Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Kəpəzin Kəkliyi Maralı Getmə - Sədnik Paşa Pirsultanlı
Qurban Məşədi Məmmədalı oğlu 1859- cu ildə Kəlbəcərin Dəmirçidam kəndində anadan olmuşdur. Dəmirçidam kəndi Göyçənin gədiyində yerləşir. Bu kəndlə aşıqlar vətəni olan Göyçə kəndləri arasında məsafə o qədər də uzaq deyildir. Qocaların dediyinə görə, ən yaxşı Göyçə aşıqları tez-tez bu kəndə gələr, dəmirçidamlıların xeyir işlərində özlərinin sazları və sözləri ilə elcamaatın zövqünü oxşayarmışlar.
Aşıq Qurban həyata göz açarkən ana laylası ilə birlikdə sazın ecazkar səsini, aşıq zəngulələrini, guşələrini də beşikbaşı nəğmələr, oxumalar yerində eşitmişdir.
Məhz buna görə də çox erkən yaşlarından şifahi xalq ədəbiyyatının xeyirxah təsiri ilə hələ ləçəkləri bərkiməmiş qönçə nisbətli poetik sözünün ilk misralarını, bəndlərini düzümləməyə başlamışdır.
Qurbanın uşaqlıq illəri Dəmirçidam kəndində keçmişdir. Aşığın atası Məmmədalı kişi, əsasən, əkinçiliklə məşğul imiş. Ancaq onun dülgərlik peşəsində də səriştəsi varmış.
Məmmədalı kişi hər iki halal peşəsi ilə ailəsini birtəhər dolandırırmış. Lakin,
bununla belə, o, elmə, savada can atan, övladlarının gələcəyinin qayğısına qalan
uzaqgörən bir adam imiş.
Məmmədalı kişinin özünün də şeirəsənətə xüsusi marağı olub. O, çoxlu el bayatısı, aşıq qoşması, xüsusilə, ulu babaları Miskin Abdaldan şeirlər və rəvayətlər bilirmiş.
Vaxtında toplanmadığı üçün Miskin Abdalın irsi itib-batmışdır. Lakin, bu el şairi haqqında onu məhəbbətlə yad edən rəvayətlər, nağıllar, əhvalatlar indi də
ağızlarda, dillərdə gəzməkdədir. Aşıqlar indi də onun adını ustad sənətkarlar sırasında çəkirlər.
Miskin Abdalın şah əsəri olan “Dağlar” adlı dörd bəndlik qoşması onun adını aşıq poeziyasında əbədiləşdirmişdir. Həmin şeiri nümunə veririk:..
Kepezin Kekliyi Maralı Getme Sednik Paşa Pirsultanlı Urmu Turuz 2014 | |||
---|---|---|---|
خواندن
دانلود
برای ادامه حیات توروز، کمک کنید |
|||
حجم: 2.38 MB | نوع فایل : Pdf | دیده شده : 500 | گزارش خرابی |