یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Seçmeler-V.Qapıq-Şiirler-Nezm Hikayeler-Şirin Xanım Kerimbeyli Şadiman-2017-465s

4100
0
1396/2/12
تعداد آرا 1
نتیجه آرا 5

Seçmeler-V.Qapıq-Şiirler-Nezm Hikayeler-Şirin Xanım Kerimbeyli Şadiman-2017-465s

+

TIKLA

Şirin Xanım Kerimbeyli Şadiman Toplağı

 

YARATCI HAQQINDA

 

Şirinxanım Ağabala qızı Kərimbəyli (ədəbi təxəllüsü ŞADİMAN) 2 sentyabr 1955-ci ildə Siyzən (keçmiş Dəvəçi, indiki Şabran) bölgəsinin Tağay kəndində anadan olub. Doğulduğu kənddə səkkizillik məktəbi, sonra Siyəzən şəhər 2 saylı orta məktəbi bitirib. 1973-75-ci illərdə Yenikənd üzümçülük sovxozunda fəhlə,1975-76-ci  illərdə Volodarski adına tikiş fabrikında tikişçi işləyib.1977-ci il-də AzərbaycanDövlət Universitetinin (indiki BDU) hazırlıq şöbəsində dinləyiçi,  1978-83-cu illərdə Kitabxanaçılıq (indiki informatika fakultəsinin) əyani şöbəsini bitirib. 1992-ci ildə Azərbaycan jurnalist Sənətkarlığı İnstitutun məzunu olub. 1984-cu ildə Dəvəçi rayonun (indiki Şabran), hal-hazırda   Siyəzən  rayonun inzibatı ərazisi sayılan Gilgilçay qəsəbəsində kitabxana müdiri vəzifəsində çalışıb.  1985-2007-ci   illərdə   ADNŞ-nın Mədən geofizik idarəsinin «Neft Daşları» geofizik ekspedisiyasında cizgiçi, texnik, mühəndis peşələrində çalışıb. 2007-ci ildən həmin idarədən əmək təqaüdünə çıxıb. Əmək fəaliyyəti ilə bərabər bədii yaradıcılığını davam etdirib. Dövrü mətbuatın mətbu orqanları olan «Neft Daşları», «Ədalət», «Çənlibel», «Azərbaycan müəllimi», «Bütöv Azərbaycan», «Kredo», «Mütərcim», «Məhsəti» və sair qəzet-jurnallarda   çapolunub.   «Məcməüs-şüəra» (Şairlər məclisi), «Füzuli» ədəbi məclislərin üzvü olub. AYB-nın və  CASCFEN(Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi)nin üzvüdür. Hal-hazırda ədəbi fəaliyyətlə   məşğuldur.     «Modern.az», «Yalquzaq. com», «Davam.az»   «Lit.parad», «Dayaq.az» və sair internet portallarla yaradıcılıq əlaqələri saxlayır. «Azpressin» və «Kredo» qəzetinin əməkdaşıdır. Şəxsi saytı aktiv faliyyətdədir.  www.shirinxanim-shadiman.net

 

1991-ci ildə "Ürək niyə ağrıyırsan?" adlı ilk şeirlər toplusu işıq üzü görüb. 1992-ci ildə Türkiyədə silsilə şeirləri "Çağdaş Azərbaycan şeri antologiyası" kitabında çap olunub. 1999-cu ildə "Çəkənə qəm dünya, çəkməyənə dəm dünya" 400 səhifəlik kitabı, 2002-ci ildə 565 səhifəlik "Kiminə acı dünya, kiminin tacı dünya", 2007-ci ildə 742 səhifəlik "Ağıla bəhər dünya, ürəyə qəhər dünya" adlı iri həcmli kitablari çapdan çıxıb. 2008-ci ildə 292 səhifəlik müəllifin "Seçmələr" toplusu işıq üzü görüb. Bu kitabda yer alan şeirlər və poema şairin əvvəl çapdan çıxmış kitablarından seçilib.

Həmin il Şirinxanım Şadimanın ədəbi-publisist ovqatlı "Məni illərdən soruşun" kitabı da nəşr olunub.

"Kredo" qəzetinin baş redaktoru şair, ədəbi-tənqidçi Əli Rza Xələflinin 2009-cu ildə çapdan çıxmış "Adı Şadiman olanın..." publisist kitabı Şirinxanım Şadimanın həyat və yaradıcılığından bəhs edir. Həmən il şairənin "Ürək niyə ağrıyırsan?" və "Çəkənə qəm dünya, çəkməyənə dəm dünya" kitabları "Dünya mənə tanış gəlir" adı altında təkrar nəşr olunub. 2010-cu ildə 54 səhifəlik "Tağayım" poeması çapdan çıxıb. 2010-cu ildə Əli Rza Xələflinin şairənin "Burdan bir atlı keçdi" poemasına həsr etdiyi "Axtala əfsanəsi" və jurnalist Nəzirməmməd Zöhrablının (Quluyevin) Şirinxanım Şadimanın yaradıcılığından bəhs edən "Üç rəngli bayrağa bürünmüş şairə" publisist kitabları çapdan çıxıb.

Şairə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Hazırda "Kredo" qəzetinin şöbə müdiri, "Bütöv Azərbaycan" qəzetinin əməkdaşıdır. Bir çox diplom və mükafatlara layiq görülüb. Ədəbi aləmdə müəllif Şirin xanım Kərimbəyli Şadiman kimi tanınır.Mükafatları: "Araz" ali ədəbi media mükafatı
"Qızıl Qələm" media mükafatı "Məhsəti Gəncəvi adına fəxri diplom
"Vicdanlı qələm"
"Müqəddəs qələm" ədəbi mükafatlar
"Ömür Belgesi" (Əskişəhər, Türkiyə)
"Vətən Naminə" , "Xan Qızı Natəvan" mükafatı, Həsən Bəy Zərdabi media mükafatı

 

                    Müəllifin çapdan çıxmış kitabları:

 

1. «Ürək niyə ağrıyırsan?», (Şeirlər), Bakı-1991, «Azərnəşr»,  56 səhifə, sayı 3000.

2. «Çəkənə qəm dünya, çəkməyənə dəm dünya», (Şeirlər, 

   poemalar, pyeslər), Bakı-2000,  AEK «Marfa press» nəşr.,  400 səhifə, sayı 1000.

3. «Kiminə acı dünya, kiminin tacı dünya», (Şeirlər, poemalar, pyeslər), Bakı-2002, «Nurlan», nəşr., 566 səhifə, sayı 500.

4. «Ağıla bəhər dünya, ürəyə qəhər dünya» (Şeirlər, poema), Bakı -2007, «Nurlan» nəşr., 742 səhifə, sayı 500.

5. «Seçmələr» (1 cild), Bakı-2008, «Nurlan» nəşr., 292 səhifə, sayı 1200.

6. «Məni illərdən soruşun» (Publisist düşüncə), Bakı-2008, «MBM» 95 səhifə, sayı 300.

7. «Dünya mənə tanış gəlir» adı ilə «Ürək niyə ağrıyırsan?» və  «Çəkənə qəm dünya, çəkməyənə dəm dünya» kitablarının birlikdə təkrar nəşri, Bakı-2009, «Nurlan» nəşr., 522 səhifə,  sayı1000.

8. «Tağayım», poema, Bakı-2010, «Adiloğlu» nəşr., səhifə 56, sayı 500.

9. «Ay adamlar, mən burdayam», «Adiloğlu» nəş. Bakı-2012 səhifə 454, sayı 500.

10. «Seçmələr», 2-ci cild, Bakı-2012, «Adiloğlu» nəş., səhifə 326, sayı 1200.

11. «Ötənlərdən gələn səslər», « Qanun» nəş.  Bakı 2013, səhifə 632, sayı 500.

12. «Ötənlərdən gələn səslər», 2-ciild,  «Qanun» nəşriyatı.,

Baki 2014, səhifə 480, sayı 500.

13. . «Seçmələr», 3-ci cild, Bakı-2015, «Qanun» nəşriyatı,   səhifə 438, sayı 750

14. «Seçmələr»,  4-ci cild,  Bakı-2015,  «Qanun» nəşriyatı,

Səhifə 360, sayı 750

15.  «Söz könlümü qələm etdi» /publisistik düşüncələr/ «Qanun» nəşriyatı, səhifə 288, sayı 500.

16. «Tək Yaradana gümanım» Qanun nəşriyatı, səh.480,

      Sayı 500

17."Seçmələr (Şeirlər, nəzm hekayələr)", V cild, Qanun Nəşriyyatı, Bakı 2017, 464 səh, sayı 500.

 

Müəllif və əsərləri haqqında çap olunmuş kitablar:

 

1. «Adı Şadiman olanın», Əli Rza Xələfli, Bakı-2009,

   «Təknur» nəş., səhifə 256, sayı 1000.

2. «Axtala əfsanəsi», Əli Rza Xələfli, Bakı-2010, «Adiloğlu»  nəşr., səhifə 144, sayı 500.

3. «Üç rəngli bayrağa bürünmüş şairə» Nəzirməmməd

   Zöhrablı, Bakı-2010, «Adiloğlu» nəşr., 148 səhifə,

   sayı 500.

4. «Qırmızı həqiqətlər», Əli Rza Xələfli, Bakı-2011,   

   «Adiloğlu» nəşr., səhifə 130, sayı 500.

 

5.Əli Rza Xələfli "Sözün yeddi gözəli", Bakı: "Vətən" nəşriyyatı, 2016, 239 səh.,sayı 1000.

--------------------------------------

Kərimbəyli Şirinxanım Ağabala qızı (Şirin xanım Kərimbəyli Şadiman) (ədəbi təxəllüsü: Şadiman) — şair-dramaturq, publisist.

Həyatı

Şirinxanım Kərimbəyli 2 sentyabr 1955-ci ildə Dəvəçi rayonunun hazırda Siyəzən rayonunun inzibati ərazisi sayılan Tağay kəndində anadan olub. Anadan olduğu kənddə səkkizillik məktəbi, sonra Siyəzən şəhər 2 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil alıb (1978-1983). Azərbaycan Jurnalistlər Birliyinin nəzdində Jurnalist Sənətkarlığı İnstitutunun məzunudur (1992). 1983-1984-cü illərdə keçmiş Dəvəçi rayonunun hazırda Siyəzən bölgəsinin ərazisi sayılan Gilgilçay qəsəbəsində kitabxana müdiri vəzifəsində çalışıb. 1985-2007-ci illərdə ARDNŞ-nin "Mədən Geofizika" idarəsinin "Neft Daşları" Geofizika ekspedisyasında çizgiçi, texnik, mühəndis peşəsində işləyib. Həmin idarədən də 2007-ci ildən əmək təqaüdünə çıxıb.

 

Ailəlidir.

 

Yaradıcılığı

1991-ci ildə "Ürək niyə ağrıyırsan?" adlı ilk şeirlər toplusu işıq üzü görüb. 1992-ci ildə Türkiyədə silsilə şeirləri "Çağdaş Azərbaycan şeri antologiyası" kitabında çap olunub. 1999-cu ildə "Çəkənə qəm dünya, çəkməyənə dəm dünya" 400 səhifəlik kitabı, 2002-ci ildə 565 səhifəlik "Kiminə acı dünya, kiminin tacı dünya", 2007-ci ildə 742 səhifəlik "Ağıla bəhər dünya, ürəyə qəhər dünya" adlı iri həcmli kitablari çapdan çıxıb. 2008-ci ildə 292 səhifəlik müəllifin "Seçmələr" toplusu işıq üzü görüb. Bu kitabda yer alan şeirlər və poema şairin əvvəl çapdan çıxmış kitablarından seçilib.

 

Həmin il Şirinxanım Şadimanın ədəbi-publisist ovqatlı "Məni illərdən soruşun" kitabı da nəşr olunub.

 

"Kredo" qəzetinin baş redaktoru şair, ədəbi-tənqidçi Əli Rza Xələflinin 2009-cu ildə çapdan çıxmış "Adı Şadiman olanın..." publisist kitabı Şirinxanım Şadimanın həyat və yaradıcılığından bəhs edir. Həmən il şairənin "Ürək niyə ağrıyırsan?" və "Çəkənə qəm dünya, çəkməyənə dəm dünya" kitabları "Dünya mənə tanış gəlir" adı altında təkrar nəşr olunub. 2010-cu ildə 54 səhifəlik "Tağayım" poeması çapdan çıxıb. 2010-cu ildə Əli Rza Xələflinin şairənin "Burdan bir atlı keçdi" poemasına həsr etdiyi "Axtala əfsanəsi" və jurnalist Nəzirməmməd Zöhrablının (Quluyevin) Şirinxanım Şadimanın yaradıcılığından bəhs edən "Üç rəngli bayrağa bürünmüş şairə" publisist kitabları çapdan çıxıb.

 

Şairə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Hazırda "Kredo" qəzetinin şöbə müdiri, "Bütöv Azərbaycan" qəzetinin əməkdaşıdır. Bir çox diplom və mükafatlara layiq görülüb. Ədəbi aləmdə müəllif Şirin xanım Kərimbəyli Şadiman kimi tanınır.

 

Kitabları

"Ürək niyə ağrıyırsan?" (şeirlər). Azərnəşr, Bakı 1991, 56 səh. sayı 3000.

"Çəkənə qəm dünya, çəkməyənə dəm dünya" (şeirlər, poemalar, pyeslər). Bakı 2000, AEK "Mafta press", , 400 səh. sayı 1000.

"Kiminə acı dünya, kiminin tacı dünya" (şeirlər, pyeslər, poemalar). Bakı 2002, Nurlan, 566 səh. sayı 500.

"Ağıla bəhər dünya, ürəyə qəhər dünya" (şeirlər, poema). Bakı 2007, Nurlan, 742 səh. sayı 500.

"Seçmələr" (Könül harayı). I cild, Nurlan, Bakı 2008, 292 səh. sayı 1200.

"Məni illərdən soruşun" (publisist düşüncə). "MBM", Bakı 2008, 95 səh. sayı 300.

"Dünya mənə tanış gəlir" ("Ürək niyə ağrıyırsan?" və "Çəkənə qəm dünya..." kitablarının birlikdə nəşri), Bakı 2009, Nurlan, 522 səh. sayı 500.

"Tağayım" (poema). "Adiloğlu" nəş., Bakı 2010, 56 səh. sayı 500.

"Ay adamlar, mən burdayan" (şeirlər, poemalar, əhvalatlar), "Adiloğlu" nəş., Bakı 2012, 456 səh., sayı 500.

"Seçmələr(şeirlər, poemalar)", II cild, Adiloğlu nəş., Bakı 2012, 335 səh., sayı 1200.

"Ötənlərdən gələn səslər",(şeirlər, poemalar, qəzəllər ), Qanun Nəşrlər Evi, Bakı 2013, 632 səh., sayı 500.

"Ötənlərdən gələn səslər-2", (şeirlər, qəzəllər, dördlüklər,bayatılar ) Qanun Nəşrlər Evi, Bakı 2014, 480 səh., sayı 500.

"Seçmələr( şeirlər və poemalar)" III cild, Qanun Nəşriyyatı, Bakı 2015, 447 səh., sayı 750.

"Seçmələr( şeirlər, poemalar, dramlar )", IV cild, Qanun Nəşriyyatı, Bakı 2015, 359 səh., sayı 750.

"Söz könlümü qələm etdi (publisistik düşüncələr)", Qanun Nəşriyyatı, Bakı 2016, 288 səh., sayı 500.

"Tək Yaradana gümanım (şeirlər, nəzm hekayələr, publisistik məqalələr)", Qanun Nəşriyyatı, Bakı 2017, 480 səh., sayı 506.

"Seçmələr (Şeirlər, nəzm hekayələr)", V cild, Qanun Nəşriyyatı, Bakı 2017, 464 səh, sayı 500.

Müəllif və əsərləri haqqında çap olunmuş kitablar

Əli Rza Xələfli. "Adı Şadiman olanın...". Bakı: Təknur, 2009, 256 səh. sayı 1000.

Əli Rza Xələfli. "Axtala əfsanəsi". Bakı: Adiloğlu, 2010, 144 səh. sayı 500.

Nəzirməmməd Quluyev (Zöhrablı). "Üç rəngli bayrağa bürünmüş şairə". Bakı: Adiloğlu, 2010, 148 səh.sayı 500.

Əli Rza Xələfli "Qırmızı həqiqətlər", Bakı: Adiloğlu, 2011, 128 səh., sayı 500.

Əli Rza Xələfli "Sözün yeddi gözəli", Bakı: "Vətən" nəşriyyatı, 2016, 239 səh.,sayı 1000.

QAYNAQ

سال انتشار:
2017 (میلادی)
صفحات:
465
نوع فایل:
PDF Document
زبان نوشتاری یا گفتاری:
Türkçe

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز