یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Çar - Skiflər Zaur Həsənov

7294
0
1393/9/27
تعداد آرا 4
نتیجه آرا 3

Azərbaycan ərazisində dövlətlərini yaratmış qədim xalqların etnik mənsubiyyətlərinin müəyyənləşdirilməsi milli mənlik şüurumuzun təkamülü yolunun və bizim doğru tariximizin bərpasında bizə kömək edə biləcək ən vacib məsələlərdən biridir.

Uzun illər boyu məqsədyönlü şəkildə tariximizin saxta¬laşdırılması ona gətirib çıxartdı ki, biz hələ də Azərbaycanın doğru tarixini tam şəkildə bilmirik. Bunun da nəticəsində yaranmış vəziyyətdən istifadə edərək bu işdə marağı olan tərəflər dünya ictimaiyyəti qarşısında torpaqlarımıza olan qanunsuz iddialarına haqq qazandırmaq istəyirlər.

Bir tərəfdən onlar bizi Azərbaycan torpaqlarının qanuni sahibi o1mamağımızda günahlandırır, digər tərəfdən isə prob¬lemin tədqiqi ilə bağlı bütün cəhdlərə mane olur və hər cür yol¬lara əl atırlar. Onlar öz əməllərinə "qədim əsrlərdə Azərbaycan ərazisində türklərin mövcud olmamaları" fikrini "sübut etmiş dünya elminin nüfuzu" ilə haqq qazandırmağa çalışırlar.

Qədim dövrlərdə Azərbaycan ərazisində müxtəlif vaxtlarda müxtəlif statuslu bir sıra dövlətlər mövcud olmuşdur.

E. ə. 1 minilliyin başlanğıcında bu ərazidə Manna dövləti yaranır, təxminən həmin dövrdə burada skiflərə qohum xalq sayılan kimmerlərin dövlət qurumları da mövcud idi'. Mannanın süqutu dövründə, Midiya dövlətinin yaradılmasının erkən çağlarında Azərbaycan ərazisində Sakasena adı altında tanınan skif dövləti yaranır. E. ə. VII əsrdə yaranmış bu dövlət uzun bir vaxt ərzində regionun siyasi, hərbi, iqtisadi və mədəni həyatında üstün mövqeyə malik olmuş və qonşu dövlətləri tabeçi1ikdə saxlamışdır'. Tədqiqatlardan məlum olduğu kimi skiflər Manna və Midiya dövlətlərinin fəaliyyətlərində iştirak etmişlər. Azərbaycan ərazisində skif dövlətinin mövcud olması…

نویسندگان:
اتشارات:
EBİLOV, ZEYNALOV VE OĞULLARI
سال انتشار:
2005 (میلادی)
صفحات:
474
نوع فایل:
PDF Document
زبان نوشتاری یا گفتاری:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز