Kinli prokuror vəzifəyə ucalan kimi yazı müəllifinin barəsində xü-susi cəza tədbiri görmək istəyir. Lakin öz əli ilə deyil, məhz onun həmkarla-rının “yardımı ilə” müəllifin haqq-ədalət sahibi olduğunu yaxşı bilən naxçı-vanlıların təqdimatı cərəyan edən hadisələri dəyişdirir. Qalib müxbir öz işinə davamlı olur...

Can verməyən, dirigözlü qapıya baxa-baxa gecə-gündüzləri yaşayan İldırım kişi “...sinəsinə çökən Əzrayıla bac vermir”. Hazır dayanan əcəl köh-ləninə baş əyməyən İldırım kişi, nəhayət ki, gəlib çıxan oğlunu son dəfə görərək “gözlərini yumur”.

Natella Asena

نویسندگان:
سال انتشار:
2014 (میلادی)
صفحات:
417
نوع فایل:
PDF Document
زبان نوشتاری یا گفتاری:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز