یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Qədim Türk Yazili Abidələri Orta Türk Dövrü - F R Zeynalov

11604
0
1393/10/5
تعداد آرا 5
نتیجه آرا 5

Türk sistemli dillərin nə vaxt meydana çıxması məsələsi çox mübahisəlidir. Məsələnin bu günə qədər həll olunmamasına əsas səbəb Orxon- Yenisey abidələrindən əvvəl heç bir qədim türk yazılı abidəsinə rast gəlinməməsidir. VIII-X əsrləri səciyyələndirən bu abidələrin əksəriyyətinin yazılma tarixi yoxdur. Çox ola bilsin ki, bu abidələrin bir qismi məhz elə eramızın əvvəlinə də aid edilə bi-lər. Bu abidələrin mükəmməl əlifbasına (run), təkmilləşmiş fonetik və qrammatik quruluşuna, leksik tərkibinin əhatəliliyinə əsasla-naraq cəsarətlə demək olar ki, bu abidələrin sahibləri-türk dilli xalqlar yeni eradan çox-çox əvvəl qəbilə ittifaqları, tayfa və tayfa ittifaqları şəklində ortaya çıxmış, uzun bir inkişaf yolu keçərək müxtəlif sistemli dillərlə təmasda ola-ola, dəfələrlə ayrılma və bir-ləşmələr nətisəsində sonralar bir nesə böyük qohum dil ailələri şəklində formalaşmış, orta türk dövründə (X-XVI) isə indi gördü-yümüz iyirmi beşə qədər müstəqil dil (müasir türk sistemli dillər) səviyyəsinə yüksəlmişdir.

Türk dillərinin tarixi inkişaf mərhələlərini dəqiq müəyyənləş-dirmək çox çətindir. Bu, hər şeydən əvvəl, əldə olan qədim yazılı abidələri ətraflı şərh etməklə bağlıdırsa, digər tərəfdən isə türk sis-temli dillərin həm ölüb getmiş və həm də müasir dialekt və şivələ-rini, ayrı-ayrı türk dillərinin fonetik, leksik və qrammatik quruluşu¬nu müqayisəli şəkildə səciyyələndirməklə üzvi şəkildə baglıdır.

Türk dillərinin keçib gəldiyi inkişaf mərhələləri haqqında həm xarici və həm də sovet türkoloqları müəyyən fıkir söyləmiş, bir neçə inkişaf mərhələsi qeyd olunmuşdur. (T.Stralenberq, R.Rask, M.Müller, V. Şott, M. Kastren, V. Kotviç, Y. Nemet, L. Ligeti, K. Menges, J. Bentsinq, O. Pritsak, Q. Ramstedt, M. Rəsənen, B. Vladimirtsev, V.v. Radlov, S. Y. Malov, N.            A. Baskakov və b).

Həmin tədqiqatçılar türk dillərinin qədimlərdən başlayaraq bu günə qədər inkişaf tarixini beş-səkkiz dövrə bölmüşlər. Son vaxtlar daha çox təkrar olunan bölgü belədir:..

نویسندگان:
اتشارات:
Nağıl Evi
سال انتشار:
2009 (میلادی)
صفحات:
111
نوع فایل:
PDF Document
زبان نوشتاری یا گفتاری:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز