یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Dədə Qurqud Kitabı Ensiklopedik Luğət - Tovfiq Haciyev

8062
0
1395/9/3
تعداد آرا 1
نتیجه آرا 5

ENSiKLOPEDiYA HAQQINDA ENSiKLOPEDiYA

Azarbaycanşünaslıqda çoxları "Dədə Qorqud kitabı"nı haqlı olaraq milli-etnik varlığımızın tarixi-ədəbi ensiklopediyası sayırlar. Bu mənada iki cilddə hazırlanmış "Kitabi-Dədə Qorqud Ensiklopediyası"nı ensiklo¬pediya haqqında ensiklopediya adlandırmaq olar.

Təqdim etdiyimiz bu kitab "Kitabi-Dədə Qorqud Ensiklopediyası"nın 2-ci cildi əsasında hazırlanmışdır. Məqsəd 2-ci cildin əsas məzmununu elmi-kütləvi tirajla geniş oxucu kütləsinə çatdırmaqdır. Bilindiyi kimi, "Kitabi-Dədə Qorqud Ensiklopediyası"nın hər iki cildi yubiley tədbiri olaraq nəfis şəkildə və yüksək poliqrafik keyfiyyətdə məhdud tirajla (2 min nüsxə) buraxılmışdı. Tirajın az qala hamısı hədiyyə olaraq yubiley iştirakçılarına paylandı, bir qismi də seçmə kitabxanalara verildi və oxucu¬alıcılar üçün satışa çıxa bilmədi. İndi Azərbaycan Respublikasının prezi¬denti İlham Əliyevin latın əlifbasında kütləvi nəşrlərlə bağlı məlum fərmanı fiirsət verdi ki, həmin ehtiyac ödənilsin.

Hər bir ensiklopediya kimi bizim bu ensiklopediyamız da həm lüğətdir, həm də elmi məlumat verən əl kitabıdır. İşin gedişində cildi sırflüğətçilik¬dən təmizləməyə, bununla da tərəzinin elm gözünün çəkisini ağırlaşdırma¬ğa səy etmişik. Eyni zamanda "Dədə Qorqud kitabı" ilə bilavasitə bağlı ol¬mayan, yaxud ona az dəxli olan və ya bir-birini təkrar edən oçerkləri ixtisar etməli olduq. Redaktə və ixtisarlarda bir sıra texniki və aşkar elmi qüsurları nəzərə almışıq. Əlavələr azdır, ancaq var.

Böyük tirajla nəşr olunan bu kitabın vasitəsi ilə elmi-oxucu kütləsi "Kitabi-Dədə Qorqud Ensiklopediyası"nın 2-ci cildi barəsində dolğun təsəvvür alacaqdır.

Tofiq Hacıyev

نویسندگان:
سال انتشار:
2004 (میلادی)
صفحات:
368
نوع فایل:
PDF Document
زبان نوشتاری یا گفتاری:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز