یاردیم

Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.

Bağışlarınızı bu E-postaya bildirin: [email protected]

Bank kart bilgileri:

6104 3373 5031 8547

Iran Millet Bank

Şəkidə Yas Adətləri - Ləman Suleymanova

5146
0
1393/9/30
تعداد آرا 1
نتیجه آرا 6

Məqalədə istifadə olunmuş etnoqrafik mə'lumatları 1995, 2000-2005¬ci illər ərzində Şəkinin Baş Göynük, Aşağı Göynük, Baş Layısqı, Aşağı Layısqı, Baş Şabalıd, Aşağı Şabalıd, Cumakənd, 1 Biləcik, II Biləcik, İnçə və Zunud kəndlərindən qeydə almışıq. Qeyd edək ki, bu adətlərin bir qismi bu gün də ərazidə icra olunmaqdadır, bir qismi isə ancaq yaşlıların yaddaşlarında qorunub.

Bə'zi yaşlı adamlar ölməmişdən əvvəl öz yas ları üçün hazırlıq görürlər. Özləri üçün kəfənlik ağ, dəsmal, ətir, sabun, müəyyən qədər də pul hazırlayırlar. Adətən, qəfil ölməyən adamlar ölümünü hiss edən kimi qohum-qardaşa vəsiyyət (vəsi) edirlər, bə'zi tapşırıqlar verirlər. Deyirlər ki, vəsi yüngüllükdür. Birdən ölərəmsə, filan məbləğdə pul xərc1əyərsiniz (Hər kəsin imkanı daxilində). Sonradan həmin məbləğ xərc1ənməlidir. Bu pul artırıla bilər, azaldıla bilməz.

Adam əgər evdə ölsə, evin tavanı, divarları, döşəməsi yuyulur.

Əvvəldən evdə ərzaq məhsulları varsa, götürülür. Evdə yeyinti məhsulları olarsa, tullanır. Onu yemək günahdır (Deyirlər ki , həmin otaqda hər şeyin üzərinə qan çilənir). Səffaf şeylərin üstü örtülür. Ölən adamm ağzı bağlanıb, gözü sığallanan kimi üzünə qara irət (kələğayı) salınır, sinəsi üstə, üzünə tərəf olmaqla əl boyda güzgü, bıçaq, alma qoyulur. Həmin almanı sonradan sonsuz ər-arvada yedirirlər ki, uşağı olsun. Can verən otaqda olan adamların hamısı sonradan çimir. Ölünün üstə çoxlu ağılar deyilir.

Ölənin boyu çubuqla (qamışla) ölçülür. Boyun.a qamış (Varxiyan qamış, ip) tutum (ölçüm) qarğışı da bu adətlə əlaqədar olaraq yaranmışdır. Qəbir qazmağa adamlar göndərilir. Meyid basdırılanacan qazılmış qəbri boş qoymaq olmaz. Əgər boş qəbrə yağış düşsə, deyərlər ki, yağış uzanacaq.

Evdə isə mollanın göstərişi ilə kəfən tikilir. Yuyucu (ərazidə yucu ilə yanaşı, veli və mürdəşir ifadələri də işəlidilir) gəlir. "Üzün.ü mürdəşir (veli) yusun". "Qulağın.a yucu barmağı girsin" qarğışları da ərazidə geniş yayılmışdır. Bə'zən də öləni qohum-qardaş çimdirir. Meyid suyu böyük mis qazanda qoyulur, mis saplıca ilə də tökülür. Başqa qabları qalaylatmaq mümkün olmadığmdan mis qablardan istifadə olunur. Meyid suyunu yalnız kişi qoymalıdır. 3-4 ədəd taxtanı kötüyə bərkidib meyid çimdirmək üçün yer düzəldirlər. 3 gündən sonra kim bu yeri düzəldibsə, o adam da sökməlidir. Həmin taxtanın aşağı tərəfində quyu qazılır ki,

نویسندگان:
سال انتشار:
2004 (میلادی)
صفحات:
153
نوع فایل:
PDF Document
زبان نوشتاری یا گفتاری:
Azərbaycan Türkcəsi

 سایین اوخوجولار!
توروز سیته سی بیر کولتورل اوجاق اولا‌راق دیلچی‌لیکله باغلی قونولاردان دانیشیر. بو سیته دیلچی‌لیکله باغلی دیرلی بیلگی‌لر وئرمکده‌دیر. دیلیمیزین تاریخی و ائتیمولوژی‌سی ساحه‌سینده چالیشان بو سیته، سؤزلرین کؤکو و ائتیمولوژی‌سی حاقیندا، باشقا سیته‌لردن دییشیک اولا‌راق، ائیلمله(فعل) باغلی آنلام‌لارین آچیقلاییر.
سیته‌میزده دیلچی‌لیکله باغلی بیر چوخ کیتاب، سؤزلوک، یازی‌لار الده ائدیب اوخویابیلرسینیز. اوموروق کی بو سیته، سیز دیرلی، سایین اوخوجولار یاردیمییلا، دیلچی‌لیک قول‌لاری‌نین گلیشمه‌سی، یوکسلیشی یولوندا بیر آددیم گؤتوربیلسین.
بئی هادی ([email protected])
تبریز