یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Tariximiz-Açıqlanmamış Mövzüları Ile-Süleyman Eliyarlı-Baki-2012-557s+Kesli- Nevruz-Novruz Bayrami Tariximizde Edebiyatimızda Ve Folklorumuzda-Ebced-Riza Hamraz-6s

4219
0
1396/2/24
تعداد آرا 1
نتیجه آرا 5

Tariximiz-Açıqlanmamış Mövzüları Ile-Süleyman Eliyarlı-Baki-2012-557s

+

Kesli

Nevruz-Novruz Bayrami Tariximizde Edebiyatimızda Ve Folklorumuzda-Ebced-Riza Hamraz-6s

Azərbaycan tarixindən Süleyman Əliyarlı…

Görkəmli alimin adı Azərbaycan tarixşünaslığı ilə qoşa çəkilir

Əməkdar elm xadimi, tarix elmləri doktoru professor, şərqşünas alim Süleyman Əliyarlı həyat və elmi fəliyyəti ilə bağlı araşdırma apardıq. Süleyman Sərdar oğlu Əliyarlı, 18 dekabr 1930-cu ildə  Beyləqan rayonunun Şahsevən kəndində dünyaya gəlib. Moskva Dövlət Universitetinin tam beşillik kursunu 1954 də "Fərqlənmə diplomu" ilə bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda 5 il çalışıb. Aspiranturanın son kursundan Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasına müəllim vəzifəsinə dəvət edilib.

1978-2001-ci illər kəsimində, yəni 23 il həmin kafedraya başçılıq edib. Elmi işini hər zaman konyukturadan uzaq tutmağa çalışıb. 1969-cu ildə Azərbaycanın Rusiyaya könüllü birləşməsi tezisinə qarşı çıxaraq, onun işğal edilməsini, Rusiya metropoliyasının iqtisadi müstəmləkəsinə çevrildiyini yazıb və Azərbaycan KP-nin təqiblərinə məruz qalıb. 1983-84 illərdə Azərbaycan etnogenezinin ümumtürk tarixi köklərə dayandığını araşdıraraq çap edib, nəticədə Moskva və Bakı retroqradlarının hücumları ilə üzləşib.

1989-2000 illərdə Azərbaycan Milli Məclisinin Yer Adları (Toponimiya) Komisyonuna başçılıq edib; 1992-2001 illərdə Azərbaycan Ali Attestasiya Komisyonu Rəyasət Heyətinin üzvü olub. 1990-cu ildə "Azərbaycanın Əməkdar Elm Xadimi" adına layiq görülüb. 2000-ci ildə "Türk və Türkiye tarihi ile ilgili değerli araştırmalarından dolayı" Türk Tarix Kurumu Şərəf Üyəsi (fəxri üzvü) seçilib. Türk Tarix Kurumu və “Center For Balkan Turkology Researches” kimi beynəlxalq elmi təşkilatlar ilə elmi əməkdaşlıq edib.

2002-ci ildə Türkiyənin paytaxtı Ankarada Türkcə və ingiliscə çap olunmuş 26 cildlik "Türklər" ensiklopedik əsərin Yayın Kurulu heyətinin üzvü və müəlliflərindən biridir.

S.Əliyarlı 1962-ci ildə "Bakı proletariatının vəziyyəti" mövzusunda namizədlik, 1975-ci ildə isə "Azərbaycan neft sənayesində inhisarlar" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 150-dən çox elmi məqalə, 7 monoqrafiya, 8 kitab müəllifidir. 18 elmlər namizədi və 3 nəfər elmlər doktoru yetişdirib. 

Onu da bildirək ki, 2013-cü ilin avqustunda S.Əliyarlı Türk Dünyası Araşdırmaları Akademiyasının akademiki, habelə Ümumdünya Türk Xalqları Konqresinin Ağsaqqallar Şurasının fəxri prezidenti və rəhbəri seçilib. O, 16 yanvar 2014-cü ildə vəfat edib.

 

««Kitabi Dədə Qorqud” dastanı onun yozumunda yeni bir məna kəsb etməyə başladı»

 

Tarixçi alim Cəmil Həsənli bildirdi ki, Süleyman Əliyarlı “Kitabi Dədə Qorqud” qədim türk dastanının Drezden kitabxanasında saxlanılan orta əsrlərə aid əlyazmasını (ikinci əl yazması Vatikanda saxlanılır) tədqiq edib: “Onun “Kitabi Dədə Qorqud”a müraciət etməsi və Azərbaycan xalqının etnogenizi ilə bağlı elmi müzakirələrin mərkəzində dayanması Süleyman müəllimin tükənməz elmi potensialından xəbər verirdi. Türklərin regiona gəlmə olması haqqında bəsit düşüncələrdən uzaqlaşmağımızda, onların bu torpağın, bu yurdun köhnə sakinləri və əsl sahibləri olmaları baradə elmi mühakimələrimizin və siyasi təfəkkürümüzün oturuşmasında professor Süleyman Əliyarlının araşdırmaları, elmi seminarlardakı aydın mövqeyi mühüm rol oynadı. Hələ sovet ideologiyasının hökmranlıq etdiyi bir dövrdə, bir sıra alim və ziyalılarımızla birlikdə Süleyman müəllim bu millətin türk kimliyinə tapınması yolunda sözün tam mənasında ardıcıl bir mücadilə yolu keçməli oldu. “Kitabi Dədə Qorqud” dastanı onun yozumunda yeni bir məna kəsb etməyə başladı. Bu böyük alimin bu böyük dastana baş vurması, Dədə Qorqud boylarını tükənməz bir sevgi ilə incələməsi, Təpəgözün hekayətini vətənimizin təpələrinin arasında axtarması Qazan xandan və Burla Xatundan gələn türklüyümüzün mənəvi mənzərəsini və siyasi məzmununu ortaya qoydu. Biz həmin illərdə Süleyman müəllimin türk kimliyi üçün elmi fədakarlığını görüb onun qürurunu yaşayan gənclərdən idik. XX əsrin 80-ci illərinin sonunda Qarabağa qarşı erməni təcavüzü başlarkən Süleyman müəllim mücadilənin önündə gedən alimlərimizdən idi. Bəzən Garabağla bağlı elə sənədlər hazırlamaq lazım gəlirdi ki, orada həm tarixi, həm də hüquqi məsələlər öz əksini tapmış olsun. Bax həmin məqamlarda Süleyman müəllimin rəhmətlik Məmməd Xələfovla birlikdə necə fədakarlıqla çalışmaları indi də mənim gözümün qabağındadır. Hadislər başlayan zaman Süleyman müəllimin Bəxtiyar müəllimlə birlikdə 1988-ci ildə “Azərbaycan” jurnalının 9-cu sayında dərc etdirdikləri “Dağlıq Qarabağ - uydurmalar və həqiqətlər” yazısı bir sıra xarici ölkələrdə nəşr olundu. Süleyman Əliyarlı 2012-ci ildə “Tariximiz açıqlanmamış mövzuları ilə” kitabını nəşr etdirdi. 660 səhifədən ibarət olan bu kitab onun yaradıcılığının yekunu, millət və xalq qarşısında bir alim kimi hesabatı idi. O, bir alim kimi, bir vətəndaş kimi öz börcunu yerinə yetirdi, amma mənə belə gəlir ki, Azərbaycan cəmiyyəti çox məsələlərdə Süleyman müəllimə borclu qaldı”.

 

“Ziyalı olaraq cəmiyyət həyatının kritik dönəmlərində mövqeyini bildirərdi”

 

Millət vəkili Fazil Mustafa da bildirdi ki, Süleyman Əliyarlı nüfuzlu şəxsiyyətlərdən biri idi: “Tarix elmləri doktoru, professor Süleyman müəllim ziyalı olaraq cəmiyyət həyatının kritik dönəmlərində sözünü, mövqeyini bildirərdi. Buna görə də Elmlər Akademiyasının müxbir üzvlüyündən başlayıb həqiqi üzvə qədər yönələn mərhələləri keçəcək bir imkana sahib olmayıb. Ancaq Azərbaycan tarixşünaslığından söz düşərkən hələ tələbə vaxtlarından adını fəxrlə çəkdiyimiz bir neçə addan biri idi. Tarixlə bağlı əsərlərinin bir qismi ilə tanışam və mübahisəyə açıq məqamları da qeydə almışam. Bütün hallarda öz ixtisasının yüksək səviyyədə bilicisi idi və bunu ona mənfi münasibəti olan tarixçilər də vurğulayırdılar. 

Görkəmli alim bu il 84 yaşında vəfat etdi. Süleyman müəllim xanımının vəfatının 38-ci günündə Allahın rəhmətinə qovuşdu. Yəni bu fani dünyadakı uzun ayrılığı da Uca Yaradan onlara, bu xoşbəxt ahıllara rəva bilmədi.

 

Ramid İbrahimov

نویسندگان:
سال انتشار:
2012 (میلادی)
صفحات:
557
نوع فایل:
PDF Document
زبان نوشتاری یا گفتاری:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز