یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Dünyanın Tacı Türklər - Aydın Mədətoğlu Qasımlı

5749
0
1393/9/23
تعداد آرا 1
نتیجه آرا 5

ÖN SÖZ

Millətin gələcəyi üçün tarix, xüsusilə, siyasi və mənəvi tarix yazmaq tarixi yaratmaq qədər müqəddəs bir işdir. Çünki millətin tarixi millətin özünə layiq bir şəkildə yazılmasa və bu yazılacaq tarix millətin mənəvi - mədəni və təfəkkür qaynağı olmasa, 0 tarix torpaq altında qalan qiymətli xəzinələr kimi heç bir məna və dəyər kəsb etməz. Türk milləti tarixdə nə qədər əzəmətli bir mövqeyə sahibdirsə də Onun Öz tarixini yazmaqda səriştəsi bir 0 qədər qüsurludur. Belə ki, milli tariximizin böyük bir dövrünü əhatə edən nə siyasi, nə ictimai, nə iqtisadi, nə dini, nə mənəvi, nə mədəni və nə də fəlsəfi və hüquqi sahələri üzrə sanballı tarix kitablarımız yox dərəcəsindədir. Yazılmış tarix kitablarımızın əksəriyyəti yalnız xronoloci xarakter daşıyaraq a yrı-a yrı hökmdarların, rəhbərlərin, qəhrəmanların tərcümeyi¬hallarını, dövlət və xalqların bir-biri ilə savaşlarını və qarşılıqlı münasibətlərini əks etdirir. Millətimizin düşüncə tərzi, onun mənəvi keyfiyyətləri, ictimai-siyasi, dini-əxlaqi baxışları, bədii zövqü və s. bu kimi mənəvi mədəniyyəti küll halında tədqiqata cəlb edilməmişdir.

Türkün tarixi bir okeandır. Möhtəşəm və əzəmətli bir tarixi olan bu millətin tarixini bütün yönləri ilə araşdırmaq bir şəxsin, beş-on tədqiqatçının işi deyiL. Bu tarixi həryönlü incələmək üçün onlarla alim-tədqiqatçı-tarixçi, dilçi, arxeoloq, din alimi, filosof, psixoloq, sosioloq və s. cəlb edilməli və istənilən miqdarda para sərf edilməlidir.

Ən azı beş min illik bir kimlik tarixinə malik olan Türk millətinin (Artıq dünya tarixşünaslığı sübut etməkdədir ki, Dünya mədəniyyətinin ilk yaradıcılarından biri Turan xalqıdır. Ən qədim qızıl, gümüş əşyalar, svastika, xaç və s. sənət əsərləri məhz Turan ərazisindən tapılmışdır - A.M.) bu mənəvi dəyərlərini küll halında araşdırıb təqdim etmək təkcə Türk millətinə deyil, bütün insanlığa bir xidmətdir qənaətindəyik. Çünki ən azı iki min beş yüz il Asyanın, min beş yüz il Avropanın böyük bir qisminin, dörd yüz il Afrikanın şimal….

نویسندگان:
سال انتشار:
2005 (میلادی)
صفحات:
273
نوع فایل:
PDF Document
زبان نوشتاری یا گفتاری:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز