یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Tağuti Devresinden Xatirelerim-Toplayan-Salamullah Cavid-Ebced-1358

3989
0
1395/5/29
تعداد آرا 1
نتیجه آرا 5

Tağuti Devresinden Xatirelerim-Toplayan-Salamullah Cavid-Ebced-1358

Salamulla Molla Haşım oğlu Cavid 1900-cu ildə Güney Azərbaycanın Xalxal bölgəsinin Nirov kəndində kasıb bir ailədə anadan olmuşdu. İbtidai təhsilini mollaxanada almışdı. sonra Bakı şəhərinə köçmüşdülər. Bakıya 1910-cu ilin qışında gəldiyindən dərs ili başlanmışdı və bir neçə ay keçmişdi. Vaxt itirməmək üçün dayısı Məhərrəm onu Hacı Ənam Xalxali adlı bir şəxsin məktəbinə yazdırdı.

Növbəti dərs ilində Bakıdakı "İttihad" məktəbində təhsilimi davam etdirdi. Dayısının maddi imkanı az olduğundan paltar, məktəb ləvazimatı və cib xərcliyimdən korluq çəkirdi. 1914-cü ildə Məmmədəli xan Tərbiyət "İttihad" məktəbinə müdir təyin olundu. O, yaxşı və əla oxuyan şagirdlərə maddi yardım göstərdiyindən, onun da vəziyyətim yaxşılaşırdı, dayısının maddi yükü bir qədər yüngülləşirdi. Ağabala adlı bir xeyirxah sərvət sahibi 1012 uşağın təhsillə bağlı xərcini üzərinə götürmüş. Məmmədəli xan Tərbiyət onun da adını o siyahıya salmışdı. O siyahıda onunla bərabər Mirzə Rəhim Bayramzadə, İsmayıl Hidayətzadə, Hüseyn Rizazadə, ƏIi Yusifzadə və başqaları da var idilər.

1918-ci ilə qədər geyim və məktəb ləvazimatı almaq xərclərindən azad oldu. Oxuya-oxuya "Təməddün" məktəbində də dərs verirdi. Səhərlər "Təməddün" də dərs verib, günortadan sonra Gimnaziyada təhsil alırdı. Artıq əlinə gələn puldan ev xərci üçün dayısına da kömək edirdi. Gimnaziyanı bitirdikdən sonra xeyirxah insanların köməyi ilə təhsilimi Moskvada davam etdirdi.

O, rus dilini "İttihad" dan yaxşı öyrənmişdı. Bu işdə rus dili müəllimim Kərimağa Hüseynovun əməyini həmişə qiymətləndirdi. 3 dostu ilə birlikdə Moskvaya təhsil almağa yollandı. Moskvaya gedib çatmaq nəqliyyat cəhətdən o vaxt çox da asan deyildi. On gün gəmi ilə su üzərində yol gedib (gəmi nasaz idi) Türkmənistana çatdı. Piyada, sonra qoşqulu nəqliyyatla bir təhər Aşqabada yetişdi. Burada "İttihad" məktəbində ona dərs demiş müəllimim Kərim Ağa Hüseynovla rastlaşdı. Onun köməyi ilə onlar Moskvaya yollandılar. İctimai elmlərə nisbət təbabətə böyük marağım var idi. Bu maraq məni Tibb İnstitutuna daxil olmağa sövq etdi. Bir müddət Bakı Tibb İnstitutunda, sonra Tehran Tibb Universitetində təhsil aldım. Tehranda oxuyarkən dayımın vəfatı, Ənnəmin kimsəsiz qalması məni yenidən Bakıya dönməyə məcbur etdi. Əslində İrandan Bakıya dönməyimə başqa səbəb də var idi. Mən 1921-ci il Lahutinin başçılığı altında Azərbaycanda (Təbrizdə) baş verən hərəkatda iştirak etdiyimdən dövlət tərəfindən təqib olunanlar siyahısına düşmüşdüm. Bakıya qayıtdıqdan sonra tibbi sahədə təhsilimi davam etdirdim. Ali məktəbi qurtarıb həkimlik diplomunu aldıqdan sonra təkmilləşdirmə kursunu keçmək üçün Moskvaya getməli oldum.

Doktor Salamulla Cavid 1929-cu ilə kimi Bakıda yaşayıb. Bir nеçə il Tеhranda dövlət sığorta idarəsində həkim işləyib. İran kompartiyasının üzvü olub, kommunist fəaliyyətinə görə bir nеçə il həbsdə yatıb. Təbrizdəki dеmokratik hərəkat başlayan zaman Azərbaycana gəlib.

QAYNAQ

نویسندگان:
نوع فایل:
PDF Document
زبان نوشتاری یا گفتاری:
تورکجه

برچسبها:

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز