یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Məmməd Araz - Seçilmiş Əsərləri - 1-2

17805
0
1395/1/24
تعداد آرا 1
نتیجه آرا 7

MEMMED ARAZ-SEÇILMIŞ QOŞULARI- I-II
مممد آراز-سئچیلمیش قوشولاری
Latin
Baki-2004

(1)Məmməd Araz-seçilmiş Əsərləri - qoşuları (224)(1.097KB

(2)Məmməd Araz-seçilmiş Əsərləri - qoşuları-2- (231)(1.028KB

--------------------------

Məmməd Araz yaradıcılığında məhəbbət lirikası və folklor

 

Müxtəlif janrlı əsərlərin, şeirlərin, poemaların, dastanların müəllifi olan Məmməd Arazın öz ecazkar təsir qüvvəsini, gözəllik və təravətini bu gün belə itirməmiş zəngin  yaradıcılığı öz rəngarəngliyi ilə seçilir. Məmməd Araz sənəti əsərləri ilə yanaşı şeirləri ilə də ədəbiyyat aləminə bir iz salmışdır. Məmməd Araz şeirlərində hər nə desəniz var - sevgi, insanlıq, dostluq, lirika, insani hisslər. 

 

Məmməd Araz yaradıcılığında da məhəbbət şeirləri kifayət qədərdir. Məmməd Arazın sevgi şeirləri də ağızlarda gəzən, ürəkləri oynadan və  musiqiyə dönən ən gözəl nəğmələrdəndir. Hazırda da Məmməd Arazın şeirlərinə yazılmış bir çox məşhur mahnılar vardır ki, onlar indi də dillər əzbərdir. Əvəzolunmaz məhəbbətə dair yazdığı eşq dolu sevgi şeirləri sevilir, əzbərlənir, sevgililərin dilində gəzir və öz məzmunu ilə oxucuları valeh edir. Maraqlıdır ki, Məmməd Arazın ilk şeirlər kitabı da 1959-cu ildə “Sevgi nəğməsi” adı altında çap olunmuş və Məmməd Araz sevənlərin diqqətini cəlb etmişdir. “Ayrılıq”, “O gözlərə baxmaram”, “Necə unudum səni”, “Bir sənin eşqinlə”, “Sevgi nəğməsi”, “Unut məni”, “Nə gizlədim” və s. şairin ən gözəl sevgi şeirlərindəndir.

 

M.Araz xalqın şairidir. Məhz buna görədir ki, onun məhəbbət lirikası da xalqın folklor bulağından su içmiş, şifahi xalq yaradıcılığı xəzinəsindən ilham almışdır. Şairin iki gəncin məhəbbətindən bəhs edən şeirləri xalqın yaratdığı məhəbbət dastanlarını xatırladır. Məsələn, şairin “Sən məni sevsəydin...” şeirinə nəzər salaq:

 

Sən məni sevsəydin nolardı görən?

Görən olardımı bir dərdim onda?

Yoruldum demədən qolum üstə sən

Dünyanı piyada gəzərdim onda.

 

Toxalar, azalar bu sevgimizdən

Dünyanın məhəbbət acları bəlkə,

Təzə haşiyələr alardı bizdən

Dünyanın məhəbbət tacları bəlkə.

 

Bizim başımıza hey ələnərdi

Alqışlar, təbriklər, dualar-bizim.

Bizim bəxtimizə səpələnərdi

Ən duru, ən təmiz şüalar-bizim.

 

Ləpələr göz alıb baxar dənizdən,

Sular mehrimizə həsəd çəkərdi.

Ulduzlar bircə yol pəncərəmizdən

İçəri  baxmağa həsrət çəkərdi.

 

Bu şeir gözəl lirik örnəkdir. Onun lirik ruhu nə qədər güclü olsa da, bir dastan havası üstündə kökləndiyi, bir dastan ovqatından gələn hisslərlə, duyğularla zənginliyi də qabarıq nəzərə çarpır. Şeirin ilk misralarında bunları duymaq, hiss etmək bir qədər çətinlik törətsə də, sonuncu iki bəndin dastan təsiri altında düzülüb-qoşulduğunu aydın görürük. Məhz elə bunlara əsaslanıb şeirin bütövlükdə dastanlarımızın təsiri altında yarandığını söyləmək olar.

 

Dedim ki, göyərər bir Leyli pöhrə,

Məcnun bir səhərin gözündə gələr.

Saçını tor elər sahildə Zöhrə,

Tahir ləpələrin üzündə gələr.

 

Sən məni sevsəydin... sevsəydin əgər...

Kim olub bəxtiyar quru ad ilə.

Həyatda “ürəkləş”, “sevləş” demirlər,

Ayaqlaş deyirlər bu həyat ilə.

 

İlk baxışdan şeirin elə son bəndləri “Leyli və Məcnun”, “Tahir və Zöhrə” kimi məhəbbət dastanlarını yada salır. Sanki M. Araz dastandakı qəhrəmanların məhəbbətini öz qəhrə­man­larının məhəbbətinə nümunə çəkir. Şeirdə lirik qəhrəman sevgilisinin ona etina­sızlığından şikayət edir və onu xalqın yaratdığı məhəbbət dastanlarının qəhrəmanlarından dərs almağa çağırır. Dastan qəhrəmanlarının güclü məhəbbətlə hər maneəni dəf edərək sonda bir-birinə qovuşmasını şair iki gəncin inam, sevgi hisslərinin güclü olması ilə izah edir. Sanki şairin lirik qəhrəmanı da sevgilisini məhəbbətdə dastan qəhrəmanı kimi güclü, inamlı, sədaqətli olmağa səsləyir. Əgər qəhrəman etinasızlıq görməzsə, sevgisinə qarşılıq alarsa, onda dastan qəhrəmanları kimi bütün maneələri dəf edə biləcəyinə, hər sınaqdan üzüağ çıxa biləcəyinə inanır. 

 

Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi Məmməd Arazın şeirlərində insanların nəcib duyğuları, məhəbbəti, həyat eşqini realist bir şəkildə təsvir edilmiş, həyat və insanlar hərtərəfli və dolğun əks olunmuşdur. 

 

Görməyə bilmirəm gözəlləri mən,

Baxmaya bilmirəm, nə danım bunu.

Görməmək, duymamaq gəlsə əlimdən

Duymaram sənin da sən olduğunu...

 

Deyirəm ani bir baxışla birgə

Yol sala bilsəydim ürəklərə də.

Səninsə qadınlıq haqqındır bəlkə,

Məni qısqanırsan çiçəklərə də.

 

Məmməd Arazın sevgi şeirləri soyuq nəfəslə yoğrulmayıb. Onların misralarında sevginin, məhəbbətin odu, istisi var və oxucu bu odu, istini özü hiss eləyir. “Məni qısqanırsan çiçəklərə də” kimi misraları məhz bir saf sevginin, ülvi məhəbbətin istisi, odu ilə yoğrulmuşdur.

 

Deyən dar çəkilib məhəbbət yolu,

Kamınca qaynayıb axa bilmirəm.

Gərəksiz adətlər, sədlərlə dolu

Bir insan ömrünə sığa bilmirəm.

 

Tökür yarpağını bir ömrün yazı,

Görüşlər, vədələr məni unudur.

Bir həsəd, bir şeir, bir qəlb ağrısı...

Mənim son ayaqda qazancım budur.

 

Nə gənclik darağı gəzir telimdə,

Nə də ki, ünvanlar alan çağım var.

Bir azad baxışım qalır əlimdə,

Bir də icazəsiz zövq almağım var.

 

Bir əsər yaranır ani həvəsdən,

Havamdır, suyumdur hər səs, hər nəfəs.

Gülüm, gözəiliyə biganə kəsdən

Adi bir nalbənd də yarana bilməz.

 

Sənə bağışladım bu dağ eşqimi.

Duy onu, ələmə, hamarlama sən.

Bircə gözəlliyi duymaq eşiqimi,

Bircə baxışımı çidarlama sən...

 

Nəzərdən keçirilən bu şeirin misralarından birində “Deyirəm ani bir baxışla birgə, yol sala bilsəydim ürəklərə də” ifadəsinə rast gəlirik. Bu ifadə bizə xalqın hikmətamiz sözləri olan atalar sözünü xatırladır. Xalqın dilində bu ifadə “Ürəkdən ürəyə yol olur” şəklində işlənir. Şairin sevgi şeirlərinin gözəlliyi ondadır ki, onların hamısı şeirin dili ilə yanaşı həyat, sevgi həqiqəti və bəşəri duyğularla yoğrulmuşdur. Sevgi şeirlərinin hər misrasında şairin sevən qəlblərdə sevgini özünə məxsus səmimiyyətlə təsvir etməsi oxucuların ürəyindən xəbər verir, onları düşündürür. Məmməd Araz şeirlərinin ecazkarlığının, böyüklüyünün bir səbəbi də onun artıq qeyd edildiyi kimi, məhz xalq yaradıcılığı ilə yoğrulmasıdır.

 

Məmməd Arazın sevgi dolu şeirlərinin içində elə bir şeir vardır ki, öz təravəti, orijinallığı, poetik tutumu ilə oxucunu valeh edir. Bu, görkəmli ədibin 1970-ci ildə yazdığı “Nə bilim” şeiridir.

 

Səndən mənə bir ömürlük xatirə, 

Məndən sənə nə qalacaq, nə bilim? 

Çətin bir də: daş üstə daş bitirəm, 

Niyə uçdu bu qalaçıq, nə bilim... 

 

Damağımda bal sevdanın turş adı... 

Uşaq ağlım inadını qurşadı. 

Nə hönkürdü bu naqafil gurşadı? 

Kimə dedim, - dedi, - ancaq: "nə bilim!" 

 

Şair burada bir də daş üstünə daş qoymaq ümidini itirmişdir, çünki onun ürəyində qurduğu sevgi qalacığı uçub dağılmışdır. Sevgi qalacığı dağılan şairin “bal sevginin damağında turş dadmağı” da gözəl poetik lövhə, original tapıntıdır. 

 

Günlər mənə gün yazmağı unutdu, 

Gülüm, günün güllərimi qurutdu. 

Bu oyunda kim uduzdu, kim uddu, 

Peşimanı kim olacaq, nə bilim?

 

Mən Arazam, səsim tutqun Arazdı, 

Ha çağırdım, ha yüyürdüm, ha yazdım. 

İndi daha qaynar təbim ayazdı, 

İsinərmi bir od-ocaq, nə bilim...

 

Milli Azərbaycan şeirinin görkəmli nümayəndəsi Məmməd Araz dünyəvi məhəbbətin, gözəl hisslərin yaşandığı sevgini şeirin sonunda bir oyuna bənzədir. İki gənc arasında yaşanan ülvi hisslərin bitməsi nəticəsində, bu sevgidə kimin uduzub, kimin udacağını bilməsə də, lakin axırda sevgililərdən birinin peşman olacağını vurğulayır. 

 

Gözəl ədib iki gəncin ən yüksək ülvi duyğuları yaşamasına baxmayaraq, vüsallarına çatmaması, bir-birilərinə qovuşmaması və sonunda ayrılsalar da lakin qarşılıqlı yaşanan gözəl dəqiqələrin, saatların, günlərin ömürdə bir iz qoyub xatirə kimi qalmasının təsəlli notlarını qələmə almışdır.

 

Çağdaş poeziyamızda sevilib seçilən, mən deyərdim ki, insanı öz dünyasından alan, onu fikirlərə qərq edən, düşündürən, kamilləşdirən  bəzən də nələrisə öyrətməyə çalışan, nəsillərə örnək olan bir qüdrətli poeziyadır Məmməd Araz poeziyası.

 

Həbibə HÜSEYNOVA

نویسندگان:
نوع فایل:
PDF Document
زبان نوشتاری یا گفتاری:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز