یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Azərbaycan Ozbək Ciğatay Ədəbi Əlaqələri - Almaz Ülvi

4764
0
1393/10/1
تعداد آرا 1
نتیجه آرا 5

Son illərdə respublikamızda nəşr olunan bir sıra mətbu orqanlarında Azərbaycan-özbək (cığatay) ədəbi əlaqələrinə, ayrı-ayrı tanınmış özbək şair və yazıçılarının həyat və yaradıcılığına həsr edilmiş xeyli maraqlı məqalə və yazılara rast gəlmək olur. Xüsusən “Xalq qəzeti”, “Azərbaycan”, “Ədəbiyyat qəzeti”, “Bakinckiy raboçiy”, “Elm”, “Respublika” kimi qəzetlərdə; “Azərbaycan”, “Elturan”, “Dədə Qorqud”, “Ədəbi əlaqələr”, “Azərbaycan və azərbaycanlılar”, “Ulduz”, “Elmi axtarışlar”, “Dirçəliş”, “AMEA Xəbərləri”, “Filologiya məsələləri”, “Dil və ədəbiyyat” və s. kimi jurnal və toplularda. Həmin məqalələrin müəllifi isə imzası artıq həm kütləvi oxucular, həm də elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanan Almaz Ülvidir.

Filologiya elmləri namizədi Almaz Ülvi (Binnətova) uzun illərdir ki, Azərbaycan–özbək (cığatay) ədəbi əlaqələrini öyrənir və araşdırır. 2000-ci ildən etibarən bilavasitə mənim məsləhətimlə bu mövzuda axtarışlar aparmağa başlayan Almaz Ülvi ədəbi-mədəni əlaqələrin daha dərinliklərinə gedib çıxmışdır. O, xalqlarımız arasındakı əlaqələrin öyrənilmiş, az öyrənilmiş və yaxud hələ heç öyrənilməmiş səhifələrini araşdırdıqca, daha dərinliklərə baş vurur. İndiyə qədər ədəbi əlaqələrimizin diqqətdən kənarda qalmış yeni və qiymətli qatlarını üzə çıxarır.

Ötən illər ərzində müəyyən səviyyədə özbək dilini də mənimsəməyə başlayan Almaz Ülvinin nəşr etdirdiyi araşdırmaları bir daha sübut edir ki, doğrudan da bir-biri ilə qan qohumluğuna, dil və din birliyinə malik olan Azərbaycan və özbək xalqlarının ədəbi əlaqələr salnaməsi nə qədər zəngin və rəngarəngdir.

Azərbaycan – özbək (cığatay) ədəbi- mədəni əlaqələri çoxəsrlik və zəngin tarixi ilə müxtəlif dövr tədqiqatçılarının diqqətini özünə cəlb etmişdir. Bu əlaqələrin istər XX əsrə qədərki mərhələlərinə, istərsə də XX əsrdəki inkişaf meyllərinə dair C. Nağıyeva, H. Məhəmmədxocayev, Ş. Turduyev, Q. Əliyev, X. R. Ulutürk, Ə. Cabbarlı kimi tədqiqatçıların xidmətlərini qeyd etməklə yanaşı, son bir əsrdəki Azərbaycanözbək (cığatay) ədəbi-mədəni əlaqələrini cərəyanların mərkəzində dayanan hadisələrin mahiyyəti və ədəbi simaların yaradıcılığı ilə vəhdətdə işıqlandıra biləcək tədqiqatlara xüsusi ehtiyac duyulur.

نویسندگان:
اتشارات:
Qartal
سال انتشار:
2008 (میلادی)
صفحات:
146
نوع فایل:
PDF Document
زبان نوشتاری یا گفتاری:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز