یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Seyid Mehemməd Hüseyin Şehriyar - Fexretdin Ali Veli Oğlu

12491
0
1397/12/3
تعداد آرا 12
نتیجه آرا 7

Böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyar haqqında yeni bir kitab nəşrə hazırlanır. Bu barədə tanınmış miniatürçü rəssam Fəxrəddin Əli məlumat verib. Kitab "Şəhriyarın əsərlərinə çəkilən miniatürlər" adlanacaq. 90-a yaxın miniatürün yer alacağı kitabın nəfis tərtibatla çıxacağı gözlənilir. Habelə kitabda şairin əsərləri də yer alacaq.

Şəhriyar şeirlərini Azərbaycan və fars dillərində yazıb. 1906-cı ildə Təbriz yaxınlığındakı Xoşginab kəndində anadan olub. 1921-ci ildə Tehrana gələn Şəhriyar Dar-əl-Fənun məktəbində orta təhsilini tamamlayıb. Sonra isə ali təhsilini Tehran Universitetinin tibb fakültəsində davam etdirib. İlk şeirlər toplusunu 1929-cu ildə çap etdirib. Keçən yüzilin 50-ci illərinin birinci yarısında yazdığı "Heydərbabaya salam" şeirlər toplusu isə sovet Azərbaycanında böyük maraq oyadıb. 18 sentyabr 1988-ci ildə vəfat edib.

Fəxrəddin Əli ötən illər ərzində Azərbaycan tarixində şərəfli yer tutmuş qəhrəmanlarımızın portretlərini məharətlə yaratmağa müvəffəq olub. Onun bir rəssam olaraq uğuru onun miniatür janrında çoxsaylı, özünəməxsus əsərlər yaratmasındadır. Xüsusilə rəssamın böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın əsərlərinə, həmçinin məşhur "Heydər babaya salam" poemasına çəkdiyi çoxsaylı miniatürləri diqqəti cəlb edir. 1979-cu ildə "Yazıçı" nəşriyyatı tərəfindən buraxılmış "Aman, ayrılıq" adlı şerlər və poemadan ibarət kitab oxucular arasında böyük rəğbət doğurdu. Şəhriyarın nisgilli, milli ruhu ifadə edən əsərləri Fəxrəddin Əlinin gözəl və məzmunlu miniatürlərilə müşayiət olunurdu.

نویسندگان:
اتشارات:
Nurlar
سال انتشار:
2011 (میلادی)
صفحات:
182
نوع فایل:
PDF Document
زبان نوشتاری یا گفتاری:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز