یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Tar Mektebi-Seid Rüstemov-Baki-1966-150s

11518
0
1395/10/6
تعداد آرا 2
نتیجه آرا 7

Tar Mektebi-Seid Rüstemov-Baki-1966-150s

Səid Rüstəmov.JPG

Rüstəmov Səid Əli oğlu (12 may 1907, İrəvan – 10 iyun 1983, Bakı) — bəstəkar, dirijor, pedaqoq, Azərbaycanın xalq artisti (1957), Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru (1935-1975).

Mündəricat  [gizlə] 
1    Həyatı
2    Yaradıcılıq fəaliyyəti
3    Əsərləri
4    Filmoqrafiya
5    İstinadlar
6    Xarici keçidlər
7    Həmçinin bax
Həyatı[redaktə | əsas redaktə]
Səid Rüstəmov 1907-ci il mayın 12-də İrəvanda anadan olmuşdur.Onun hələ uşaq ikən atasını itirməsinə baxmayaraq oxumaq, öyrənmək həvəsi günbəgün artırdı. Səidin musiqiyə olan marağı İrəvanda ibtidai məktəbdə oxuduğu illərdə də nəzərə çarpırmışdır. 1918-ci ildə İrəvanda baş verən erməni quduzluğu zamanı Səidgil qaçqın düşüb Türkiyəyə getsələr də az vaxtdan sonra yenidən İrəvana qayıdıblar. Türkiyədən qayıtdıqdan sonra onlar evlərini dağılmış görüb, 1919-cu ildə Gəncəyə köçürlər. Burada ermənilər Səidin qardaşı Mirhüseyni öldürürlər. Ailə Gəncədə çox qalmayıb Ağdaşda məskunlaşır. Ailə Ağdaşa köçəndə Səidin 12 yaşı var idi. Bu yaşa qədər olan əzab-əziyyətli günlərə baxmayaraq yeniyetmə Səidin musiqiyə marağı daha da artırdı. Tezliklə Rüstəmovlar ailəsi Bakıya köçür, Səid Müəllimlər Seminariyasına daxil olur. Həmin məktəbdə musiqi dərsləri keçilirdi. Səid burada truba çalmağı öyrənir. Balaca Səidin musiqidən əlavə rəsm çəkməyə də həvəsi olduğundan rəsm məktəbində məşğələlərə başlayır. Rəssamlıq məktəbi musiqi texnikumu ilə bir binada yerləşirdi. Səidin musiqi istedadı müəllimlərdən birinin diqqətini cəlb edir. O, Səidi Üzeyir Hacıbəyovun yanına aparır. O da Səidin taleyini həll edir. S. Rüstəmov 1924-cü ildə musiqi məktəbinin xalq çalğı alətləri şöbəsinə qəbul olunur.

Səid Rüstəmov 1926-cı ildə Müəllimlər Seminariyasını bitirdikdən sonra Süleyman Sani Axundovun müəllimi olduğu 19 nömrəli birinci dərəcəli məktəbə müəllim təyin olunur. Gənc, tələbkar müəllim şagirdlərin dərin hörmətini qazanır. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirir. Səid Rüstəmovu digər sənətkalardan-sənət dostlarından fərqləndirən cəhətlərdən biri də budur ki,o, pedaqoji fəaliyyətə ümumtəhsilin əsaslarını öyrədən məktəbdən başlayıb.

Bir neçə filmdə çəkilən Tamilla Rüstəmovanın atası idi.

Yaradıcılıq fəaliyyəti[redaktə | əsas redaktə]
Səid Rüstəmovun müxtəlif vaxtlarda Müəllimlər Seminariyasını, daha sonralar Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirməsi, pedaqogikanı, habelə ayrı-ayrı fənlərin tədrisi metodlarını bilməsi, bu sahədə müəyyən təcrübə keçməsi onun musiqi təhsili sahəsində ustad pedaqoq kimi tanınmasına zəmin yaratmışdır.

Musiqi məktəbləri üçün "Not savadı" dərsliyinin əsas tərtibçilərindən biri olanda da, ilk "Tar məktəbi" dərs vəsaitini yazanda da, 1931-ci ildə respublikamızda notla çalan ilk xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijorunun köməkçisi, sonralar isə orkestrin bədii rəhbəri və baş dirijoru, Fioletov adına klubun mahnı və rəqs ansamblının (1945), Azərbaycan Dövlət mahnı və rəqs ansamblının (1951) rəhbəri vəzifəsində çalışanda da öyrətmək məharəti ilə tanınan pedaqoq kimi nəzərə çarpmışdır. O, tar və dirijorluq ixtisası üzrə gənc musiqiçi kadrlarının hazırlanması işinə də xüsusi diqqət yetirmişdir.

S. Rüstəmovun pedoqoji fəaliyyətinin mühüm bir dövrü Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Kanservatoriyası ilə bağlı olmuşdur. O, bu mötəbər ali musiqi təhsili ocağında xalq musiqisi kafedrasının yaradıldığı vaxtdan istedadlı tarzənlərin yoluna işıq tutmuşdur. Dahi Üzeyir Hacıbəyovun vəfatından sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifəsinə seçilməsi və 1953-cü ilədək həmin postda ustad müəllimin adına layiq çalışması həm də onun ictimai xadim kimi yetişməsini göstərirdi.

S.Rüstəmov dəfələrlə Bakı şəhər sovetinə deputat seçildiyi illərdə də zəhmətkeşlərin mədəni həyat səviyyəsinin yüksəlməsi naminə yorulmadan çalışırdı. S. Rüstəmov SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyyətinin üzvü kimi də geniş, məqsədyönlü iş aparmışdır. Onun səsi-sorağı Beynəlxaq konqreslərdən ən mötəbər məclislərdən gəlirdi. O dəfələrlə xalq çalğı alətləri ifaçıları üçün keçirilən Ümümdünya və Ümümittifaq festivallarında münsiflər heyyətinin sədri və üzvü olmuşdur.

Böyük sənət fadaisi, alovlu vətənpərvər Səid Əli oğlu Rüstəmovun geniş, çoxcəhətli fəaliyyəti gərgin əməyi layiqincə qiymətləndirilmişdir. O, 1938-ci ildə Əməkdar İncəsənət xadimi, 1957-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına, 1951-ci ildə isə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Üç dəfə Qırmızı Əmək Bayrağı ordeni və Xalqlar Dostluğu ordeni və bir sıra medallarla təltif olunmuşdur.

Səid Rüstəmov 1983-cü ilin iyun ayında 76 yaşında vəfat etmişdir.[1] [2]

Əsərləri[redaktə | əsas redaktə]
"Alma" - sözləri: Mehdi Seyidzadə [3]
"Ana məktəb"
"Azərbaycan melodiyası"
"Dağlar" - sözləri: Mehdi Seyidzadə [4]
"Dörd pyes"
"Dəstə rəhbəri"
"Düşərgəmiz"
"Getmə"
"Gəlin baxçamıza"
"Gün, çıx" - sözləri: Mehdi Seyidzadə [5]
"Keçi"
"Kəndimiz"
"Maral" - sözləri: Mehdi Seyidzadə [6]
"Marş" (duet)
"Qaytağı"
"Qış baba" - sözləri: Mehdi Seyidzadə [7]
"Quzum" – sözləri: Mehdi Seyidzadə [8]
"Saat"
"Sarmaşıq" - sözləri: Mehdi Seyidzadə [9]
"Səhər nəğməsi"
"Sərhədçilər marşı"
"Sözsüz mahnı"
"Uçun, quşlar" - sözləri: Mehdi Seyidzadə [10]
"Usta olacaq"
"Uşaq və buz" - sözləri: Mirzə Ələkbər Sabir [11]
"Xəzər" - sözləri: Mehdi Seyidzadə [12]
"Yağış" - sözləri: Mehdi Seyidzadə [13]
"Yaşa Azərbaycan"
"Yaz günləri" - sözləri: Mirzə Ələkbər Sabir [14]
Orta-ixtisas musiqi məktəblərində tədris olunan əsərləri

"Gül bağçalar"
"Maralım gəl"
"Hardasan"
"Gəlmədi"
"Getmə-getmə"
"Mən sülhə səs verirəm"
"Qurban adına"
"Bağçamıza gəldi bahar"
"Həkim qız"
"Şadlıq rəqsi" (qanun, kamança)
"Azərbaycan süitası" (tar, kamança)
Ali musiqi təhsili müəsissələrində yədris olunan əsərləri

"Bayatı-kürd fantaziyası"
"Oxu, tar"
"İntizar"
"Kolxozçular marşı"
"Ay qız"
"Maralım gəl"
"Gəlmədi"
"Sənindir"
"Oxu, gözəl"
"Tar, kanamça və qanun üçün melodik etüdlər"
"Ala göz"
"Azərbaycan"
"Səhər mahnısı"
"Sumqayıt"
"Mən sülhə səs verirəm"
"Bağçamıza gəldi bahar"
"Qurban adına"
"Süita №3"
"Ay özün sözün"

QAYNAQ

نویسندگان:
سال انتشار:
1966 (میلادی)
صفحات:
150
نوع فایل:
PDF Document
زبان نوشتاری یا گفتاری:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز