Turuz masraflarını karşılaya bilmemiz için yeni yılda Turuza destek olmak için [email protected] ile irtibata geçin.
Bağışlarınızı bu E-postaya bildirin: [email protected]
Bank kart bilgileri:
6104 3373 5031 8547
Iran Millet Bank
Teriqet edebiyatı Sufizm Hürufizm - Yaqub Babayev
Azərbaycan ədəbiyyatı tarixi müstəqil bir fənn kimi tədris olunur. Həmin ədəbiyyatın çoxəsrlik bir dövrü təriqət ideyaları və görüşləri ilə bağlıdır. Bu ideyaların ilkin işartıları bizim ədəbiyyatımızda XII yüzillikdə Nizami, Xaqani və s. sənətkarların yaradıcılığı ilə başlayıb getdikcə güclənir və xıx əsrin sonuna qədər davam edərək az qala 800 illik bir dövrü əhatə edir.
Azərbaycan ictimai-tarixi və ədəbi-mədəni mühitində iki təriqət mövcud olmuşdur: sufizm və hürufizm. Bunlar müəyyən elmi konsepsiyaya söykənən dini-fəlsəfi baxışlar sistemi olmaqla bərabər bədii düşüncəyə, ədəbi fikrə və bütövlükdə söz sənətinə də ciddi şəkildə təsir göstərmişdir.
Mübaliğəsiz deyə bilərik ki, sufizmin, hürufiliyin tarixini, mahiyyətini, əsas ideya və baxışlar sistemini, simvollarını və s. bilmədən Həsənoğlu, M.Əvhədi, M.Şəbüstəri, F.Nəimi, İ.Nə¬simi, Ə.Təbrizi, M.C.Həqiqi, Ş.Q.Ənvar, Xəlili, M.Füzuli, Ə.S.Nəbati və s. kimi çoxsaylı sənətkarlarımızın əsərlərini mövzu, məzmun, ideya və obrazlar aləmi, terminologiya baxımından tam və dürüst şəkildə anlamaq mümkün deyiL. Əgər nəzərə alsaq ki, Nizami, Xaqani, Bəsiri, Hamidi, Kişvəri, Həbibi, Ş.İ.Xətai, Q.Təbrizi, S.Təbrizi, S.Ə.Şirvani və başqa sənətkarların yaradıcılığında da təriqət meyllərinin bu və ya digər dərəcədə bədii əksini görürük mənzərə bir qədər də aydınlaşar. Ədəbiyyat tariximizin böyük şəxsiyyətlərini və ədəbi fiqurlarını təşkil edən bu qələm sahiblərinin yaradıcılıq irsini düzgün şəkildə qavrayıb dərk etmək üçün təriqət ideyalarının nəzəri-fəlsəfi müddəalarını bilmək lazımdır. Çox təəssüf ki, ali məktəblərdə indiyə qədər bu sahədə heç bir təşəb¬büs göstərilməmişdir. Daha doğrusu, müəllimlərin, aspirantların, magistrlərin və s. istifadəsi üçün təriqət və onun bədii fikrə, ədəbi məfkurəyə təsiri ilə əlaqəli heç bir elmi-nəzəri
Teriqet edebiyatı Sufizm Hürufizm - Yaqub Babayev | |||
---|---|---|---|
خواندن
دانلود
برای ادامه حیات توروز، کمک کنید |
|||
حجم: 968.71 KB | نوع فایل : Pdf | دیده شده : 311 | گزارش خرابی |