Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
ermənilərin Gerçək Tarixi - Atamoğlu Məmmədli
Ermənilərin mənşəyinin konkret bir ərazi ilə bağlılığı hə¬lə də qaranlıq qalır. Onları əslində hər hansı bir irqə aid etmək də mümkün olmamışdır. Fransız mənşəli Qafqazşünas alim İ.Şopen haqlı olaraq yazırdı ki, «aydınlaşdırmaq çətindir ki, bizim ermənişünas alimlər nəyə əsasən özlərinə rəva biliblər ki, bütün hallarda haykanların və onların vətəni Hayastanın adını tamamilə başqa xalqın adı ilə dəyişib tərcümə ediblər. Aydındır ki, Yafəs mənşəli, şimaldan gəlmə dağlı Armenlə, cənubdan gəlmə sami mənşəli haykanların (hayların) heç bir ümumi oxşarlığı yoxdur və ola da bilməz»
Ermənilərin etniki cəhətdən formalaşmasının və on¬lann ilkin tarixi məskənlərinin məhz Kiçik Asiya sahəsində olması haqqında erməni tarixçiləri, akademikləri S. T.Y e¬remyan, K.V.Trever və bir çox başqa alimlər ciddi fikirlər söyləmişlər.
Qədim dünya tarixçilərindən Herodot, Evdoks və başqa¬ları protoermənilərin mənşəyinin frakiya- frigiya tayfaları ilə bağlı olduğunu qeyd edirlər. Tanınmış tarixçi-şərqşünas İ.M.Dyakonov bununla əlaqədar olaraq qeyd edirdi ki, «nə qə¬dər ki, qədim erməni dili Ərməniyə yaylasının avtoxton xalq¬larının dillərilə qohum deyildir ... aydındır ki, 0, buraya kənar¬dan gətirilmişdir ... protoermənilər bu əyalətə (Ərməniyə yay¬lası erməni müəlliflərinin uydurduqları bir termindir -A.M.) bizim eradan əvvəl VII və VI əsrlər arasında gəlmişlər ... Qə¬dim erməni xalqı ilkin olaraq yuxarı Fərat vadisində bərqərar olmuşdur ... »
Ermenilerin Gerçek Tarixi Atamoğlu Memmedli Urmu Turuz 2014 | |||
---|---|---|---|
خواندن
دانلود
برای ادامه حیات توروز، کمک کنید |
|||
حجم: 1.21 MB | نوع فایل : Pdf | دیده شده : 773 | گزارش خرابی |