یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Azərbaycan Milli Geyimləri P.Ə.Əzizbəyova

9352
0
1393/9/23
تعداد آرا 2
نتیجه آرا 7

Azərbaycanın milli geyimləri uzun sürən və çox mürəkkəb inkişaf yolu keçmiş olan xalq maddi və mənəvi mədəniyyətinin nəticəsidir. Xalqın tarixi ilə möhkəm bağlı olan geyimlər, onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən biridir. Geyimlər maddi mədəniyyətin bütün başqa ünsürlərindən daha çox xalqın milli xüsusiyyətini əks etdirməklə yanaşı sabit etnik əlamətlər sırasına daxildir. Geyimlər etnogenez məsələlərini aydınlaşdırmaq, xalqlar arasında mədəni-tarixi əlaqə və qarşılıqlı təsir məsələlərini müəyyənləşdirmək işində yardımçı material rolunu oynamaqla xalqın həm təsərrüfat sahələrinin səviyyəsindən və həm də coğrafi şəraitdən asılıdır.
Xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xüsusiyyətləri öz əksini geyimlərdə tapır. Bu xüsusiyyət həm müəyyən formalı geyim və onun bəzəklərində və həm də bədii tikmə, toxuma və toxuculuqda özünü büruzə verir.
Təqdim olunan nəşrdə müəlliflər geyimlərin milli formaları ilə maraqlanan geniş oxucu kütlələrini XIX əsr və XX əsrin əvvəllərinə aid Azərbaycan milli geyim nümunələri ilə tanış etmək məqsədini qarşıya qoymuşlar.
«Azərbaycan milli geyimləri» albomu Azərbaycan SSR Elmlər Akademiyasının Azərbaycan tarixi Muzeyinin etnoqrafiya fondunda saxlanılan xalq geyimlərinin zəngin kolleksiyası əsasında yaradılmışdır. Alboma bu kolleksiyadan Azərbaycanın müxtəlif tarixi-etnoqrafik zonalarına aid olan qadın və kişi geyimlərinin dəstləri və ayrı-ayrı elementləri daxil edilmişdir. Bəzi hallarda dəstlərin fraqmenti və ya onların ayrı-ayrı hissələri verilmişdir.
Azərbaycan tarixi muzeyinin geyimlər kolleksiyasında qadın geyimləri daha zəngin və dolğun təqdim olunmuşdur. Kişi geyimləri azlıq təşkil edir. Uşaq geyimləri daha da azdır. Məhz bu səbəbdən albomda uşaq və kişi geyimlərinə az yer verilmişdir....

نویسندگان:
سال انتشار:
1972 (میلادی)
صفحات:
128
نوع فایل:
PDF Document
زبان نوشتاری یا گفتاری:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز