یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Şuşa Uşaqlar Üçün Azerbaycan Elifbasi-Alfabeti-Şekil-Yazı-Ses

49009
0
1395/4/24
تعداد آرا 8
نتیجه آرا 4

Şuşa Uşaqlar Üçün Azerbaycan Elifbasi-Alfabeti-Şekil-Yazı-Ses

Azərbaycan əlifbası.jpg

Azərbaycan əlifbası – 32 hərfdən ibarət latın qrafikalı əlifba. Azərbaycan dilinin fonem tərkibində 9 sait və 25 samit səs vardır. Bu 34 səs Azərbaycan əlifbasında 32 hərflə işarə edilir. Azərbaycan dilində 32 hərf 34 səs var.

1 avqust Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günüdür[1].

Türk yazı tarixi uyğurların əlifbasıyla başlasa da, Azərbaycan dilinin yazılması ərəb əlifbasının bir variantı ila başlanıb. Səlcuq və osmanlı türkləri X əsrdən başlayaraq ərəb əlifbasını əsas tutmuş və ərəb-fars əlifbası vasitəsilə çoxlu əsərlər yaratmışlar.

Ərəb əlifbası Azərbaycan dilinə kamilən uyğun olmasa da, keçmiş dövrlərdə bu əlifba vasitəsilə çox sayda dəyərli ədəbi və elmi əsərlər yaradılmışdır.

Cənubi Azərbaycanda isə bu gün də azərbaycanlılar təkcə fars dilində təhsil aldıqlarına görə ərəb əlifbasını öyrənirlər. İranda Azərbaycan dilini latın alifbası ilə yazma, heç bir qanun keçmədən, bir curm kimi sayılır. İran azərbaycanlıları öz dillərində təhsil almadıqları üçün, yalnız Azərbaycan dilində danışıq ədəbiyyatı ilə tanışdırlar.

Azərbaycan dilində yazı 1929-cu ilə kimi ərəb qrafikası ilə aparılmışdır. 1922-1939-cu illərdə latın qrafikalı əlifba üzrə (1929-cu ilə kimi ərəb əlifbası ilə paralel olaraq), 1939-1991-ci illərdə kiril qrafikası üzrə, 1991-ci ildən başlayaraq yenidən latın qrafikası üzrə aparılmışdır.
Misal[redaktə | əsas redaktə]

Bir rəsmi sənəddə eyni vaxtda latın və kiril əlifbalarının işlənməsi. (Bəhmənyar Azərbaycaninin anadan olmasının 1000 illik yubileyinin keçirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Bakı, 5 noyabr, 1992))
Ərəb əlifbası    
بوتون اینسان‌لار لياقت و حوقوق‌لاری‌نا گوره آزاد و برابر دوغولورلار. اون‌لارین شوعورلارى و ویجدان‌لارى وار و بیر بیرلرینه موناسیبت‌ده قارداش‌لیق روحون‌دا داورانمالی‌دیرلار.


Latın 1929-1933    Butun insanlar ləjakət və hukykları̡na ƣɵrə azad və bərabər dogylyrlar. Onları̡n зuyrları̡ və vicdanları̡ var və bir-birlərinə munasibətdə kardaзlı̡k ryhynda davranmalı̡dı̡rlar.
Latın 1933-1939 (Yanalif)    Bytyn insanlar ləjaqət və hyquqlarьna gɵrə azad və bərabər doƣulurlar. Onlarьn şyurlarь və viçdanlarь var və вir-вirlərinə mynasiвətdə qardaşlьq ruhunda davranmalьdьrlar.
Kiril 1958-1991    Бүтүн инсанлар ләјагәт вә һүгугларына ҝөрә азад вә бәрабәр доғулурлар. Онларын шүурлары вә виҹданлары вар вә бир-бирләринә мүнасибәтдә гардашлыг руһунда давранмалыдырлар.
Müasir latın (1992)    Bütün insanlar ləyaqət və hüquqlarına görə azad və bərabər doğulurlar. Onların şüurları və vicdanları var və bir-birlərinə münasibətdə qardaşlıq ruhunda davranmalıdırlar.
Sait və samitlər haqqında[redaktə | əsas redaktə]
Saitlər[redaktə | əsas redaktə]
Saitlər ağız boşluğunda sərbəst və maneəsiz tələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazla səslənir. Saitlərin daha bir xüsusiyyəti heca əmələ gətirməsidir.

Dilimizdə 9 sait var: [a], [e], [ə], [i], [ı], [o], [ö], [u], [ü]. Yaranma vəziyyətinə görə saitlərin aşağıdakı üç bölgüsü var:

Qalın və incə saitlər
Dilin arxa və ön hissəsində deyilməsinə (dilin üfüqü vəziyyətinə) görə:

Qalın saitlər (dil arxası): [a], [ı], [o], [u].
İncə saitlər (dil önü): [e], [ə], [i], [ö], [ü].
Qapalı və acıq saitlər
Dilin üst damağa doğru yuxarı qalxması və nisbətən aşağı enməsi vəziyyətinə (dilin şaquli vəziyyətinə) görə:

Qapalı saitlər (dar saitlər): [i], [ı], [u], [ü] Qapalı saitlərin tələffüzündə alt çənə yuxarıya doğru qalxır.
Açıq saitlər (gen saitlər): [a], [e], [ə], [o], [ö].
Dodaqlanan və dodaqlanmayan saitlər
Dodaqlanan saitlər: [o], [ö], [u], [ü]. Dodaqlanan saitlərin tələffüzündə dodaqlar bir qədər irəliyə gəlir və dairəvi şəkil alır.
Dodaqlanmayan saitlər: [a], [e], [ə], [i], [ı].


Samitlər[redaktə | əsas redaktə]
Dilimizdə 25 samit səs var ki, onlar 23 hərflə ifadə olunur. Əlifbamızda komandir, tank, klub sözlərində [k'] səsini, ipək, çiçək, məktəb sözlərindəki [x'] səsini ifadə etmək üçün xüsusi hərf yoxdur. Bu iki səs əlifbamızda kənd, tük, şəkil sözlərindəki [k] səsini ifadə edən “k” hərfi ilə göstərilir.

Samitlər səs tellərinin iştirakına görə iki növə bölünür:

Kar samitlər. Kar samitlər təkcə küydən əmələ gəlir və onların tələffüzündə səs telləri iştirak etmir.
Kar samitlər:[p], [k'], [f], [x], [t], [ş], [s], [x'], [k], [ç], [h].
Cingiltili samitlər. Cingiltili samitlərin tələffüzündə isə səs telləri iştirak edir və onlar küydən və avazdan ibarət olur.
Cingiltili samitlər [b], [q], [v], [ğ], [d], [j], [z], [y], [g], [c], [l], [m], [n], [r]
Dilimizdə cingiltili və kar samitlərin çoxu cütlük təşkil edir:

[l], [m], [n], [r] cingiltili samitlərin kar qarışığı, [h] kar samitinin cingiltili qarışığı yoxdur.
[n] və [m] səslərinin əmələ gəlməsində hava axını əsasən burun boşluğundan çıxır. Buna görə də həmin samitlərə burun samitlər deyilir.
[l], [m], [n], [r] samitləri sonor samitlər adlanır.

QAYNAQ

نویسندگان:
نوع فایل:
PDF Document
زبان نوشتاری یا گفتاری:
Azərbaycan Türkcəsi - cyrillic

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز