Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Qara Məcmuə -Şeyx Səfiyyətdin erdebili -Sediq-Düzgün - Latin - 2001 - 87s
Qara Məcmuə قارا مجموعه
Şeyx Səfiyyəddin erdebili شیخ صفی الدین اردبیلی
Iş Apan: Düzgün-Sediq
Latin
2001
87s
-------------
Şeyx Səfi (tam adı: Şeyx Səfiəddin əl-İshaq əl-Musəvi əl-Ərdəbili) — sufi alimi, Səfəviyyə təriqəti və Səfəvilər sülaləsinin banisi, Şah İsmayıl Xətainin ulu babası.
yaşamı
Şeyx Səfi 1252-ci ildə Ərdəbilin Kəlxuran kəndində anadan olmuşdur. Atasını uşaq yaşlarından itirən Səfi ibtidai təhsilini onun dini davamçılarından almışdır. O, dini elmlərin əsaslarına yiyələnir, fars,ərəb, gilan və monqol dillərini öyrənir.
İyirmi yaşında təhsilini artırmaq üçün Şiraza gedən Səfi burada məşhur ilahiyyatçı alimlərdən Rüknəddin Beyzəvi, Əmir Abdullah və başqalarından dərs alır. Müəllimi Əmir Abdullahın məsləhəti ilə iyirmi beş yaşında məşhur Gilan şeyxi Hacı əd-Din Zahidin (hicri-615-700) müridi olur. Şeyx Səfi əd-Din 25 il tələbə kimi onun yanında qalır. Hacı əd-Din Zahidin qızı ilə evlənən Səfi Şeyxin vəfatından (1294) sonra onun yerində Səfəviyyə təriqətinin rəhbəri olur. 35 il irşad və təlimatlarla məşğul olur və bir çox tələbə yetişdirir.Şeyx Səfinin ömrünün daha faydalı və təsirli dövrü məhz həmin illər olmuşdur. Onun şöhrəti az zamanda bütün Şərq dünyasına, Şərqi Romaya, Suriyaya, Hindistana yayıldı. Şərqdə ürfan və din sahəsində yeganə şəxsiyyət kimi tanınan Şeyx Səfi bütün məzhəb və təriqətlərə mürşid və ustad ola bilmişdir.
Ərdəbilin Darül-irşadı (Hidayət evi) geniş bir əraziyə mənəvi ocaq olmuş və bu ocağın başında Şeyx Səfi durmuşdu. Şeyx tam bacarığı ilə təqiyyə prinsipinə əməl edərək elə bir dünyagörüşə malik idi ki, ayrı-ayrı İslam məzhəbləri və təriqətləri də onun mənəvi xəzinəsindən qidalana bilirdi. Səfəviyyə təriqəti özünəməxsus bir təşkilatın vasitəsilə təbliğ olunur və uzaq yerlərdə olan nümayəndələrə çatdırılırdı. Bu təşkilatın başında "pir", yaxud "mürşid" dururdu. Əsas iş mürşid (müəllim) ilə müridlər (tələbələr) arasında vasitəçi rolu oynayan xəlifənin üzərinə düşürdü. Xəlifə hər tayfanın sufilərinə başçı olmaqla bərabər, həm də rəhbərlə birbaşa əlaqədə olurdu. Xəlifələr və sufilər tabeçilikdə olan camaatla rəhbər arasında elə möhkəm əlaqə yaratmışdılar ki, bu əlaqə gündən-günə genişlənməkdə və möhkəmlənməkdə idi.
Əksər hallarda siyasətə qarışmayan bu sistem Şeyx Cüneydə kimi davam etmişdi. Amma Darül-irşad Şeyx Cüneyddən başlayaraq siyasi məsələlərlə də maraqlanmağa başladı. Uzun müddət təşkilata rəhbər olan Ərdəbil piri bu təşkilatdan nəinki təriqəti və ideoloji məsələlər üçün istifadə etdi, həm də oranı böyük bir hərbi və siyasi təşkilata da çevirdi. Siyasətlə təriqət birləşərək Səfəviyyə ideologiyasını formalaşdırdı. Bununla Şeyx Səfinin formalaşdırdığı şiizm-sufizm ideologiyası mahiyyəti etibarı ilə siyasət və hakimiyyətdən uzaq qala bilməzdi və istər-istəməz Darül-irşada rəhbərlik edən pir siyasi hərəkatlara da qoşulmalı idi. Şeyxdən sonra bir-birinin ardınca Sədrəddin, Xacə Əli İbrahim, Şeyx Cüneyd, Şeyx Heydərvə nəhayət Şah İsmayıl Ərdəbil Darül-irşadına rəhbərlik etmişlər.
Şeyx Səfi əd-Din 1334-cü ildə Ərdəbil şəhərində dünyasını dəyişir və burada da dəfn olunur. Onun məzarının üzərində türbə qurulur, ətrafında məscidlər, karvansaraylar, mədrəsələr, yaşayış evləri salınır. Burada böyük bir mədəni mərkəz yaranır. Şah İsmayıl da daxil olmaqla səfəvi şeyxlərindən bir çoxu burada dəfn olunur. Həmin mərkəzin tikinti və bərpa işləri fasiləsiz olaraq davam edir. Nəhayət, XVI əsrdə I Şah Təhmasibin hakimiyyəti dövründə (1524-1576-cı illər) həmin məqbərə öz indiki şəklini alır. Səfəviyyə təriqətinin rəhbəri qismində Şeyx Səfi əd-Dinin ilk varisləri Sədrəddin Musa (1334-1392/3) və Şeyx Xacə Əli (1392/3 -1429) olmuşdur. Səfi əd-Dinin nəticəsi İbrahimdən (1429 -1447) başlayaraq Ərdəbilşeyxləri real, dünyəvi hakimiyyəti də ələ keçirirlər. Şeyx İbrahim Ərdəbil hakimi olur, sonradan Şah İsmayıl (1486-1524) əvvəlcə Azərbaycanda, sonra həm də İranda yeni Səfəvilər dövlətinin və bu dövlətin taxt-tacında Səfəvilər sülaləsininəsasını qoyur.
Qara Məcmuə -Şeyx Səfiyyəddin Ərdəbili - Düzgün-Sədiq - Latin - 2001 - 87s | |||
---|---|---|---|
خواندن
دانلود
برای ادامه حیات توروز، کمک کنید |
|||
حجم: 972 KB | نوع فایل : Pdf | دیده شده : 781 | گزارش خرابی |