یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Azərbaycan Dilində Toy Mərasimi Ləksikası - Könül Dənziyeva

4745
0
1393/10/4
تعداد آرا 1
نتیجه آرا 5

Azərbaycanda bu və digər bölgəyə xas olan mərasim leksikasının, dil xüsusiyyətlərinin araşdırılması çox vacibdir. Alimlərin mərasimləri etnoqrafik baxımdan öyrənməsi, mərasimlərin növ (toy, yas, bayramlar və s.), region, ortaq millilik cəhətlərini araşdırması, bunları ictimai səviyyədə təqdim etməsi çox təqdirəlayiqdir. Lakin belə araşdırmalarda dil xüsusiyyətlərindən yan keçilməsi tədqiqatların mükəmməlliyinə xələl gətirir. Etnoqraflar Azərbaycan mərasimlərini yalnız sinxron vəziyyətdə təsvir edir, bu mərasimlərin diaxron inkişafına, müasirləşməyə doğru təkmilləşməsinə diqqət yetirmirlər. Səbəb də, belə düşünürük ki, etnoqrafların ana dilinin incəliklərinə dərindən bələd olmamaqlarıdır. Çünki elə mərasimlər var ki, onların faktlaşması, həm də ana dilinin birbaşa təsirilə baş verir – xüsusən də belə mərasimlərdə nəğmələrin leksik-qrammatik tərkibi böyük rol oynayır. Düşünürük ki, qeyd etdiyimiz sahələr qarşılıqlı olaraq etnoqrafik və dilçilik baxımından öyrənilməlidir. Yalnız bu halda biz ana dilimizin milli xüsusiyyətlərinin hərtərəfli şəkildə qoruyub saxlamasının şahidi ola bilərik. Dil yalnız ünsiyyət vasitəsi deyil, dil həm də millətin tarixini, məişətini, təfəkkür tərzini özündə qoruyub saxlayan kateqoriyadır. Bu baxımdan Könül Dənziyevanın “Azərbaycan dilində toy mərasimləri leksikası” (Lənkəran bölgəsinin materialları əsasında) mövzusunda araşdırması çox diqqətəlayiqdir. İki fəsildən...

نویسندگان:
سال انتشار:
2012 (میلادی)
صفحات:
200
نوع فایل:
PDF Document
زبان نوشتاری یا گفتاری:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز