یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Venesiyalılar Şah I Təhmasibin Sarayında

4758
0
1393/10/6
تعداد آرا 2
نتیجه آرا 7

Azərbaycanın Qərbi Avropa ölkələri ilə diplomatik əlaqələri tarixinin öyrənilməsi müasir dövrdə xüsusi əhəmiyyət kəsb edir. Avropalıların Azərbaycana olan marağı onların, ümumiyyətlə, xammal ehtiyatları ilə zəngin olan Asiya Ölkələrinə yiyəlanməyə can atmaları ilə bağlı idi. XVI əsrin əvvəllərində yenicə yaranan Avropa kapitalist sənayesi manufaktura mallarının satışı üçün gəlirli bazarların və həmçinin ucuz xammal mənbələrinin ələ keçirilməsi zərurətini doğurdu. Bu dövrdə Qərbi Avropa dövlətlərinin iqtisadi maraqları onlar üçün az ahaıniyyət kəsb etməyən hərbi-siyasi və strateji niyyətləri ilə üst-üstə düşürdü.

Bununla bərabər, dövrün Avropa cəmiyyəti Qərbi Avropa ölkələrinin müstəqilliyi üçün ciddi təhlükəyə çevrilmiş Osmanlı imperiyasının növbəti addımları ilə bağlı olaraq təşviş və narahatlıq içərisində idi. Bu təhlükə ilə mübarizə Qərbi Avropa siyasətinin və diplomatiyasının strateji vəzifəsinə çevrilmişdi. Osmanlı sultanı ilə müvəffəqiyyətlə mübarizə aparmaq üçün Avropa monarxları Asiyada özlərinə müttəfiqlər axtarırdılar. Belə təbii müttəfiq kimi avropalılar XV əsrdə Azerbayçan .dövlati olan Ağqoyurılu, XVI əsrin əvvəlindən isə onun ,xələfi Azərbaycan Safəvilər dövlətini görürdülər. Buna 'görə də Qərbi Avropa dövlətlərinin bütün diplomatik səyləri Azərbaycan hökmdarları ilə Osmanlı- sultanları arasında rəqabəti qızışdırmağa və onların arasında hərbi qarşıdurmanın saxlanılmasına yönəldilmişdi.

Qərb ölkələrindən Azərbaycana, onunla ticarət və diplomatik əlaqələrin qurulmasına ilk olaraq böyük maraq göstərənlər italyan şəhər-respublikaları va xüsusilə Venesiya idi. Venesiya Dojunun elçiləri tez-tez Azərbaycana gəlirdilər. Onların …

مترجمان:
اتشارات:
Təhsil
سال انتشار:
2005 (میلادی)
صفحات:
112
نوع فایل:
PDF Document
زبان نوشتاری یا گفتاری:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز